MüseyiB İlyasov müəllimin pedaqoji ustalığı


həmişə hörmət və ehtiramla xatırlanan əsl



Yüklə 1,25 Mb.
səhifə2/151
tarix04.01.2022
ölçüsü1,25 Mb.
#82573
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   151
DƏRSLİK Müəllimin pedaqoji ustalığı

həmişə hörmət və ehtiramla xatırlanan əsl

xalq müəllimlərinə ithaf edirəm.
ÖN SÖZ
Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”.
HEYDƏR ƏLİYEV
Müəllim gələcək cəmiyyətin memarı və qurucusudur. Gələ­cək cəmiyyət məhz onun əli ilə qurulur. Bu ağır, lakin şərəfli və­zi­­­fənin öhdəsindən bacarıqla-ustalıqla gələ bilməsində mü­əl­li­min dərin və geniş biliyə malik olması və onu ustalıqla tədris edə bilməsi, öz fənnini uşaqlara sevdirə bilməsi, müasir tex­no­lo­giyaları tədrisə gətirməsi olduqca mühüm yer tutur.

Yaxşı – uşaqlar və valideynlər tərəfindən sevilən müəl­lim­lər həmişə hər yerdə öz bilikləri və peda­­qo­­ji məh­­­arətləri ilə fərq­­lənmişlər. Təhsil naziri prof.M.Mər­­­­danov bu mü­­­na­sibətlə ya­­zır: “Təhsilin mərkəzində dayanan başlıca sima yalnız müəl­lim ola­raq qalır. Bizim əldə etmək istədiyimiz bütün nəticə­lərin, apardığımız islahatların, ilk növbədə keyfiyyətli təhsilin taleyi məhz müəllimlə bağlıdır”.1

Müəllim işi ağır, adı isə şərəfli addır. Bu adı doğrulda bil­­mək isə ikiqat ağır, çətin və zəhmətlidir. Müəllim daim öz üzə­rin­­­­də işləməklə, öz biliyini, dünyagörüşünü, tədris edə bilmə ba­carığını artırmaqla əsl müəllim ola bilər. Müəllim universitet və ya insti­tut­larda aldığı biliklə kifayətlənməməli, daim öz üzə­rin­­­də çalışmalıdır. Bunlarsız daim yeniləşən müasir cəmiy­yətlə, müasir məktəblə və artan tələblərlə ayaqlaşmaq olmaz.

Müasir təlim texnologiyalarından istifadə, təhsilin huma­nist­ləşdirilməsi, yeni təhsil paradiqmalarının yaranması, şəxsiy­yətyönümlü təhsilin inkişaf etdiril­məsi, dünya təhsil standart­ları­na keçid, təhsildə qloballaşma siyasəti, təhsil kurikulumla­rı­nın yaran­ması və s. kimi yeniliklər bunları reallaş­dırmağa qabil olan yeni pedaqoji təfəkkürə malik olan usta müəllimlər tələb edir. Bunlar pedaqoji fəaliyyət prosesində formalaşsa da, onun əsası pedaqoji təhsil müəssisələrində qoyu­lur. Başlıca mə­sə­lə, mü­əllimlik peşəsini özünə həyat yolu seçən bugünkü tələ­bənin, həm­çinin əlinə jurnal götürüb sinfə daxil olan müəlli­min öz sə­nə­­tinə, peşəsinə sevgi, məhəbbət göstərməsi, bu peşəni tək­mil­ləş­dirmək uğrunda daim öyrənməsi və pedaqoji prosesə yara­dı­cı, çevik yanaşmağı bacar­masıdır.

Müəllim peşəsi, müəllimlik sənəti ona yaradı­cılıqla yanaş­ma­ğı tələb edir. Onun mahiyyət və məzmununun yalnız uşaq­lara bilik öyrədilməsi ilə məhdudlaşdığını zənn edənlər böyük səh­­və yol vermiş olurlar. Müəllimlər şagirdlərə elmlərin əsasla­rı­­­­nı mənimsətməklə yanaşı, onlara həyat dərsi verir, çətinlikləri dəf etməyi, necə olmağı öyrədir, onları böyük həyata hazırlayır. Bü­tün bunları isə təkcə dərs deməklə işini məhdudlaşdıran “dərs deyənlər” deyil, böyük və həqiqi müəllim adını daşıyan, bu adı şərəflə, ləyaqətlə doğruldan, ömrünü bu işə sərf edib, şam kimi əridənlər yerinə yetirə bilirlər.

Dərs vəsaitində məhz usta müəllim olmağın, əsl pedaqoq ki­­mi pedaqoji ustalığa necə yiyələnməyin yollarından, metod və va­sitələrindən bəhs edilir. Vəsaitdə müəlli­min pedaqoji ustalığı­nın bir sıra xarakterik məsələlərinə diqqət yetirilməklə yanaşı, bu gün tələbə və magistr adını daşıyan, gələcəkdə müəllim kimi fə­aliyyət göstərəcək gənc­lərin bu peşənin sirlərinə yiyələnməyi­nin pedaqoji, psixoloji və texnoloji tərəfləri­nə aydınlıq gətirilir.

Müəllimin pedaqoji ustalığı yeni problem deyildir. Zaman-zaman bu problemə müraciət edilmiş və bir-birindən maraqlı, müəl­limlərə pedaqoji ustalığın yolları haqqında müfəssəl biliklər verən, onlara yol göstərən maraqlı və sanballı təd­qi­qatlar apa­rılmış, pedaqoji, psixoloji və metodik əsərlər yazıl­mışdır. Rus pedaqoqlarından F.N.Qonobolin, N.D.Ni­­­­­­­kan­­­drov, V.A.Kan-Kalik, V.A.Slastenin, İ.A.Zyazyun, Azər­bay­­­can alim-lərindən N.M.Kazımov, Ə.Ə.Əlizadə, M.Ə.Həmzəyev, Y.R.Talıbov, Ə.A.Ağayev, R.H.Məm­­­­­məd­­zadə, V.C.Xəlilov, İ.V.Musa­­yev, H.Ə.Əli­yev, Ə.Ç.Sarı­yev və b. bu sahədə xüsusi tədqiqatlar aparmışlar. Bu gün də öz aktuallığını saxlayan və müəllimlər üçün dəyərli mənbələr olan bu tədqiqatlarda pedaqoji ustalığın bir çox aktual problemləri araşdırılmış və dəyərli fikirlər irəli sürülmüşdür. Lakin pedaqoji peşə yaradıcı peşə olduğundan, pedaqoji proses daim yeni­ləş­mə­də və inkişafda olduğundan bu problemə yanaşma yenə də var və olacaqdır. Bu baxımdan təqdim olunan dərs vəsaiti gələ­cək müəllimlərə və pedaqoji fəaliyyətə yeni başlayan gənc mü­əl­­limlərə pedaqoji ustalığın bir sıra nəzəri və praktik məsə­lə­ləri haq­qında biliklər verilməsini nəzərdə tutur. Vəsaitdə nəzə­ri materiallarla yanaşı, İ.A.Zyazyunun redaktorluğu ilə mü­əlliflər kol­lektivi tərəfindən yazılmış “Основы педаго­ги­чес­кого мас­тер­ства” (Moskva, 1989) adlı dərs vəsaitindəki prak­tik iş­lə­rin metodikasına əsaslanmaqla hazırlanmış xeyli praktik məş­ğələ nü­munələri də verilmişdir ki, bunlar da bilavasitə praktik peda­qo­gika baxımından əhəmiyyətlidir.

Dərs vəsaitinin yazılmasında Respublika Təh­sil Nazirliyi tərəfindən təhsilin ma­gistra­tu­ra pilləsi üçün təsdiq edilən “Pedaqoji usta­lı­ğın əsasları” proqramının müddəaları əsas götürülmüşdür.

İnanırıq ki, vəsait pedaqoji peşə sahəsində təhsil alan və peda­qo­ji sahədə çalışan hər bir kəs üçün faydalı olacaqdır.


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə