Муса гасымлы



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə15/31
tarix28.06.2018
ölçüsü1,63 Mb.
#52365
1   ...   11   12   13   14   15   16   17   18   ...   31

 
49
yerlərində baş vermiş milli 
 
qırğın törədənləri kəskin tənqid etmiş  və milliyyətindən asılı 
olmayaraq  Azərbaycan zəhmətkeşlərini qardaşlığa, dostluğa və 
həmrəyliyə çağırmışdır. 
1918-ci il aprelin 25-də Bakı  fəhlə,  əsgər və matros 
sovetinin iclasının qərarı ilə Bakı Xalq Komissarları Soveti 
yaradıldı. Azərbaycanda və bütün Zaqfaqaziyada ilk sovet 
hakimiyyəti olmuş Bakı Xalq Komissarları Sovetinin tərkibinə 
S.Şaumyan, P.Caparidze, İ.Fioletov və b. ilə yanaşı N.Nərima-
nov da daxil olmuş  və ona şəhər təsərrüfatı komissarı  vəzifəsi 
tapşırılmışdır. N.Nərimanov ilk gündən bir komissar kimi şəhə-
rin sanitar vəziyyəti ilə tanış olmağa başlamış, xəstəxanalara, 
məktəblərə, müəssisələrə getmişdir. Bakı  dəmir yolunun ikinci 
stansiyasında məskunlaşmış Quba və Müğan qaçqınlarının 
vəziyyəti ilə tanış olmuş,  əmək intizamını möhkəmləndirmək 
haqqında Xalq Şəhər Təsərrüfatı Komissarlığı üzrə  əmri 
imzalamışdır. 
1918-ci il mayın 26-28-də Bakı  qəzası  kəndli deputatları 
sovetlərinin qurultayı keçirildi. N.Nərimanov bu qurultaya 
sədrlik etmiş, onu təbrik nitqi ilə açmış, ikinci iclasında 
hakimiyyət məsələsi haqqında məruzə etmişdir. O, məruzəsində 
qeyd etmişdir ki, indiki hökuməti hiss etmək üçün onun 
fəaliyyətinə nəzər salmalıyıq. Köhnə hökumət istibdad hökuməti 
idi, «heç müstəbid istəməz ki, onun əlinin altında olan əhali 
gözüaçıq olsun…». Sonra o, Rusiya inqilabının köhnə 
hökumətin iç üzünü açması  və onu devirməsi, yeni hökumətin 
yaradılması haqqında kəndlilərə    məlumat vermişdir. 
N.Nərimanov məruzəsində hakimiyyətin yeni hökumətə – 
bolşeviklərə keçdiyini qeyd edərək deyir: «İxtiyar və hökumət 
biz bolşeviklərin, yəni camaatın  əlinə keçdi. Bu hökumət nə 
tələb edir?  Bu hökumət çalışır ki, Rusiyada inqilab hiss 
olunsun, camaata yer verilsin, fəhlələr 8 saat işləsin, çox 
məvacib alsınlar,… fabriklər milliləşdirilsin». Qurultay Bakı 
qəzası Kəndli Deputatları Sovetinin 15 nəfərdən ibarət İcraiyyə 


 
50
Komitəsini seçdi. Onun tərkibinə M.Əzizbəyov, D.Bünyadzadə, 
M.Vəzirov ilə yanaşı N.Nərimanov da daxil olmuşdur. 
N.Nərimanov 1918-ci ilin iyununda Bakıda sovet haki-
miyyəti çətin vəziyyətə düşdüyü zaman ağır xəstələnmişdir. Bu 
vaxt onun xəstələnməsi haqqında «Hümmət» qəzeti məlumat 
vermişdir. N.Nərimanov xəstəliynin ağırlığına görə  həkimlərin 
məsləhəti ilə Həştərxana getmişdir. 
1918-1919-cu illərdə N.Nərimanov Həştərxan  şəhərində 
fəaliyyət göstərmişdir. N.Nərimanov Həştərxan Quberniya 
İcraiyyə Komitəsinin hərbi-sanitar, maarif şöbələrinin müdiri, 
Həştərxanda təşkil edilmiş Zaqafqaziya müsəlmanları işləri üzrə 
komissar vəzifələrinə təyin olunmuşdur. 
N.Nərimanov «Hümmət» təşkilatının Həştərxan bürosunu 
yaratmış  və ona başçılıq etmiş, eyni zamanda 1919-cu ilin 
mayından 1920-ci ilin mayına qədər Həştərxanda çap olunmuş 
«Hümmət» qəzetini redaktə etmişdir. N.Nərimanov Həştərxanda 
dəfələrlə müsəlman qızıl  əsgərləri, kommunistləri, qadınları, 
ruhaniləri, müəllimləri və 
fəhlələrinin iclaslarında, 
yığıncaqlarında, kurslarında müxtəlif mövzuda təbliğat 
xarakterli çıxış  və  məruzələr etmiş, onlara Rusiyada və bütün 
dünyada baş verən hadisələrdən ətraflı danışmışdır. 
N.Nərimanov bu dövrdə daim Azərbaycan zəhmətkeşləri 
ilə  əlaqə saxlamış  və burada baş verən hadisələr haqqında 
məlumatlar almışdır. Onun yazdığı 
və imzaladığı 
«Zaqafqaziyaya biz nə  şüarla gedirik», «Qafqaz fəhlə  və 
kəndlilərinə» müraciətləri Bakıya göndərilmişdir. O, bu 
müraciətlərdə Qafqaz və Zaqafqaziya zəhmətkeşlərini xarici 
müdaxiləçiləri öz torpaqlarından qovmağa, fəhlə-kəndli 
hökuməti olan sovetləri qurmağa və kapitalist-mülkədar 
hakimiyyətinə qarşı çıxmağa çağırmışdır. 
N.Nərimanov 1919-cu il iyunun axırlarında RK(b)P MK 
tərəfindən Moskvaya çağırılmışdır. O, ilk dəfə olaraq burada 
RSFSR Xalq Komissarları Sovetinin sədri V.İ.Leninlə 
görüşmüşdür. O, V.İ.Leninlə Qafqazda baş verən hadisələr, 


 
51
sovet hakimiyyəti uğrunda mübarizə problemləri, kommunistlə-
rin fəaliyyəti, Şərqdə sovet hakimiyyəti və s. məsələlər haqqında 
ətraflı söhbət etmişdir. V.İ.Lenin ilk dəqiqələrdən hiss edir ki, 
onun həmsöhbəti N.Nərimanov  Şərq məsələlərini dərindən və 
incəlikləri ilə bilən bir şəxsdir. 
1919-cu ilin iyulundan – 1920-ci ilin mayına qədər 
N.Nərimanov Moskvada müxtəlif vəzifələr daşımışdır: RSFSR 
Xalq Xarici İşlər Komissarlığının Yaxın Şərq şöbəsinin müdiri, 
RSFSR Xalq Milli İşlər Komissarının müavini və komissarlığın 
kollegiya üzvü. O, eyni zamanda bu dövrdə Moskvada keçirilən 
iclas və müşavirələrdə iştirak etmiş, məruzə və nitq söyləmişdir. 
Millətlər Komissarlığının müxtəlif məsələləri müzakirə etmiş bir 
sıra kollegiya iclasları onun sədrliyi altında keçmişdir. O dövrkü 
mətbuatda dərc olunmuş RSFSR xalq xarici işlər komissarı 
G.Çiçerin ilə birlikdə imzaladığı «Türkiyə  fəhlə  və 
kəndlilərinə», «Azərbaycan, Dağıstan və Gürcüstan 
kəndlilərinə», «İran fəhlə  və  kəndlilərinə» müraciətlərdə 
Türkiyə  və  İran zəhmətkeşlərini xarici müdaxiləçiləri 
ölkələrindən qovmağa, sultan və  şah rejimini inqilab yolu ilə 
devirməyə, Sovet Rusiyası ilə 
əlaqələr yaratmağa
azərbaycanlıları, gürcüləri və Dağıstan zəhmətkeşlərinin  əldə 
etdikləri azadlığı qoruyub saxlamağa, Denikinçilərə qarşı 
mübarizəyə çağırmışlar. 
1919-cu il noyabrın 22-dən dekabrın 3-dək Moskvada 
keçirilən Şərq xalqları kommunist təşkilatlarının II Ümumrusiya 
qurultayında N.Nərimanov iştirak etmiş  və Tatar-Başqırd 
muxtar respublikasının yaradılması haqqında çıxış etmişdir. O, 
bu çıxışında qeyd etmişdir ki, «sovet hakimiyyəti dəfələrlə  hər 
bir xalqa müstəqillik vermək, muxtar respublika yaratmaq 
haqqında bəyanatlar vermişdir. Biz Tatar-Başqırd Muxtar 
Respublikasının yaranmasının  əleyhinə deyilik, lakin onun 
sonralar burjua nümayəndələrinin  əlinə keçməsindən qorxuruq. 
Bu məsələnin həllinə ehtiyala yanaşmaq lazımdır». Qurultay 
RK(b)P MK yanında  Şərq xaqları kommunist təşkilatlarının 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə