Муса гасымлы


Tahirə Əkbər qızı Tahirova



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə22/31
tarix28.06.2018
ölçüsü1,63 Mb.
#52365
1   ...   18   19   20   21   22   23   24   25   ...   31

 
 
73
Tahirə Əkbər qızı Tahirova 
aprel 1959 – 23 noyabr 1983 
 
Azərbaycanın görkəmli ictimai
siyasi və dövlət xadimlərindən biri 
Tahirə  Əkbər qızı Tahirova olmuşdur. 
O, 1913-cü il noyabrın 7-də Zakaspi 
vilayətinin  (Türkmənistan) Bayraməli 
şəhərində müəllim ailəsində anadan 
olmuşdur. 
1920-ci ildə Tahirovlar ailəsi 
Bakıya köçmüşdür. Tahirə xanım 
Bakıda məktəbə getmiş  və 1929-cu ildə onu müvəffəqiyyətlə 
bitirərək Azərbaycan Neft İnstitutunun nəzdindəki fəhlə 
fakültəsinə daxil olmuşdur. 1935-ci ildə Azərbaycan Neft 
İnstitutunun dağ-mədən fakültəsini fərqlənmə diplomu ilə 
bitirmiş  və Azərbaycan Elmi-Tədqiqat  İnstitutuna elmi işçi 
göndərilmişdir. 
Sovet Azərbaycanının 15 illiyinin təntənə ilə qeyd 
edilməsi münasibəti ilə 1936-cı ilin yanvaında Moskvada sovet 
partiya və hökumət rəhbərləri Azərbaycan nümayəndə heyətini 
qəbul etmişdilər. Onlar arasında gənc neft mühəndisi T.Tahirova 
da var idi. Bakıya qayıtdıqdan sonra elmi işi bir kənara qoyub 
bilavasitə istehsalatda çalışmağa başlamışdır. 1936-1937-ci 
illərdə o, gənc neft mühəndisi kimi Bakının neft mədənlərində 
çalışmışdır. 
T.Tahirova 1937-1940-cı illərdə Azərbaycan Sənaye 
İnstitutunun Neft yataqlarının istismarı kafedrasının aspirantı və 
asistenti olmuşdur. 
1940-1942-ci illərdə Azərbaycan Elmi-Tədqiqat 
İnstitutunda çalışmış  və respublika neft sənayesinin tərəqqisi, 
yeni-yeni elmi nailiyyətlərin və  səmərəli təkliflərin, ixtiraların 
tətbiqi sahəsində xeyli iş görmüşdür. 


 
74
İstehsalatda və elmi işdə  təcrübə qazanan T.Tahirova 
partiya işinə irəli çəkilmişdir. O, 1942-1949-cu illərdə 
Azərbaycan K(b)P MK neft şöbəsi müdirinin müavini, MK 
katibinin neft üzrə müavini, Azərbaycan K(b)P Bakı 
Komitəsinin kadrlar üzrə katibi olmuşdur. T.Tahirova bu 
vəzifələrdə Azərbaycan neft sənayesinin hərtərəfli inkişafı, neft 
trestləri və  mədənlərinin, neftayırma zavodlarının öhdəliyinə 
düşən vəzifələri və dövlət planlarını vaxtlı-vaxtında yerinə 
yetirməsi, «Azneft» birliyinin işgüzar, bacarıqlı mütəxəssislərlə 
– rəhbər işçilərlə, mühəndis-texniklərlə, ustalarla təmin edilməsi 
və düzgün yerləşdirilməsi, yeni-yeni təşəbbüs və yarışların 
tətbiqi, Bakının bəzi rayonlarının kadr şöbəsinin hesabatlarını 
müzakirə etmiş müşavirələrin keçirilməsi və onların 
müəyyənləşdirilməsi sahəsində var qüvvəsi ilə çalışmışdır. 
Azərbaycan xalqına və dövlətinə xidmətdən usanmayan 
T.Tahirova müsəlman dini ayinlərinə riayət etdiyini Azərbaycan 
K(b)P MK və hökumətindən gizlətdiyi üçün partiya töhməti 
almış və bütün vəzifələrindən götürülmüşdür. O, yenidən elmi-
tədqiqat və müəllimlik işinə qayıdaraq 1949-1954-cü illərdə 
Azərbaycan Neft və Kimya İnstitutunun Neft və qaz yataqlarının 
istismarı kafedrasının müəllimi işləmiş və gənc neftçi kadrların 
yetişdirilməsində fəaliyyət göstərmişdir. O, müəllimliklə yanaşı, 
dərs yükünün çoxluğuna baxmayaraq, «Orconikidzeneft» 
trestinin 8-ci mədəni üzrə  tədqiqat işi apararaq  1953-cü ildə 
namizədlik  dissertasiyasını müdafiə etmiş  və texniki elmlər 
namizədi elmi dərəcəsini almışdır. Eyni zamanda o, 1954-cü ilin 
iyununda qiyabi olaraq Sov.İKP MK yanında Ali Partiya 
məktəbini bitirmişdir. 
1954-1957-ci illərdə T.Tahirova Azərbaycan Həmkarlar 
İttifaqı  Şurasının sədri olmuşdur. O, respublikada həmkarlar 
təşkilatlarının çoxalması  və üzvlərinin sayının artması, 
istehsalatla  əlaqələrinin daha da genişlənməsinə bilavasitə 
rəhbərlik etmiş, səmərəli təkliflərin və ixtiraların istehsalata 
tətbiqi, yarışların və  zərbəçilik hərəkatının genişləndirilməsi


 
75
əhalinin sosial vəziyyətinin və istirahətinin yaxşılaşdırılması 
sahələrinə böyük diqqət vermişdir. 
T.Tahirova 1957-1963-cü illərdə Azərbaycan SSR Nazir-
lər Soveti yanında Dövlət Elm və Texnika Komitəsinin sədri və 
Dövlət Elmi-Tədqiqat İşlərini Əlaqələndirmə Komitəsinin sədri 
vəzifələrində çalışmışdır.  O, bu vəzifələrdə çalışdığı zaman 
elmin istehsalatla əlaqələrinin artmasına, yeni texnika və 
texnologiyaların bilavasitə istehsalata tətbiq olunmasına, istehsal 
proseslərinin avtomatlaşdırılması  və mexanikləşdirilməsinin 
genişləndirilməsinə xeyli  dərəcədə nail olmuşdur. Eyni 
zamanda yeni texnika və texnologiyaların işlənib hazırlanması 
məsələləri ilə şəxsən məşğul olmuşdur. 
1959-1983-cü illərdə o, Azərbaycan SSR xarici işlər naziri 
və Nazirlər Soveti sədrinin müavini (1963-1968) işləmişdir. 
T.Tahirova xarici işlər naziri kimi Azərbaycanın xarici ölkələrlə 
iqtisadi, elmi-texniki və  mədəni  əlaqələrinin ildən-ilə 
genişləndirilməsində, respublikanın sənaye və  kənd təsərrüfatı 
müəssisələrinin SSRİ-nin xaricdəki ticarət-sənaye sərgi və 
yarmarkalarında öz mallarını nümayiş etdirməsində, Bakıda 
Bolqarıstan, Macarıstan, ADR, ABŞ  və s. ölkələrin 
ixtisaslaşdırılmış  sərgilərinin, Fransa, Danimarka, Portuqaliya, 
Avstriya və  İtaliyada isə Azərbaycanın timsalında SSRİ 
günlərinin keçirilməsində, xarici diplomatlarla danışıqlar 
aparılmasında, eyni zamanda BMT Baş Assambleyasının XII, 
XXIII, XXX sessiyalarında sovet nümayəndə heyətləri 
tərkibində  iştirak etmişdir. O, dünya ölkələrinin bu ali 
məclisində diplomat kimi iştirak etmiş ilk azərbaycanlı qadın 
olmuşdur. T.Tahirova 1960-cı ildə SSRİ nümayəndə 
heyətlərinin tərkibində Hindistan, Birma, İndoneziya, 
Əfqanıstanda, 1961-1962-ci illərdə isə SSRİ Qadınlar Komitəsi 
nümayəndə heyətlərinin tərkibində Tunis, Türkiyə və Əlcəzairdə 
olmuşdur.  
70-80-ci illərdə Azərbaycanın beynəlxalq iqtisadi, mədəni, 
elmi-texniki və b. əlaqələri xeyli artdı, coğrafiyası daha da 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə