MüseyiB İlyasov müəllimin pedaqoji ustalığı


II. Sinif rəhbərinin fənn müəllimləri ilə əməkdaşlığına aid tapşırıqların həlli



Yüklə 1,25 Mb.
səhifə143/151
tarix04.01.2022
ölçüsü1,25 Mb.
#82573
növüDərs
1   ...   139   140   141   142   143   144   145   146   ...   151
DƏRSLİK Müəllimin pedaqoji ustalığı

II. Sinif rəhbərinin fənn müəllimləri ilə əməkdaşlığına aid tapşırıqların həlli:

Tapşırıq 1. Zəng vuruldu. Müəllimlər otağına daxil olan müəl­limlər altıncı sinfin təlimə münasibətindən və davranış­la­rından sinif rəhbərinə şikayətlənməyə başladılar. Riyaziyyat müəl­limi üzünü ona tutub dedi:

Rəfiqə müəllimə, bu gün Tahir özünü çox pis apardı. O, bütün dərs boyu Rüstəmlə söhbət edir, kitab oxuyurdu.

Coğrafiya müəllimi şikayətləndi ki, bu gün uşaqların əksə­riy­yəti kontur xəritəni doldurmamışdılar.

İdman müəllimi bildirdi:



– Bu gün oğlanlardan dörd nəfər dərsdə iştirak etmirdi.

    • Sinif rəhbərinin düşdüyü vəziyyəti qiymətləndirin.

    • Müəllim yoldaşları Rəfiqə müəlliməyə hansı məsələlərə daha çox diqqət yetirməyi məsləhət görməli idi?

    • Sinif rəhbəri belə situasiyada onlardan imtina edə bilərdimi? Nə üçün?

    • Sən necə hərəkət edərdin? (F.M.Məmmədov, F.M.Ələs­gə­rova. Pedaqo­gikadan məsələ və suallar. Bakı: Maarif, 1993, s. 187-188).

Tapşırıq 2. IX sinfə yeni sinif rəhbəri təyin edilən Arzu müəllimə sinifdə dərs deyən müəllimlərdən riyaziyyat müəl­li­minin şagirdlərlə daha sərt–avtoritar rəftarının, ədəbiyyat müəl­li­minin demoktarik–qarşılıqlı anlaşmaya əsaslanan münasibə­ti­nin, coğrafiya müəlliminin isə liberal münasibət göstərdiyinin, şagirdlərlə çox mülayim şəkildə rəftarının, bunun müqabilində şagirdlərin bu müəllimlərə və onların dərslərinə ayrı-ayrı mü­na­sibətdə olduqlarını müşahidə etdi.

    • Sinif rəhbərinin bu halda görəcəyi işləri xarakterizə edin.

    • Sinif rəhbərinin bu prosesə diqqət göstərməsini və müəyyən işlər görməsini məqbul hesab etmək olarmı?

    • Sinif rəhbərinin bu situasiyaya münasibət göstərməsi onunla müəllimlər arasında münasibətlərə necə təsir göstərə bilər?

    • Sinif rəhbəri kimi siz necə hərəkət edərdiniz?

Tapşırıq 3. Qrup 4-5 yarımqrupa bölünür, I qrupa sinif rəh­bərinin avtoritar müəllimlə işinin xüsusiyyətlərini, II qrupa demokratik müəllimlə aparacağı işlərin xüsusiyyətlərini, III qrupa liberal müəllimlə aparacağı işlərin xüsusiyyətlərini, IV qrupa sinif rəhbərinin ev tapşırıqlarını tənzimləməsi prosesini əks etdirən işlərin xüsusiyyətlərini, V qrupa isə sinif rəhbərinin bütün fənn müəllimləri ilə qarşılıqlı fəaliyyətinin əsas istiqa­mət­lərini qeyd etmələri tapşırılır. Tapşırıqların həllinə 5 dəqiqə vaxt verilir. Sonra təqdimat keçirilir, fikir mübadiləsi və müza­ki­rələr aparılır. Tapşırıqlar ümumiləşdirilir və qiymətləndirmə aparılır.


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə