Муса гасымлы



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə10/31
tarix28.06.2018
ölçüsü1,63 Mb.
#52365
1   ...   6   7   8   9   10   11   12   13   ...   31

 
32
münasibətilə deputatları  təbrik edərək dedi: «Bugünkü gün 
Azərbaycan üçün böyük,  əziz mübarək gündür ki, yuxumuzda 
görməzdik,  əqlimizə  gəlməzdi. Bu gün o gündür ki, 
muxtariyyatı  əlimizə aldığımız, hökumət vəkalətilə bu bayram 
günü sizi və sizinlə bərabər özümüzü də təbrik edirəm». Sonra 
o, hökumətin may ayından bəri apardığı daxili və xarici siyasəti 
haqqında məlumat verdi. F.Xoyski nitqinin axırında parlamentə 
müraciət edərək dedi:  «…hökumət çalışmışdır ki, öz nüfuzunu  
millətin gözündə itirməsin. Biz xahiş edirik ki, nöqsanlarımızı 
bizə göstəriniz… hökumətin ixtiyarı bu günə qədər idi… heç bir 
hökumət parlamenti açıldıqdan sonra  iş başında qalammaz. Ona 
görə mən bütün yoldaşlarım tərəfindən xəbər verirəm, hökumət 
hüzurunuzda istefasını verir». 
Parlament F.Xoyski hökumətinin istefasını  qəbul etdi və 
yeni hökumətin təşkilini yenə də ona tapşırdı. F.Xoyski 1918-ci 
il dekabrın 26-da yeni hökumətin qarşısında duran vəzifələri və 
tərkibini Azərbaycan parlamentinə  təqdim etdi. Parlament 
təqdimatı geniş müzakirədən sonra qəbul etdi. F.Xoyski bu 
hökumətdə baş nazir vəzifəsilə yanaşı, xarici işlər naziri 
vəzifəsini də tutmuşdur. 
F.Xoyski hökuməti parlament tərəfindən təsdiq olunandan 
sonra ölkənin iqtisadi vəziyyətinin və əmin-amanlığının bərpası 
işinə başladı. Lakin parlamentdə  iştirak edən partiyalar 
arasındakı ziddiyyətlər onu həyata keçirməyə imkan vermirdi. 
Onlar F.Xoyski hökumətini aqrar, neft alveri, polisin qanunsuz 
hərəkətlərinin qarşısını ala bilməmək və b. məsələlərdə  təqsir-
ləndirirdilər. Bu məsələlər haqqında  parlamentdə  bir neçə dəfə 
keçirilən müzakirələrdə F.Xoyski hökuməti kəskin tənqid 
olundu. F.Xoyski parlamentinin 1918-ci il fevralın 5-də 
keçirilən iclasında çıxış edərək  onlara dedi: «O günlər ki,  siz 
neçə  dəfələrlə  mənə müraciətən bu hökumətin  təşkilinə  məni 
vadar etdiniz… Mən o vaxt sizə dedim ki, belə  xətərləri bir 
zamanda heç kəs cəsarət edib tamam hökuməti ələ ala bilməz… 
Sizin sidq dil ilə hökumətin dalında durub kömək edəcəyinizə 


 
33
ümid oluruq… əgər görsəm ki, sədaqət yoxdur, bir dəqiqə 
hökumət başında durmaram… hökumətə  kömək cürbəcür 
olur… heç hökumət… sorğudan inciməz… sorğu da var, sorğu 
da. Bir sorğu var ki, atanın oğluna verdiyi nəsihət, bir sorğu var 
ki, zəhərli, bədxahlıq sorğusudur… Bu sorğu hökumətə badalaq 
vurmaq, biz soxmaq deməkdir». 
Onun başçılıq etdiyi hökumətə qarşı istər parlamentdə, 
istərsə  də siyasi partiyalar arasında gedən danışıqlara son 
qoymaq məqsədilə F.Xoyski  başçılıq etdiyi hökumətinin 
istefası haqqında parlamentə  məktub göndərdi. 1919-cu il 
fevralın 25-də Azərbaycan parlamenti F.Xoyskinin məktubunu 
müzakirə edib, onun istefasını qəbul etdi. Lakin parlament yeni 
hökumətin təşkilinə  qədər vəzifəsini icra etməyi ondan xahiş 
etdi. 
F.Xoyski istefaya çıxsa da, siyasi və ictimai fəaliyyətini 
davam etdirmişdir. O, bu dövrdə Azərbaycan parlamentinin 
üzvü kimi Azərbaycan  hökumətinin bir sıra tədbirlərində  fəal 
iştirak etmişdir. Siyasi, iqtisadi və maliyyə  məsələlərinin 
həllində, Cənubi Qafqaz respublikaları arasında mübahisəli 
sərhəd məsələlərinə  həsr edilmiş Qafqaz konfransının 
çağrılmasında, Azərbaycanla Ermənistan arasında mübahisəli 
ərazi məsələlərinin həllinə 
həsr edilmiş konfransın 
keçirilməsində  fəal iştirak etmişdir. F.Xoyski bu iclas və 
konfranslarda çıxış edərək Azərbaycanın qəti mövqeyini 
bildirmiş  və  bəzi qonşu dövlətlərin Azərbaycana bədxah 
münasibətini kəskin tənqid etmişdir. Onları dostluğa və ədalətli 
qonşuluq münasibətləri yaratmağa çağırmışdır. O, demişdir ki, 
Böyük Rus inqilabı Güney Qafqaz xalqlarının azadlığa 
çıxmasına səbəb olmuşdu, mən belə düşünmürəm ki, Qafqazın 
azadlıq sevən oğullarının – istər o azərbaycanlı olsun, istərsə də 
dağlı, gürcü və ya erməni olsun, müstəqil yaşamaq ideyasında, 
sərbəstlik ideyasında yolları birdir. 
1919-cu il dekabrın 22-də Azərbaycan parlamenti 
N.Yusifbəyovun təşkil etdiyi beşinci hökumət kabinəsində 


 
34
F.Xoyskini xarici işlər naziri vəzifəsinə təyin etmişdir. F.Xoyski 
bu vəzifədə 1920-ci ilin aprelinə qədər çalışmışdır. 
Paris sülh konfransı tərəfindən Azərbaycanın istiqlaliyyə-
tinin tanınması münasibətilə Azərbaycan parlamentinin təntənəli 
iclası 1920-ci il yanvarın 14-də keçirildi. 
İclasda ilk söz xarici işlər naziri F.Xoyskiyə verildi. 
Azərbaycanın dünya ölkələri tərəfindən tanınması sahəsində 
ardıcıl mübarizə aparanlardan biri olmuş F.Xoyski parlamenti 
təbrik edərək böyük sevinclə bildirmişdir.: «May ayının 28-də 
1918-ci ildə Azərbaycan xalqı öz istiqlaliyyətini aləmə  məlum 
etmişdir…  İstiqlalını elan etdikdən sonra bir millət gərək cəmi 
aləmə göstərsin və isbat etsin ki, … istiqlaliyyətə layiqi vardır… 
bir il on ay müddətində Azərbaycan milləti öz həyatın, 
dolanacağın Avropaya, cəmi mədəniyyət aləminə  məlum edib 
özünü öylə göstərdi ki, Avropa onun həqqini verməklə  və 
istiqlalını təsdiq etməyə vadar oldu… 
Bu xəbər bizdən ötrü böyük bayramdır. Bu yalnız bizim 
üçün deyil, ümumi türk milləti və ümumi türk aləmi üçün böyük 
bir bayramdır. Böylə bir günü dərk etmək üçün qeyri millətlər 
on illər ilə çalışmışlar. Biz isə onu az müddətdə bir il yarım 
içərisində qazandıq». 
F.Xoyski Sovet Rusiyası ilə  əlaqələr yaratmaq haqqında 
Rusiyanın xalq xarici işlər komissarı G.Çiçerinlə bir neçə  dəfə 
notalar mübadiləsi etmişdir. O, G.Çiçerinin Azərbaycanı general 
Denikinlə mübarizəyə  cəlb etmək fikrinə qarşı  çıxaraq, 
Azərbaycanın Rusiya tərəfindən tanınmasını, rus və Azərbaycan 
xalqları arasında  ədalətli, hər iki dövlətin suverenliyi 
prinsiplərinə  əsaslanan mehriban qonşuluq münasibətləri 
yaradılmasını irəli sürmüşdür. Ancaq F.Xoyskinin Sovet 
Rusiyası ilə münasibətləri yaxşılaşdırmaq cəhətləri bir fayda 
verməmişdir. 
1920-ci il aprelin 15-də parlamentdə hökumətin Sovet 
Rusiyasına diplomatik nümayəndə göndərmədiyini tənqid edən 
Əliheydər Qarayevə cavab verən F.Xoyski demişdir: «Biz üç 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə