Муса гасымлы



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə13/31
tarix28.06.2018
ölçüsü1,63 Mb.
#52365
1   ...   9   10   11   12   13   14   15   16   ...   31

 
42
parlamenti onun sədrliyi altında AXC-nin ictimai, iqtisadi və 
mədəni inkişafına yönəlmiş qanunlar, qərarlar qəbul etmiş  və 
sazişlər təsdiqləmişdir. 
M.Cəfərov 1920-ci il aprelin 27-də parlamentin son 
iclasında gərgin müzakirədən sonra hakimiyyətin başda N.Nəri-
manov olmaqla Azərbaycan Müvəqqəti  İnqilab Komitəsinə 
verilməsi haqqında qərarı imzalamışdır.  
M.Cəfərov Azərbaycan Xalq Cümhuriyyəti süquta yetiril-
dikdən sonra Azərbaycan pambıqçılıq və  şərabçılıq trestlərində 
hüquq məsləhətçisi vəzifəsində çalışmışdır. O,1938-ci il mayın 
15-də Bakıda vəfat etmiş və Sağan kəndində dəfn olunmuşdur. 
                          
*** 
 

 
 «Azerbaydjan» qazeti, 1919, 4 dekabrə, №263. 

 
Adres-kalendarğ Azerbaydjanskoy Respubliki na 1920 q. 
Baku, 1920. 

 
Azərbaycan tarixi. C.2. Bakı, 1964. 

 
Azərbaycan tarixi. C.3. H.1. Bakı, 1973. 

 
Azərbaycan Demokratik Respublikası. Azərbaycan 
hökuməti. 1918-1920. Bakı, 1990. 

 
Azerbaydjanskaə Demokratiçeskaə Respublika (1918-1920). 
Vneşnəə politika (dokumentı i materialı). Baku, 1998. 

 
Azərbaycan Cümhuriyyəti (1918-1920). Bakı, 1998. 

 
Azerbaydjanskaə Demokratiçeskaə Respublika (1918-1920). 
Parlament (stenoqrafiçeskie otçёtı). Baku, 1998. 

 
Balaev A. Azerbaydjanskoe naüionalğno-demokratiçeskoe 
dvijenie 1917-1920 qq. Baku, 1990. 

 
Həsənov C. Azərbaycan beynəlxalq münasibətlər 
sistemində. (1918-1920). Bakı, 1993. 

 
«Kaspi» qəzeti, 1912, №238, 21 oktyabr; №240, 24 oktyabr; 
№280, 12 dekabr; 1913, №138, 21 iyun; 1917,  
18 aprel  №85. 


 
43

 
İbrahimov Z. Sosialist inqilabı uğrunda Azərbaycan 
zəhmətkeşlərinin mübarizəsi. Bakı, 1957. 

 
Qasımov M. Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər 
Nazirliyinin şəxsi heyəti. Bakı, 2002. 

 
Qosudarstvennaə Duma. Çetvёrtıy sozıv. Stenoqrafiçeskie 
otçёtı 1912-1913 qq. Sessiə pervaə. Ç.I,  II, III. SPb. 1913. 

 
Qosudarstvennaə Duma. Çetvёrtıy sozıv. Stenoqrafiçeskie 
otçёtı 1913-1914 qq. Sessiə vtoraə. Ç.I. SPb.,1914. 

 
Qosudarstvennaə Duma. Çetvёrtıy sozıv. Stenoqrafiçeskie 
otçёtı 1915 q. Sessiə çetvёrtaə .SPb.,1915. 

 
Qosudarstvennaə Duma. Çetvёrtıy sozıv. Stenoqrafiçeskie 
otçёtı 1916 q. Sessiə çetvёrtaə. SPb., 1916. 

 
Nəsibzadə N.Azərbaycan Demokratik Respublikası 
(məqalələr və sənədlər). Bakı, 1990. 

 
Zakavkazskiy Seymğ. Stenoqrafiçeskiy otçёt. I Sessiə. 
Tiflis, 1918. 

 
Seidzade D.Azerbaydjanskie deputatı v Qosudarstvennoy 
Dume Rossii. Baku, 1991. 


 
 
44
Nəriman Kərbəlayi Nəcəf oğlu 
Nərimanov 
28 aprel – 2 may 1920 
 
Azərbaycanın görkəmli dövlət 
və ictimai-siyasi xadimlərindən, 
yazıçılarından və diplomatlarından 
biri Nəriman Kərbəlayi Nəcəf oğlu 
Nərimanov olmuşdur. 
N.Nərimanov 1870-ci il aprelin 
14-də Tiflis şəhərində anadan 
olmuşdur. O, 1885-ci ildə Tiflis müsəlman ruhani məktəbini 
bitirdikdən sonra Qori şəhərindəki Zaqafqaziya müəllimlər 
seminariyasına daxil olmuş, burada həvəslə elmə can atmış  və 
onun bütün sahələrini öyrənməyə çalışmışdır. Seminariyada 
Azərbaycan, rus və dünya ədəbiyyatı klassiklərini dərindən 
öyrənməyə başlamışdır. 
1890-cı ilin iyununda Zaqafqaziya müəllimlər 
seminariyasını müvəffəqiyyətlə bitirən N.Nərimanov Tiflis 
quberniyasının Borçalı  qəzasının Qızıl Hacılı  kəndinə müəllim 
vəzifəsinə təyin edilmişdir. O, ilk dəfə olaraq burada kəndlilərin 
ağır, dözülməz həyatı ilə tanış olmuş və onlar arasında mədəni-
maarifçilik işi aparmışdır. O, «Nadanlıq» adlı ilk bədii əsərini bu 
kənddə yazmışdır. 
N.Nərimanov 1891-ci ildə Bakıya gəlmişdir. O, burada 
müəllimlik-maarifçilik işini davam etdirmişdir. Bakıda  şəxsi 
gimnaziyada Azərbaycan və rus dilləri müəllimi işləmişdir. 
N.Nərimanov Azərbaycanın qabaqcıl ziyalılarının köməyi 
ilə 1894-cü ildə Bakıda Şərqdə ilk ictimai xalq kitabxanasını – 
oxu zalını açmışdır. Onun fəaliyyəti nəticəsində kitabxana – oxu 
zalı  təkcə Bakı deyil, bütün Qafqaz ziyalıları  və  zəhmətkeşlə-
rinin mədəniyyət mərkəzinə çevrilmişdir. Kitabxanada 
N.Nərimanovun rəhbərliyi altında  əhali arasında aparılan 


 
45
mədəni iş  məsələlərini müzakirə edən iclaslar çağırılmış,  
yeni  əsərlər müzakirə olunmuş  və yoxsul tələbələrə köməklik 
üçün tamaşalar göstərilmişdir. 
1895-1901-ci illərdə N.Nərimanov Bakıda müəllimlik 
etməklə yanaşı, geniş  bədii və ictimai-siyasi fəaliyyətə 
başlamışdır. O, bu dövrdə «Dilin bəlası («Şamdan bəy»)», 
«Bahadur və Sona», «Nadir şah»  əsərlərini yazmış, tərcümələr 
etmiş, bir sıra məqalə, məruzə və mühazirələrlə çıxış etmişdir. 
Oxumağa, elmə gənc yaşlarından həvəsi olan və daim ona 
can atan N.Nərimanov ali təhsil almaq üçün bir sıra çətinliklərlə 
üzləşmişdir. Gimnaziya müəllimi olmasına baxmayaraq, ali 
məktəbə  daxil olmaq üçün attestat tələb olunurdu. Buna görə də 
o, 1902-ci ildə Bakı kişi gimnaziyasında ekstern imtahan verib 
attestat alaraq Odessa şəhərində Novorossiysk universitetinin 
tibb fakültəsinə daxil olmuşdur. 
1902-1908-ci illər N.Nərimanovun tələbəlik illəridir. 
Tezliklə müəllim və  tələbələrin böyük hörmətini qazanan 
N.Nərimanov tələbə  çıxışlarında fəal iştirak etmiş  və  səhərin 
liman fəhlələri arasında inqilabi iş aparmışdır. Onun tələbəlik 
illəri Rusiyada inqilabi mübarizənin gücləndiyi bir dövrə 
düşmüşdür. Bu dövrdə o, istər Odessada, istərsə də tətillər vaxtı 
Bakıya gəldiyi zaman fəhlələr arasında inqilabi təbliğat işi 
aparmış, tələbələrin mitinq və çıxışlarında nitq söyləmiş , 1905-
ci ildə Bakıda Hümmət sosial-demokratik partiyasına daxil 
olmuş,  İran sosial-demokratik partiyası olan Mücahidin 
yaradılmasında iştirak etmişdir. 
1906-cı ildə N.Nərimanov RSDFP proqramını Azərbaycan 
dilinə  tərcümə etmişdir. Azərbaycan müəllimlərinin I 
qurultayında onun sədrlərindən biri seçilmiş və qurultayda çıxış 
edərək müəllimləri xalqın azadlığı  uğrunda mübarizəyə, 
məktəblərdə Azərbaycan dilində  dərslər keçməyə  və  məktəb 
islahatı aparmağa çağırmışdır. 
N.Nərimanov 1906-1908-ci illərdə inqilabi mübarizəsini 
«Kaspi», «İrşad», «Həyat», «Təkamül» qəzetlərində siyasi, 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə