MüseyiB İlyasov müəllimin pedaqoji ustalığı


Cəmiyyətdə müəllimlik peşəsinin əhəmiyyəti və yeri



Yüklə 1,25 Mb.
səhifə14/151
tarix04.01.2022
ölçüsü1,25 Mb.
#82573
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   151
DƏRSLİK Müəllimin pedaqoji ustalığı

Cəmiyyətdə müəllimlik peşəsinin əhəmiyyəti və yeri. Müəllim gələcək cəmiyyətin memarı və qurucusudur. Müəllim gənc nəslin tərbiyə olunması, onların gələcək həyata hazır­lan­ması kimi nəcib və şərəfli bir işi yerinə yetirir. Müəllim bu gün yaşayır, işləyir, bu işi ilə gələcəyi qurur. Yaxşı deyilmişdir: “Bağ bağbansız keçi­nə bilmədiyi kimi, bəşəriyyət də müəllim­siz keçinə bilməz” (S.M.Qənizadə). Cəmiy­yət öz gələcəyini məhz onlara etibar etdiyindən müəllim peşəsi cəmiyyətdə ən şərəfli və ali məqsədlərə xidmət edən peşələrdən biri sayılır.

Vətənimizin insanlıq tarixinin gələcək səhifələrinin yazıl­ma­sında müəllimin öz yeri və öz rolu vardır. Çünki gələcək cə­miy­yətin necəliyi müəllimdən çox asılıdır. Bu baxımdan müəl­lim peşəsi ən məsuliyyətli peşələrdən biridir. Məhz buna görə də dövlətimiz hər vasitə ilə müəllimlərin sosial və mədəni hə­ya­tını diqqət mərkəzində saxlayır və bu sahəyə qayğını artırır.



Əmək növü: Müəllim peşəsi “insan – insan” peşələr qru­pu­­­na daxildir. Bu qrupun əsas əlaməti nitqdən ünsiyyət kimi istifadə edilməsidir. Burada “əmək aləti” rolunu müəllimin nit­qi oynayır. Bu qrupda fəaliyyət insanların ünsiyyəti əsasında qurulur.


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə