MüseyiB İlyasov müəllimin pedaqoji ustalığı


Müəllimin pedaqoji ustalığı və onun xüsusiyyətləri



Yüklə 1,25 Mb.
səhifə6/151
tarix04.01.2022
ölçüsü1,25 Mb.
#82573
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   151
DƏRSLİK Müəllimin pedaqoji ustalığı

1.3. Müəllimin pedaqoji ustalığı və onun xüsusiyyətləri
Öz üzərində işləməyən müəllim yaxşı müəllim ola bilməz”.
Heydər Əliyev
Pedaqoji ustalıq nədir, o nələrdən təşkil olunur? “Usta” müəllimi başqalarından hansı keyfiyyətlər fərqləndirir? Bütün müəllimlər pedaqoji ustalığa yiyələnə bilərmi? Bu və bunun kimi onlarca suallar pedaqoji yaradıcılığa yenicə başlayan gənc mütəxəssisləri düşündürən məsələlər kimi diqqəti cəlb edir.

Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proq­ra­­­­mında deyi­lir: “Pedaqoji ali və orta ixtisas müəssisə­lərində hə­­lə də əsas diqqət tələbələrə fənn üzrə elmlərin nəzəri əsas­la­rı­nın dərindən öyrədilməsinə yönəldilmişdir. Lakin onla­rın peda­qo­ji ustalıqla bağlı vərdişlərə yiyələnməsinə, psixologi­ya elmi­ni dərindən mənimsəmələrinə lazımi əhəmiyyət verilmir”.1

Pedaqoji fəaliyyət (müəllimin fəaliyyəti) digər fəaliyyətin (şagirdlərin fəaliyyətinin) idarə edilməsi kimi çətin və mürək­kəb bir prosesdir. Tərbiyə olunan­ların şəxsiyyətinə, onun for­ma­laşmasına doğru istiqa­mət­lənən bu fəaliyyət çoxcəhətli və məqsədyönlü fəaliyyət kimi müəllimdən dərin bilik, bacarıq, səriştəlilik, mahirlik, işinə dərin maraq tələb edir. Pedaqoji usta­lıq bu xüsusiyyətlərin kompleksi olub, müəllimin peşə biliklərinin, pedaqoji qabiliy­yətlərinin və pedaqoji texnikasının vəhdətindən ibarətdir. Bu xüsusiyyətlər bir-biri ilə sıx surətdə bağlı olub, pedaqoji usta­lığın ahəngdarlığını təmin edir.

Pedaqoji fəaliyyət biristiqamətli proses deyildir. Eyni za­man­­da bu fəaliyyətin obyekti olan insana-şagirdə bir deyil, on­larla, yüzlərlə gözə görünməyən amillər təsir edir: bir tərəf­dən, şagirdin özü, onun fərdi psixofizioloji xüsusiyyətləri, peda­qoji prosesdə iştirak səviyyəsi, digər tərəfdən isə, onu əhatə edən so­­sial mühit. Bütün bunlar isə heç də həmişə müs­bət təsirə və nə­ticələrə səbəb olmur. Buna görə də müəllim yara­dıcı dü­şün­mə­li və fəal fəaliyyətə qoşulmalıdır. Bu baxım­dan pedaqoji fə­aliy­­yətin aşağıdakı əsas istiqamətlərini qeyd etmək olar:

– şagirdlərin elmlərin əsasları ilə silahlandırılması, onlarda elmi dünyagörüşün formalaşdırılması;


  • cəmiyyətin müəyyənləşdirdiyi əxlaq normaları ilə şagird­lərin tanış edilməsi, onlarda əxlaqi davranışın tərbiyə edilməsi;

  • şagirdlərin gələcək müstəqil həyata hazırlanması məqsə­di­lə onlarda bacarıq və vərdişlərin formalaşdırılması;

  • gənc nəsildə mənəvi əqidə və inamın formalaşdırılması;

  • şagirdlərin intellektual səviyəsinin və psixi xüsusiyyət­lərinin inkişaf etdirilməsi;

  • mühitin neqativ təsirinə qarşı fəaliyyətin təşkili və onla­rın təshih edilməsi;

  • valideynlərlə pedaqoji əməkdaşlığın təşkili, şagird şəx­siy­yətinin inkişafında birgə fəaliyyətin təşkili və s.

Bu istiqamətlərdə fəaliyyətin məzmunlu və məqsədəyönlü təşkili müəllimdən yüksək pedaqoji ustalıq tələb edir.

Bir sıra alimlər belə hesab edirlər ki, pedaqoji ustalıq intu­isi­ya ilə biliklərin, hər bir pedaqoji çətinliyi dəf edə bilən rəh­bər­liyin, uşaq qəlbinin duyğularını hiss edə bilmək baca­rığının, daxili aləmi kövrək və incə olan uşaq şəxsiyyətinə nəcib və qay­­­ğı ilə yanaşmanın, müdriklik və yaradıcı cəsarətin, elmi təh­lil bacarığı, təxəyyül və təsəvvürün birləşməsidir.

Professor M.Həmzəyev müəllimin pedaqoji ustalığını şərt­ləndirən xüsusiyyətləri iki qrupa ayırır. Uşaqlara məhəbbət və seçdiyi ixtisasa marağı daxil etdiyi birinci qrupu – müəllim şəx­­­siy­yətinin peşə-pedaqoji istiqaməti, müəllimin bir sıra peda­qoji, psixoloji bacarıq və qabiliyyətini daxil etdiyi ikinci qrupu – müəllimin pedaqoji bacarıq və qabiliyyətləri adlan­dırır. Müəllif burada bir sıra pedaqoji qabiliyyətlərin üzərində xüsusi olaraq dayanır, onları pedaqoji ustalıq üçün başlıca xü­su­siyyətlər hesab edir və çox doğru olaraq, bunların hamısını mü­əllim şəxsiyyətinin formalaşmasının əsas əlamətləri kimi izah edir.1

Başqa bir pedaqoji ədəbiyyatda isə bu xüsusiyyətlərin bir-biri ilə əlaqədar olan aşağıdakı dörd elementdən ibarət olduğu göstərilir: a) müəllim fəaliyyətinin humanist istiqamətliliyi; b) peşə bilikləri c) pedaqoji qabiliyyətlər; ç) pedaqoji texnika. Bunun da hər biri öz növbəsində müəyyən komponentlərə ayrı­lır və pedaqoji ustalığın məzmununu və pedaqoji fəaliyyətin ahəng­darlığını təmin edir. Belə ki, müəllim fəaliyyətinin huma­nist istiqamətliliyi onun fəal mövqeyində ifadə olunur: 1) özü­nə­inamda; 2) vasitələrə qarşı pedaqoji təsirdə; 3) şagirdlərə və uşaq kollektivinə qarşı humanist­likdə və 4) pedaqoji fəaliy­yətin məqsədinə qarşı strategiyada vasitələrə, fəaliyyət obyek­tinə yaradıcı təsirdə qiymətlilik təmayülü kimi aşkara çıxır.



Pedaqoji ustalığın fundamental əsasında peşə bilikləri, pe­da­qoji biliklərin forma­laşmasının əsasında isə pedaqoji şüur və düşüncə, yəni fəaliyyət və yanaşmanın prinsip və qayda­ları durur. Pedaqoji qabiliyyətlər – konstruktiv, kommunikativ, per­sep­tiv, qno­s­­­tik, təşkilatçılıq, suqqestiv və s. qabiliyyət­lə­rə ayrı­la­raq həm tədris olunan fənn üzrə dərin bilik­lərə yiyələn­məklə, həm də təlim-tərbiyə işlərini səmərəli surətdə həyata keçir­­mək­lə həlledici rol oynayır. Pedaqoji texnikaya gəldikdə isə o, mü­əl­lim davranışını təşkilet­mə forması kimi özündə iki qrup baca­rıq­ları: 1) öz orqanizminə sahib olmaq, emosio­nal və­ziy­yət, ün­siy­yət texnikası və 2) didaktik, təşkilatçılıq, qarşılıqlı təsirin əlaqə texnikasına malik olmaq bacarıqlarını birləşdirir.1 Tərbiyənin məqsədinin gələcəyə yönələn olması ilə əlaqə­dar olaraq müəllimin də fəaliyyəti ilk növbədə tərbiyə etdiyi şəx­­siyyətin gələcəyinə yönəldilir. Başqa sözlə desək, müəlli­min fəaliyyəti şagirdlərin təlim-tərbiyəsinin gələcək nəticəsinin bu gün məqsəd kimi qarşıya qoyulub, gələcəyə istiqamətlənən olması ilə səciyyələnir.

Müəllimin peşə fəaliyyəti çoxcəhətli bir prosesdir. Təhsil, müəllim və məktəb haqqında bir sıra dövlət sənədlərində və pe­da­­­qoji ədəbiyyatlarda bu prosesin üç mühüm istiqaməti: öyrə­­dici, tərbiyəedici və ictimai-pedaqoji istiqaməti daha qaba­rıq şə­­kildə qeyd edilir. Müəllim o zaman tam, yetkin və yaxşı mü­əl­lim kimi özünü gös­tərə bilir ki, onda bu üç mühüm vəzifə, is­ti­­qamət vahid yönümdə bir-birini tamam­lasın və sıx surətdə əla­­­qələnə bilsin. Buna görə də müəllim həm öyrətməli, həm tər­­­biyə etməli, həm də ictimai-pedaqoji istiqamətdə fəal iştirak et­­mə­lidir. Bunun üçün müəllimdən bir sıra peşə keyfiyyətlərinə malik olmaq tələb olunur.

Pedaqoji ustalığın əsasında peşə bilikləri durur. Peşə bilik­lə­ri müəllimi ilk növbədə müəllim kimi tanıdan və xarakterizə edən keyfiyyətdir. Peşə biliyinin zəifliyi müəl­limi nüfuzdan sa­lır, onu öz işinin ustası-yaxşı müəllim olmaqdan “saxlayır”. Heç şüb­həsiz ki, öz işinin ustası və novator kimi tanınan, xalq içərisində hörmət və nüfuz qazanan müəllimlər ilk növbədə özlərinin dərin peşə-ixtisas bilikləri ilə fərqlənən müəllimlərdir.

A.S.Makarenko qeyd edirdi ki, şagirdlər müəllimlərinə cid­­di­liyi, soyuqluğu, quruluğu və hətta yersiz irad tutmalarını ba­ğışlayar, lakin zəif peşəkarlığını bağış­lamazlar. Hər şeydən əvvəl, onlar müəllimlərində aydın və dəqiq bilik, bacarıq, sə­riş­tə, qabiliy­yət, təmkin, işə daim hazırlıq, məntiqi düşüncə, tər­bi­yə prosesini bilmək, tərbiyəetmə bacarığını üstün tuturlar.

Peşə bilikləri iki istiqamətdə özünü göstərir: 1) müəllimin peda­qogikanı, psixologiyanı dərindən bilməsi, pedaqoji şüura, düşüncəyə malik olması və pedaqoji qaydaları dərindən mə­nim­sə­məsi; 2) müəllimin öz ixtisasını onun incəliklərinə qədər dərindən bilməsi.

Təcrübə göstərir ki, bunların hər ikisi birləşdikdə və müəl­limin yiyələndiyi təc­rü­bə ilə zənginləşdikdə müəllim özünün fərdi üslubunu yaradır, onun peşəkarlıq səviyyəsi yüksəlir.

Peşə bilikləri pedaqoji ustalıqda mühüm yer tutur. Peşə bi­lik­­lərinin dərinliyi pedaqoji ustalığa geniş meydan açır. Lakin bu biliklərin necə, hansı səviyyədə verilə bilməsi, şagirdlərə çat­­dırılması heç də bunlardan az əhəmiyyət kəsb etmir. Buna gö­rə də burada bir neçə vacib məsələnin nəzərə alınması olduq­ca vacibdir:


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə