MüseyiB İlyasov müəllimin pedaqoji ustalığı



Yüklə 1,25 Mb.
səhifə16/151
tarix04.01.2022
ölçüsü1,25 Mb.
#82573
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   151
DƏRSLİK Müəllimin pedaqoji ustalığı

Əmək şəraiti və iş yeri: Gigiyenik tələblərə və normal həyat şəraitinə uyğun, estetik cəhətdən müəyyən tərtibata ma­lik, xüsusi avadanlıqlar və vəsaitlərlə təmin olunmuş iş yeri ― məktəb və digər təhsil ocaqları.

Əmək rejimi və istirahət: Ayda 48 saat (həftədə 12 saat) dərs yükü. Hər həftə 2 gün (altıncı və bazar günləri) istirahət. Hər bir saatdan (45 dəqiqədən) sonra tənəffüs və ildə 48 iş günü haqqı ödənilməklə məzuniyyət.

Tibbi əksgöstərici: Nöqsanlı nitq, əsəb zəifliyi, təmkin və səbrliliyi bacarmamaq.

Şəxsiyyətə olan iradi, iş və digər keyfiyyət tələbləri:

  • peşəsinə maraq, uşaqları sevmək və onlarla işləməyə həvəs;

  • yüksək müşahidəçilik qabiliyyəti və pedaqoji sayıqlıq;

  • ünsiyyət mədəniyyətinə malik olmaq, ünsiyyətə girməyi bacarmaq;

  • tələbkarlıq keyfiyyətlərinə malik olmaq;

  • işgüzarlıq, əməksevərlik, yeniliyə can atma;

  • ciddilik və incə yumor hissinə malik olmaq;

  • pedaqoji incəsənətə yiyələnmək;

  • öyrətməyə həvəs;

  • yüksək ziyalılıq, əxlaqi və intellektual keyfiyyətlərin ahəngdarlığı;

  • emosional və ifadəli nitqə, səsə, mimikaya, jestə, peda­qo­ji texnika və takta malik olmaq;

  • cəmiyyətin müəyyənləşdirdiyi əxlaqi-etik qaydalara yiyə­lənmək;

  • səmimilik, saflıq, düzgünlük;

  • sözü ilə hərəkətləri arasında ahəngdarlıq;

  • geniş elmi, siyasi dünyagörüş və erudisiya;

  • kollektivçilik və kollektivlə əməkdaşlıq;

  • təşkilatçılıq bacarığı;

  • özünənəzarət və özünü ələ alma bacarığı, emosional və­ziy­yətini idarə edə bilməsi, səbrlilik;

  • təmkinlilik və möhkəmlik;

  • ünsiyyətdə olduğu şəxsə və ya qrupa qarşı diqqətlilik;

  • psixoloji mədəniyyətə malik olmaq.


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə