Муса гасымлы



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə12/31
tarix28.06.2018
ölçüsü1,63 Mb.
#52365
1   ...   8   9   10   11   12   13   14   15   ...   31

 
39
M.Cəfərova bu yeni yaradılmış komitədə  sənaye və ticarət 
işlərinə rəhbərlik etmək tapşırıldı. 
1917-ci il aprelin 15-20-də Bakıda Qafqaz müsəlmanları-
nın qurultayı keçirildi. Qurultayda Tiflisdən gəlmiş M.Cəfərov 
da iştirak etmiş  və  təbrik nitqi söyləmişdir. O, inqilab 
münasibətilə azadlıq  əldə etmiş müsəlmanları  təbrik etmiş  və 
onları birliyə çağıraraq qeyd etmişdir ki, köhnə çar rejimi 
əvvəldən çürümüş  təməl üzərində qurulduğu üçün yıxıldı. O, 
Rusiyada azadlığın əldə edilməsində əsgərlərin və fəhlə sinfinin 
roluna böyük qiymət verərək deyirdi: «Mən sizin seçilmiş 
nümayəndəniz kimi bildirirəm ki, biz bir  an da ununtmamalıyıq 
ki, Rusiyada azadlığı  əsgərlər və  fəhlələr qazanmışdır və onlar 
sizə öz qardaşları kimi baxır». 
1917-ci il noyabrın 15-də Tiflisdə Y.Gegeçkorinin sədrliyi 
ilə Müstəqil Zaqafqaziya hökuməti - Zaqafqaziya Komissarlığı 
yaradıldı. M.Cəfərov bu hökumətdə ticarət və  sənaye naziri 
vəzifəsini tutmuşdur. 
1918-ci il fevralın 23-də Tiflisdə Zaqafqaziya Seymi işə 
başladı. Seymdə gürcü, erməni və azərbaycanlı nümayəndələri 
iştirak edirdilər. Buraya Azərbaycandan Müsavat Partiyasını və 
bitərəf demokratik qrupları  təmsil edən 30 nəfər, o cümlədən 
M.Cəfərov da seçilmişdi. Bu partiya və  təşkilatlardan  əlavə 
Müsəlman sosialist blokundan 7, İttihaddan 3, Hümmət 
Partiyasından 4 nümayəndə  iştirak edirdi. Ümumiyyətlə, 
Zaqafqaziya Seymində 44 azərbaycanlı deputat var idi. Eyni 
zamanda Seymin Müsəlman fraksiyası  fəaliyyət göstərirdi. 
M.Cəfərov onun da üzvü idi. M.Cəfərov Zaqafqaziya Seyminin 
və Müsəlman fraksiyasının iclaslarında dəfələrlə  çıxış edərək 
Zaqafqaziya xalqlarının dostluğu, arada olan ədavətin ləğvinə, 
əldə edilmiş azadlığı qorumağa çağırmış, Türkiyə dövləti ilə 
danışıqlara başlamağı və sülh sazişi bağlamağı təklif etmişdir. 
1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin sonuncu 
iclasında Seymin buraxılması  və Gürcüstanın müstəqilliyi elan 
edilməsi ilə  əlaqədar olaraq mayın 27-də Müsəlman 


 
40
fraksiyasının fövqəladə iclası çağrıldı. Onlar M.Rəsulzadənin 
sədrliyi ilə Müvəqqəti Milli Şura və F.Xoyskinin sədrliyi ilə 
Milli  Şuranın  İcra Komitəsi təşkil etdilər.  İcra Komitəsinin 
tərkibinə M.Hacınski, N.Yusifbəyov, X.Xasməmmədov və b. ilə 
birlikdə M.Cəfərov da seçildi. 
Müvəqqəti Milli Şuranın 1918-ci il mayın 28-dəki 
iclasında Azərbaycanın müstəqilliyini bəyan edən akt qəbul 
olundu.  İstiqlal bəyannaməsini imzalayan və  bəyan edən 24 
nəfərdən biri Məmməyusif Cəfərov olmuşdur. Həmin iclasda 
F.Xoyskinin elan etdiyi Azərbaycan hökumətinin tərkibində 
M.Cəfərov ticarət və sənaye naziri vəzifəsini tutmuşdur. 
M.Cəfərov 1918-ci ilin iyun ayının axırlarından 1919-cu 
ilin martın ortalarına kimi Azərbaycan Xalq Cümhuriyyətinin 
Gürcüstan Respublikasında diplomatik nümayəndəsi olmuşdur. 
O, bu vəzifədə Azərbaycan və Gürcüstan hökumətləri arasında 
dostluq  əlaqələrinin yaradılmasında, keçmiş Zaqafqaziya De-
mokratik Federativ Respublikasının əmlakının bölüşdürülməsin-
də, Azərbaycan, Ermənistan, Gürcüstanın hökumət və Avropa 
ölkələri nümayəndələri ilə söhbət və görüşlərdə, Azərbaycan, 
Gürcüstan və Dağlılar respublikalarının nümayəndələrinin Tiflis 
şəhərində keçirilmiş Zaqafqaziya konfransında yaxından iştirak 
etmiş  və Azərbaycanla Gürcüstan arasında  əlavə müvəqqəti 
kağız pul buraxılması haqqında müqaviləni imzalamışdır.  
1919-cu il aprelin 14-də Azərbaycan parlamenti N.Yusif-
bəyovun sədrliyi ilə yeni Azərbaycan hökumətini təsdiq etdi. 
M.Cəfərov bu hökumətdə xarici işlər naziri vəzifəsini tutdu. O, 
bu vəzifədə 1919-ci il dekabrın 22-nə kimi çalışdı. M.Cəfərov 
bir diplomat kimi Azərbaycan Respublikasının mənafeyini  
müdafiə etmişdir. Bu onun imzaladığı Gürcüstan və Azərbaycan 
Respublikaları arasında hərbi-müdafiə müqaviləsində,  əlavə 
müvəqqəti kağız pulun buraxılması haqqında Ermənistan, 
Gürcüstan və Azərbaycan respublikaları arasında sazişdə, mü-
səlmanların vəhşicəsinə  qırılması  əleyhinə Ermənistan XİN-ə, 
müsəlman əhalisinin mənafeyinin müdafiə edilməsi, Azərbayca-


 
41
nın ərazi bütövlüyü, əmlakının qorunması barədə Böyük Britani-
yanın Cənubi Qafqazdakı  və Bakıdakı qoşunlarının komandan-
larına göndərdiyi notalardan və s. aydın görünür. 
M.Cəfərov eyni zamanda xarici işlər naziri kimi 
Azərbaycan parlamentinin 1919-cu il iyunun 27-də 51-ci və 
avqustun 18-də 66-cı iclaslarında çıxış edərək Azərbaycan 
hökumətinin apardığı xarici siyasət, Gürcüstanla bağlanmış 
müqavilə,  şimaldan general Denikin təhlükəsi ilə  əlaqədar 
Gürcüstan hökuməti və Böyük Britaniyanın Zaqafqaziyada olan 
komandanlıqları ilə aparılan danışıqlar haqqında məlumat 
vermişdir. 
1919-cu il dekabrın 2-11-də Bakıda Türk Demokratik 
Federalist Müsavat Partiyasının II qurultayı keçirildi. 
Qurultayda iştirak etmiş M.Cəfərov, M.Rəsulzadə, M.Hacınski, 
N.Yusifbəyov və b. ilə birlikdə qurultayın siyasi komissiyasına 
seçilmişdir. 
1919-cu il dekabrın 14-21-də Bakıda azərbaycanlı-erməni 
konfransı keçirildi. Konfransda Azərbaycandan F.Xoyski, 
M.Hacınski, R.Vəkilov və M.Cəfərov iştirak etmişdir. 
M.Cəfərov konfransı giriş nitqi ilə açaraq demişdir ki, müstəqil 
Gürcüstan, Ermənistan və Azərbaycan respublikaları yaranma-
sına baxmayaraq, onlar arasında həll edilməmiş mübahisəli 
məsələlər vardır. Konfransı açaraq ümid edirəm sizin ağır 
zəhmətiniz nəticəsində bu çətin məsələlər həllini tapacaq və hər 
iki xalq arasında dostluq əlaqələri möhkəmlənəcəkdir. 
1920-ci il fevralın 2-də Azərbaycan parlamentinin 121-ci 
iclasında parlament sədrinin müavini H.Ağayevin xəstəliyi ilə 
əlaqədar olaraq vəzifəsindən getməsi nəticəsində yeni müavin 
seçilməsi  müzakirə edilmişdir. Müzakirə zamanı M.Rəsulzadə  
Müsavat fraksiyası adından Azərbaycan parlamentinin sədrinin 
müavini vəzifəsinə M.Cəfərovu təklif etmişdir. Parlamentin 47 
üzvü M.Cəfərovun lehinə, 5 üzvü isə  əleyhinə  səs vermişdir. 
Beləliklə, o, Azərbaycan parlamentinin sədrinin müavini 
seçilmiş  və onun iclaslarına sədrlik etmişdir. Azərbaycan 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə