Муса гасымлы



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə27/31
tarix28.06.2018
ölçüsü1,63 Mb.
#52365
1   ...   23   24   25   26   27   28   29   30   31

 
91
sədrinə  təqdim etdi. Beləliklə, 1993-cü il aprelin 6-da 
Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi məsələsi 
böyük zəhmət nəticəsində BMT Təhlükəsizlik  Şurasının 
icraatına verilmiş oldu. Məsələ  Təhlükəsizlik  Şurasına 
verildikdən sonra aprelin 8-də T.Qasımov Nyu-Yorka getmişdir. 
Həmin gün Təhlükəsizlik  Şurasının sədri pakistanlı  cənab 
Makoverlə görüşüb məsələnin Təhlükəsizlik  Şurasının növbəti 
toplantısının gündəliyinə salınmasını rica etmişdir. 
Təhlükəsizlik  Şurasının daimi və keçici üzvləri olan ölkələrin 
təmsilçiləri ilə görüşlər keçirərək problem barədə  ətraflı 
məlumat verib onlardan dəstək istəmişdir. BMT Baş Katibi və 
BMT yanındakı  təşkilatlarının nümayəndələri ilə görüşlər 
keçirilmişdir.  
T.Qasımov 1993-cü il aprelin 27-28-də yenidən Təhlükə-
sizlik Şurasının bütün üzvləri ilə təkrar görüşlər keçirib onların 
razılığını almışdır. Aprelin 29-da Təhlükəsizlik  Şurasının 
toplantısı keçirilmiş  və aprelin 30-da  BMT Təhlükəsizlik 
Şurasının 822 №-li qətnaməsi dünyaya bəyan edilmişdir. 
Qətnamədə erməni silahlı qüvvələrinin Azərbaycanın bütün 
işğal etmiş  ərazilərini dərhal və qeyd-şərtsiz boşaltmaları  tələb 
olunmuşdur. 
BMT Təhlükəsizlik  Şurasının 822 №-li qətnaməsinin 
icrası istiqamətində  ilk addım olaraq ATƏT çərçivəsində 
Finlandiya nümayəndəsinin başçılığı ilə 60 nəfərdən ibarət 
müşahidəçi dəstəsi hazırlandı. Sonra Kəlbəcərin erməni 
yaraqlılardan təmizlənməsi haqqında saziş imzalandı. Sazişi 
Ermənistan prezidenti Ter-Petrosyan mayın 8-də, Azərbaycan 
prezidenti  Əbülfəz Elçibəy isə mayın 12-də imzaladı. Sazişə 
görə  Kəlbəcər bölgəsi iyunun 14-dən 29-a qədər erməni silahlı 
dəstələrindən təmizlənməli, dinc əhali daimi yaşayış yerlərinə 
dönməli və oraya beynəlxalq müşahidəçilər gəlməli idi.  Lakin 
Gəncədə 4 iyun hadisəsi səbəbindən Azərbaycan tərəfi onların 
təhlükəsizliyinə təminat verə bilmədiyindən tezləşməsini tövsiyə 
etdi. Lakin bu istəyə nail olunmadı. 


 
92
T.Qasımov 1993-cü il iyunun 26-da xarici işlər naziri 
vəzifəsindən azad edilsə də, Milli Məclisin komissiya sədri kimi 
çalışmış, bir sıra qanunların hazırlanması və qəbul edilməsində 
fəaliyyət göstərmişdir.  Daha sonra o, siyasi- partiya və elmi 
fəaliyyətlə  məşğul olmuşdur. T.Qasımov Türkiyənin müxtəlif 
elmi mərkəzlərində, universitetlərində  və beynəlxalq proqram-
larda çalışmışdır. 
T.Qasımov xarici işlər naziri kimi Türkiyə,  İran, Rusiya, 
Böyük Britaniya, ABŞ və s. ölkələrin rəsmi dövlət və hökumət 
adamları ilə görüşərək ikitərəfli münasibətlərin qurulması  və 
inkişafına dair danışıqlar aparmışdır.  
 
 
*** 
 

 
Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1991-
1993. 

 
«Azərbaycan» qəzeti, 1992-1993-cü illər. 

 
Qasımov M. Azərbaycan beynəlxalq münasibətlər 
sistemində (1991-1995-ci illər). Bakı, 1996. 

 
Qasımov M. Azərbaycanın xarici siyasəti (konsepsiya 
məsələləri). Bakı, 1997. 
 
 
 


 
 
93
Həsən Əziz oğlu Həsənov 
2 sentyabr 1993 – 17 fevral 1998 
 
Azərbaycanın XX əsr görkəmli 
ictimai, dövlət və siyasi xadimlərindən
diplomat və alimlərindən olan Həsən 
Əziz oğlu Həsənov 1940-cı il oktyabrın 
20-də Tiflis şəhərində anadan 
olmuşdur.1958-ci ildə Tiflisdə 43 №-li 
orta məktəbi, 1963-cü ildə isə 
Azərbaycan Politexnik İnstitutunu bitirmiş və inşaatçı-mühəndis 
ixtisasına yiyələnmişdir. Bakı Ali siyasi məktəbini bitirərək 
politoloq ixtisası almışdır. Moskvada yuxarı  dərəcəli 
məmurların ali kursunu (1969) və yuxarı  dərəcəli siyasi 
xadimlərin ali kursunu (1981) bitirmişdir. Ensiklopedik biliyə 
sahib olmuşdur. 
Müxtəlif siyasi və dövlət strukturlarında çalışmışdır. 1960-
cı ilin oktyabrından Azərbaycan Politexnik İnstitutunun 
komsomol komitəsinin təşkilat məsələləri üzrə katibi və Bakı 
şəhəri Tələbə Şurasının sədri olmuşdur. 1961-ci ilin dekabrından 
Bakı  şəhəri Oktyabr rayon komsomol komitəsində (indiki 
Yasamal r-nu) üçüncü katib, 1962-ci ildən Bakı şəhər komsomol 
komitəsinin təbliğat və təşviqat şöbəsində təlimatçı, Bakı şəhəri 
Oktyabr rayon komsomol komitəsində ikinci katib, Azərbaycan 
Komsomolu Mərkəzi Komitəsi texniki peşə  məktəblərinin 
şagirdləri ilə iş üzrə şöbə müdiri, 1966-cı ildə inşaat materialları 
və konstruksiyası institutunda aspirant, 1969-cu ildə Moskvada 
komsomolun Mərkəzi Komitəsinin məsul təşkilatçısı, 1971-ci 
ildən təlimatçı,  şöbə müdiri, Azərbaycan KP MK-nın inşaat 
məsələləri üzrə  şöbə müdirinin müavini, 1975-ci ildən Bakı 
şəhəri 26 Bakı komissarı rayonu (indiki Səbayil r-nu) partiya 
komitəsinin birinci katibi, 1978-ci ildən Sumqayıt, Kirovabad 
(indiki Gəncə) şəhər partiya komitələrinin birinci katibi, 1981-ci 


 
94
ildən Azərbaycan Kommunist Partiyası  Mərkəzi Komitəsinın 
ideologiya məsələləri, inşaat və  nəqliyyat, iqtisadi məsələlər 
üzrə katibi, 1990-1992-ci illlərdə Nazirlər Sovetinin sədri, 
Azərbaycan Respublikasının baş naziri, 1990-1991-ci illərdə 
SSRİ Nazirlər Sovetinin üzvü, 1992-1993-cü illərdə Azərbaycan 
Respublikasının BMT-dəki daimi nümayəndəsi olmuşdur. 
H.Həsənov 1993-cü il sentyabrın 2-də Azərbaycan 
Respublikasının xarici işlər naziri təyin edilmişdir. 1993-cü ildə 
Azərbaycan Respublikasının ali məsləhətçi orqanı olan 
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Şurasının  üzvü 
olmuşdur. 
O, 40 ilə yaxın Azərbaycanın dövlət və siyasi işlərində 
yorulmadan çalışmış, 1981-ci ildən 1992-ci ilə  qədər 
Azərbaycanın ali rəhbərləri sırasına daxil olmuşdur.  
1977-ci ildən 2000-ci ilədək Azərbaycan Respublikası Ali 
Sovetinin deputatı, 1977-1981-ci illərdə Azərbaycan 
Respublikası Ali Sovetinin komissiya sədri, 1979-1984-cü 
illərdə SSRİ Ali Sovetinin deputatı, SSRİ Ali Sovetinin inşaat 
komissiyasının üzvü olmuşdur. 1963-cü ildən 1980-ci ilədək 
Xalq Deputatları Sovetinin rayon və  şəhər üzrə deputatı 
seçilmişdir. 30 ildən çox müxtəlif dərəcəli deputat olmuşdur. 
H.Həsənov qarşısına qoyduğu məsələlərin həllinə ciddi 
yanaşan, məqsədyönlü, gözəl natiq, daim irəli doğru addımlayan 
uzaqgörən şəxs olmuşdur. 
H.Həsənov uşaqlıqda Tiflisdə azərbaycanlıların cəm halda 
yaşadıqları ərazidə böyümüş, Tiflis azərbaycanlılarının folkloru, 
adət-ənənələrini dərindən öyrənmiş, Tiflisin azərbaycanlılar 
yaşamayan məhəlləsində  məktəbə getmiş, orada gürcü adət-
ənənələrini də əxz etmişdir. Məktəb illərində gürcü, erməni, rus 
və  yəhudi gəncləri arasında qeyri-etnik və qeyri-dini mühitdə 
böyüyən H.Həsənov onların milli, dini və  mənəvi 
xüsusiyyətlərini dərindən öyrənmişdir. 
Bakıya gələn kimi şəhərdə  və institutda gənclərlə 
qaynayıb qarışmış, tezliklə  tələbə qrupuna rəhbər, il yarımdan 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə