Муса гасымлы



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə17/31
tarix28.06.2018
ölçüsü1,63 Mb.
#52365
1   ...   13   14   15   16   17   18   19   20   ...   31

 
55
iştirak edən N.Nərimanov müşavirənin Rəyasət Heyətinə 
seçilmişdir. 
1921-ci il mayın 6-19-da keçirilən I Ümumazərbaycan 
Sovetlər qurultayını giriş nitqilə N.Nərimanov açmışdır: O, 
qurultayın Rəyasət Heyətinə seçilmiş, onun bir neçə iclasına 
sədrlik və  çıxış etmişdir. Eyni zamanda qurultayda 
N.Nərimanov bir il ərzində Azərbaycan SSR hökumətinin 
fəaliyyəti və beynəlxalq vəziyyət haqqında məruzə etmişdir. 
Qurultay 9 üzv və 3 namizəddən ibarət onun Rəyasət Heyətini 
seçdi. N.Nərimanov M.Hacıyev, S.Ağamalı  oğlu və b. ilə bir-
likdə onun tərkibinə seçilmişdir. Azərbaycanın ilk konstitu-
siyasını  təsdiq edən qurultay rəsmi olaraq N.Nərimanov başda 
olaraq Azərbaycan SSR Xalq Komissarları Sovetinin tərkibini 
müəyyənləşdirmişdir. Mayın 21-də Azərbaycan SSR MİK I 
plnenumunun I sessiyası keçirildi. N.Nərimanov iclası açarkən 
dedi ki, fəhlə və kəndlilərin üstünlüyü ilə Sovet Respublikasının 
ali orqanını    seçərək biz bütün Azərbaycan qarşısında, bütün 
Şərq qarşısında nəzərə çatdırırıq ki, burada hakimiyyət 
zəhmətkeşlərin öz əlindədir. Sessiya qurultay tərəfindən seçilmiş 
Azərbaycan SSR MİK Rəyasət Heyətini və N.Nərimanov başda 
olmaqla Azərbaycan SSR XKS-i təsdiq etmişdir. 
1921-ci il iyulun 19-da Azərbaycan SSR MİK Rəyasət 
Heyətinin iclası oldu. İclas N.Nərimanovun sədrliyi ilə keçmiş 
və onun Zaqafqaziya respublikaları nümayəndələrinin 
Azərbaycan, Gürcüstan və Ermənistan arasında sərhədlərin 
müəyyənləşməsinə  həsr edilmiş konfransın yekunları haqqında 
məruzəsini müzakirə etmişdir. 
N.Nərimanov 1921-ci il noyabrın 15-16-da Azərbaycan 
SSR MİK Rəyasət Heyətinin və Azərbaycan SSR XKS iclasında 
iştirak etmişdir.  İclasda «Zaqafqaziya respublikalarının vahid 
siyasi-iqtisadi ittifaqda birləşməsi» məsələsi müzakirə 
olunmuşdur. Rəyasət Heyəti N.Nərimanov başda olmaqla 
komissiya yaratmış  və konstitusiya layihəsini hazırlamağı 
tapşırmışdır. 


 
56
N.Nərimanov Bakıda həbs olunmuş ingilis və fransızların 
azad edilməsi məsələsinə  dair  Fransa  və Böyük Britaniya 
hökumətlərinə teleqramlar göndərmişdir. 
1921-ci il dekabrın 30-da türk əlifbası komitəsinin I 
konfransı keçirilmişdir. Giriş sözü ilə konfransı açan N.Nərima-
nov yeni əlifbanın üstünlükləri və  əhəmiyyətindən,  ərəb 
əlifbasının nöqsanlarından danışaraq demişdir: «Hərgah biz indi 
bu  əlifbaya keçməsək, o zaman 10 ildən sonra bu əlifba özü-
özünə itəcək. Odur ki, indi keçməli və elə etməli ki, 10 ildən 
sonra olacaq zəhmətkeş  ədəbiyyatını  zəhmətkeş balaları oxuya 
bilsin». 
1922-ci il yanvarın 27-də Moskvada çağırılmış I 
Ümumrusiya MİK fövqəladə sessiyasında  İtaliyanın Genuya 
şəhərində keçiriləcək konfransa gedəcək nümayəndələr 
seçilmişdir. Bu nümayəndələrin tərkibinə Azərbaycandan 
N.Nərimanov daxil edilmişdir. 
1922-ci il martın 11-12-də Tiflisdə Azərbaycan, 
Gürcüstan, Ermənistan Mərkəzi  İcraiyyə Komitələrinin 
səlahiyyətli konfransında Zaqafqaziya Sovet Federativ Sosialist 
Respublikaları (ZSFSR) təşkil edildiyi bildirilmişdir. ZSFSR-in 
Rəyasət Heyəti seçilmişdir. Onun tərkibinə N.Nərimanov da 
daxil olmuşdur. Sonra konfrans ZSFSR-in N.Nərimanov, 
A.Bekzadyan və P.Mdivanidən ibarət üç sədrini seçmişdir. 
Onlar növbə ilə Zaqafqaziyanın bütün işlərinə  rəhbərlik 
etmişlər. 
1922-ci il aprelin 10-dan mayın 19-dək İtaliyanın Genuya 
şəhərində iqtisadi və maliyyə  məsələləri üzrə beynəlxalq 
konfrans çağırılmışdır. Konfransda sovet nümayəndə heyəti də 
iştirak etmişdir. Konfransda sovet nümayəndə heyətinin 
tərkibinə G.Çiçerin, L.Krasin M.Litvinov, A.İoffe, V.Vorovski, 
Y.Rudzutak, X.Rakovski, N.Nərimanov, P.Mdivani, 
A.Bekzadyan, A.Şlyapkin daxil idi. Azərbaycan hökuməti ona 
bəyanat vermək, çıxış etmək və  sənəd imzalamaq üçün 
səlahiyyətli vəsiqə-mandat vermişdir. Vəkalətdə oxuyuruq: 


 
57
«Nəriman Nərimanov ümümsovet nümayəndələrinin tərkibində 
Azərbaycan Sovet Sosialist Respublikasının mənafeyini təmsil 
etməyə, Azərbaycan Sovet hökuməti adından hər cür bəyanat 
verməyə, konfransda müzakirə olunacaq məsələlər üzrə qərarlar 
qəbul etməyə, Azərbaycan hökuməti adından  saziş, müqavilə, 
konvensiya, müahidələr və s. bağlamağa vəkil edilmişdir». 
N.Nərimanov aprelin 10-dan mayın 6-na kimi Genuya 
konfransında iştirak etmiş, sovet nümayəndələrinin mövqeyində 
durmuş, Bakı neftinə sahib olmağa çalışan dövlətlərin cəhdlərini 
rədd etmişdir. O, Genuya konfransından sonra bir sıra qəzetlərin 
müxbirlərinə müsahibələr vermiş, konfrans, qurultay, iclas və 
müşavirələrdə  çıxış edərək konfrans, sovet nümayəndələrinin 
mövqeyi haqqında məlumatlar vermiş  və yazdığı  «Əqil 
sərmayənin cəngində», «Qenuya 10 aprelya 1922 q.» 
məqalələrdə  hərtərəfli izah etmişdir. N.Nərimanov sonralar 
ziyalıların, fəhlələrin və  kəndlilərin bu məsələyə marağını 
nəzərə alaraq müsahibə, bəyanat, çıxış və məqalələrini bir yerə 
toplayıb ««Genuya» nədir?» adlı altı fəsillik kitaça hazırlasa da, 
nəşr etdirə bilməmişdir. Kitabça ARSPİHDA-da 
N.Nərimanovun fondunda saxlanılmaqdadır. 
1922-ci il noyabrın 8-də Bakıda böyük Azərbaycan satirik 
şairi M.Sabirin heykəli qoyulmuşdur. Onun açılışında 
Azərbaycanın dövlət və ictimai xadimləri, ziyalıları, tələbələri 
iştirak etmişdir. Bu vaxt Bakıda olan N.Nərimanov da heykəlin 
açılışında iştirak etmiş  və nitq söyləmişdir. N.Nərimanov 
M.Sabirin yaradıcılığına böyük qiymət verərək yalnız fəhlə  və 
kəndli hökuməti tərəfindən ona heykəl qoyulduğunu qeyd 
edərək demişdir: «Sabir Nikolay hökumətinin  ən qorxulu 
günlərində heç kəsdən qorxmayıb özünün kəndli və  fəhlə 
tərəfdarı olduğunu hamıya bildirirdi. Öz şerləri və yazıları ilə 
kəndlilərin və fəhlələrin haqqlarını müdafiə edirdi… Buna görə 
heç kəs təəccüb etməsin ki, ilk dəfə Sabiri yad edən və ona 
yadlıq (heykəl) dikəldən biz kəndli və tərəfdarı oldu!» 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə