MüseyiB İlyasov müəllimin pedaqoji ustalığı


Kommunikasiya qabiliyyətləri



Yüklə 1,25 Mb.
səhifə12/151
tarix04.01.2022
ölçüsü1,25 Mb.
#82573
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   151
DƏRSLİK Müəllimin pedaqoji ustalığı

7. Kommunikasiya qabiliyyətləri. Tələbə və şagirdlərlə ünsiyyətə qabil olmaq, onlara düzgün yanaşmanı tapıb tətbiq etmək, onlarla məqsədəmüvafiq qarşılıqlı münasibət qurmaq qabiliyyətləri.

8. Pedaqoji təxəyyül. Proqnostik qabiliyətlərə aiddir. Bu xüsusi qabiliyyət öz hərəkətlərini proqnozlaşdırmaq bacarı­ğında öz ifadəsini tapır.

9. Diqqətin paylanması qabiliyyəti. Müəllim üçün diq­qəti eyni zamanda bir neçə fəaliyyət növləri arasında bölüş­dürməyi bacarmaq da çox əhəmiyyətli məsələdir. Qabiliyyətli, təcrübəli pedaqoq materialın çatdırılmasının məzmununa və for­­masına nəzarət edir, bütün şagirdləri öz diqqət mərkə­zində sax­layır, uşaqlarda yorulma əlamətlərinə, nizam-intizamın po­zul­masına dərhal reaksiya verir, özünün davranışına (pozasına, mimika və pantomimikasına) nəzarət edir.1

Bunlarla yanaşı, bəzi pedaqoji–psixoloji ədəbiyyatlarda şagirdlərə emosional təsir göstərə bilmək bacarıqlarından ibarət olan suqqestiv qabiliyyətlərin, müəllimin öz ixtisası üzrə bi–lik­ləri mənimsəmə bacarıqlarından ibarət olan elmi–irakı qa–biliyyətlərin və digərlərinin də olduğu göstərilir. Bəzi pedaqoji və psixoloji ədəbiyyatlarda isə bu qabiliyyətlər bacarıqlarla eyniləşdirilir və bacarıqlar kimi təqdim olunur.

Pedaqoji ustalığa yiyələnməyin zəruri elementlərindən biri də pedaqoji texnikaya yiyələnməkdir. Pedaqoji məharətə və us­talığa pedaqoji biliklər və intuisiyadan əlavə, pedaqoji tex­nika sahəsindəki biliklər də daxildir. Bunlar tərbiyəçiyə mini­mum əmək sərf etməklə böyük nailiyyətlər əldə etməyə imkan verir. Belə olan təqdirdə müəllimin ustalığı əldə edilən nailiy­yətlərin hüdudundan kənara çıxır, daha da genişlənir. Pedaqoji texnika özü də bacarıqlarla sıx əlaqədə olur.

Pedaqoji ədəbiyyatlarda pedaqoji texnikanın iki qrup baca­rıq­ları özündə birləşdiyi qeyd edilir:

1) öz orqanizminə sahib olmaq, emosional vəziyyəti idarə edə bilmək və ünsiyyət texnikası;

2) didaktik bacarıqlarına, təşkilatçılıq bacarığına və qarşı­lıq­lı təsirin əlaqə texnikasına malik olmaq.1

Pedaqoji ustalığı müəllimin peşə fəaliyyətinin səmərəli təş­ki­li, pedaqoji prosesin nəticəsinin yüksək səviyyədə təmin olun­ması, pedaqoji vəzifələrin həllinə maksimum səviyyədə nail ola bilmək kimi başa düşmək lazımdır.

Pedaqoji proses olduqca mürəkkəb bir fəaliyyət sistemidir. Bura həm pedaqoji prosesin özünün qanunauyğunluqları, həm də burada iştirak edən subyektlər arasındakı münasibətlər mü­hüm təsir göstərir. Bu baxımdan pedaqoji ustalığın şablon üsu­lunu göstərmək mümkün deyildir. Və bu heç lazım da deyildir. Burada müəllimin pedaqoji-psixoloji bilikləri, qabiliyyət və ba­ca­rıqları, erudisiyası, pedaqoji təfəkkürü, yaradıcılıq qabiliy­yəti, çevik düşüncə tərzi, həmçinin şərait, şagirdlərin öyrənmə ma­­­ra­ğı, müəllim-şagird, müəllim-valideyn münasibətləri mü­hüm rol oynadığından hər bir müəllimin pedaqoji ustalığında spesifik xüsusiyyətlər, fərdi üslublar mühüm yer tutur.

Pedaqoji ustalığa yiyələnmək olduqca çətin və uzun bir yol ke­çir. Bu, məktəbdə, bilavasitə təlim-tərbiyə prosesində, şa­gird­­­­lərlə qarşılıqlı ünsiyyətdə formalaşır və tərbiyə olunur. Bu­ra­da müəllimdən yüksək bilik və onu verə bilmək qabiliy­yə­ti, rəhbərlik nüfuzu, uşaqları duya bilmək, onların hiss və həyə­ca­­nını, qəlbini hiss etmək, pedaqoji intuisiya, humanstlik, yara­dı­cılıq qabiliyyəti, dözümlülük, səbr və təmkin­lilik, təhlil etmə və nəticə çıxarma və s. tələb olunur.

Respublikamızda özünü, həyatının ən qaynar, gözəl dövr­lə­­ri­ni müəllimliyə həsr edən pedaqoji məharəti, öyrətmə baca­rığı, şagirdlərinə və tələbələrinə qayğı və məhəbbətlə yanaşan, yetirmələrinin qəlbində silinməz izlər buraxan əsl müəllimlər çox olmuş və indi də vardır. Şagirdlərinin və tələbələrinin xati­rə­lərində yaşayan belə müəllimlər haqqında çox dəyərli olan xatirələrdən bəzilərinə nəzər yetirsək bu müəllimlərin böyük­lüyünü bir daha görə bilərik.

Professor Yaşar Qarayevin professor Əli Sultanlı haqqın­da, professor Təhsin Mütəllimovun professor Mir Cəlal haq­qın­da, xatirələri əsl müəllim simasının xüsusiyyətlərini öyrənmək baxımından təsirlidir, yaddaqalandır. Y.Qarayev ya­zır: “Profes­sor Əli Sultanlı dərs dediyi bütün tələbələrinin həyatında silin­məz izlər buraxan ən sevimli müəllimlərdən biridir. Biz onun qeyri-adi, həssas pedaqoq nəfəsini indi də hiss edirik. O, müəl­lim­­liklə yaşayar, nəfəs alardı, auditoriya onun mənəvi vətəni idi. O, auditoriyasız yaşaya bilməzdi: auditoriya­dan kənarda, tə­ləbə nəfəsi olmayan yerdə özünü həmişə mənə­vi ünsiyyətdən məhrum bir havasızlıqda hiss edərdi... Əli Sultanlı təkcə fikrin, his­sin qüvvəti ilə yox, öz ədaları, səsinin avazı, sözün, tə­ləf­fü­zün sövti-təntənəsi ilə də bizi mütəəssir edər­di. Hər mühazi­rə­dən sonra həmin əsərləri mütləq oxumaq təbii bir ehtiyaca çev­ri­­lərdi... Müəllim Əli Sultanlı böyük ədəbiy­yat vurğunu və fə­da­isi idi və bizi ədəbiyyatın vurğun­larına, fədailərinə çevirə bil­di. Onun sənətə, elmə, müəllimin vəzifə­sinə fədakar məhəb­bə­ti bizim zövq və meyillərimizin formalaş­masında böyük rol oynadı... Əli Sultanlı yaxşı müəl­lim­lər içərisində seçilən yaxşı müəllim idi...”1

Görkəmli ədib, müəllim və alim Mir Cəlal Paşayev haq­qın­­da Təhsin Mütəllimovun xatirlərindən oxuyuruq: “Müəllim­lik Mir Cəlalın həyatında xüsusi yer tutmuş, yazıçılığı və alim­li­yi ilə qırılmaz əlaqədə olmuşdur. Onun şirin söhbətlərini, təbii müsahibəni andıran mühazirlərini, aramla, təmkinlə audi­to­ri­ya­nı dolanmasını, hərdənbir kənarda oturan tələbənin çiyninə za­ra­fatla, ehmalca vurmasını, uşaqları yorğun gördük­də, duzlu, ma­­raqlı haşiyələrə çıxıb öz həyatından, yaradıcı­lı­ğın­dan məzəli əhvalatlar danışmasını, sakit, səmimi səsini, nəfə­sini indi də tə­lə­bələri dərin həsrətlə, həyəcanla xatırlayırlar...”2.

Müəllim əməyi şərəfli olduğu qədər də çətindir, əziyyətli­dir. Təkraredilməzliklə müşayiət olunan yaradıcı əməkdir. Bu­na görə də hər bir müəllim öz işini sevməli, ona sonsuz ilhamla ya­naşmalı, tədqiqatçılıq qabiliyyətinə yiyələnməli, ən çətin si­tu­asiya­lardan belə çıxa bilmək bacarıqlarına, öz hərəkət, dav­ra­nı­­­­­­­şına nəzarət edə bilmək qabiliyyətinə malik olmalıdır.

Pedaqoji ustalıq pedaqoji biliyi, vasitə və metodları özündə bir­ləşdirməklə bütov bir sistem yaradır. Bura uşaqlar, onların psi­­­xoloji xüsusiyyətləri, təlim-tərbiyə prosesinin məzmunu, təş­­­­kil formaları, metodları və texnologiyaları haqqında geniş, hər­­tərəfli bilik və onların həyata keçirilməsi bacarıqları da­xildir.

Beləliklə, müəllimin pedaqoji ustalığı – savadlılığın mü­əy­­­yən səviyyəsi ilə pedaqoji peşə fəaliyyətinin həyata ke­çi­ril­məsi təcrübəsinin qarşılıqlı təsiri nəticəsində yaranır və inkişaf edir. Başqa sözlə, pedaqoji ustalıq dedikdə müəllimlərin pe­da­qo­ji fəaliyyəti yüksək səviyyədə, peşəkarlıqla həyata keçirə bilmə qabiliyyəti başa düşülür.

Müəllimə” adlı belə bir hekayəni nəzərdən keçirək:

Xədicə müəllimə V sinif şagirdlərinin qarşısında olduğu ilk gün onlara bir yalan söyləmişdi. O da bir çox digər müəl­lim­­­lər kimi onlara baxmış və hamısını eyni dərəcədə sevdiyini söyləmişdi. Bu ola bilməzdi, çünki orada–ilk sırada partasına qısılmış kiçik bir şagird var idi – Murad Can.

Daha əvvəlki il, Xədicə müəllimə Murad Canı müşahidə et­­miş, onun digər uşaqlarla oynamadığını, paltarlarının kirli və özü­nün də həmişə çimməyə ehtiyacı olduğunu görmüşdü. Mu­rad həmişə kədərli olurdu.

İşlədiyi məktəbdə Xədicə müəllimə hər uşağın keçmiş fə­aliy­­­yətini araşdırması da tapşırılmışdı və o, Murad haqqında mə­­­lumatları ən sona saxlamışdı.

Müəllimə onun şəxsi işini oxuyarkən təəccübləndi. Çünki birinci sinif müəlliməsi:

“Murad savadlı uşaqdır və hər an gülməyə hazırdır. Tapşı­rıq­larını müntəzəm olaraq hazırlayır və çox yaxşı xasiyyətə malikdir... Və dostları onunla birlikdə olmaqdan məmnundur­lar...” – deyərək bəhs etmişdi.

İkinci sinif müəlliməsi:

“Mükəmməl bir şagirddir, dostları tərəfindən sevilən, an­caq evdə anasının aman­sız xəstəliyi onu kədərləndirir və düşü­nü­rəm ki, evdəki yaşayışı çox çətindir...” – deyirdi.

Üçüncü sinif müəlliməsi:

“Anasının vəfatı onun üçün çox ağır oldu. Atası ona kifa­yət qədər diqqət gös­tər­mir və əgər bir tədbir görülməzsə, ev­də­ki ağır həyat şəraiti ona təsir edəcək”– deyə yazmışdı.

Dördüncü sinif müəlliməsinə gəlincə:

“Murad özünə qapalıdır və məktəbə heç maraq göstərmir, heç dostu da yoxdur və bəzən də sinifdə yatır” – demişdi.

İndi Xədicə müəllimə məsələni aydınlaşdırmışdı və özün­dən utanırdı. Şagirdlər ona gözəl kağızlara bükülmüş, lentlərlə bəzədilmiş yeni il hədiyyələri gətirdikləri vaxt özünü daha da pis hiss etdi. Çünki Muradın hədiyyəsi kobud qəhvə rəngli bir ki­sə kağızına səliqəsiz şəkildə bükülmüşdü. Bunu digər şagird­lərin qarşısında açmaq onu çox məyus etdi.

Şagirdlərin bəziləri bağlamadan çıxan üzəri saxta daşlarla bə­­zədilmiş və bir neçə qaşı düşmüş bilərziyi və üçdə biri dolu olan ətir şüşəsini görəndə gülməyə başladılar. Ancaq müəllimə nə qədər zərif bir bilərzik olduğunu söyləyərək və ətirdən də bir neçə damla biləyinə damladaraq onların gülməyinin qarşısı­nı aldı. O gün dərsdən sonra Murad müəllimənin yanına gələ­rək: “Xədicə müəllimə, bu gün sizdən anamın ətri gəldi”– dedi.

Uşaqlar getdikdən sonra müəllimə bir saata qədər ağladı. O gündən sonra da uşaqlara oxuma, yazma, riyaziyyat öyrət­məyi dayandıraraq onları tərbiyə etməyə başladı. Murada da xüsusi bir diqqət göstərdi. Onunla məşğul olarkən zəkasının təkrar canlandığı gördü.

Onu ruhlandırdıqca uşaq inkişaf edirdi. İlin sonuna qədər Murad sinfin ən çalışqan şagirdlərindən biri olmuşdu. Müəlli­min “Hamınızı eyni dərəcədə sevirəm” – yalanının əvəzində, Murad onun ən çox sevdiyi şagird olmuşdu.

Bir il sonra qapısının önündə bir məktub tapdı. Muraddan idi.

Bütün həyatı boyu rast gəldiyi ən yaxşı müəllimənin o oldu­­­ğunu yazırdı. Ondan yeni bir məktub alana qədər altı il keç­­di. Məktubda liseyi bitirdiyini və sinifdəki ən yaxşı üç şagirddən biri olduğunu, Xədicə müəllimənin onun həyatında ən yaxşı müəllimə olduğunu yazırdı.

Dörd il sonra Muraddan daha bir məktub aldı. O, həmin müd­dətdə zamanın onun üçün çətin olduğunu, çünki univer­sitetdə oxuduğunu və çox yaxşı nəticə ilə məzun olması üçün çox çalışmaq lazım gəldiyini yazırdı. Və Xədicə müəllimə hələ də onun həyatında tanıdığı ən yaxşı müəllimə idi.

Sonra daha dörd il keçdi və yeni bir məktub gəldi.

Çox yaxşı nəticə ilə universitetdən məzun olduğunu, amma daha irəlilərə getmək istədiyini yazırdı. Və hələ də Xədicə mü­əl­­limə onun tanıdığı və həyatında ən çox sevdiyi müəlliməsi idi. Bu dəfə məktubun altındakı imza bir az daha uzun idi. Tibb dok­toru Murad Can.

Bu hekayə burada bitmədi. Yazda Xədicə müəlliməyə da­ha bir məktub gəldi. Murad həyatında çox sevdiyi bir qızla ta­nış olduğunu və onunla evlənəcəyini yazmışdı. Atasının bir neçə il öncə öldüyünü, Xədicə müəllimənin onun toyunda bə­yin ana və atası üçün ayrılan yerdə oturub-otura bilməyəcəyini soruşurdu. Təbii ki, otura bilərdi.

Təxmin edin, nə oldu?

Xədicə müəllimə şənliyə gedərkən diqqətlə qoruyub saxla­dı­­ğı bir neçə qaşı düşmüş olan o bilərziyi taxdı, Muradın ona ver­­diyi və anası kimi ətir saçdığını söylədiyi ətirdən vurmağı da unutmadı. Bir-birlərini sevgiylə qucaqlayarkən Murad onun qu­lağına: “Mənə inandığınız üçün Sizə çox təşəkkür edirəm, Xə­­dicə müəllimə. Özümə dəyər verməyimə səbəb olduğunuz və məni belə dəyişdirdiyiniz üçün də...”, – deyə pıçıldadı.

Gözləri yaşaran Xədicə müəllimə ona cavab verdi: “Yanı­lır­­san, Murad Can. Mən deyil, sən mənə öyrətdin. Səninlə qar­şı­­la­şıncaya qədər mən müəllimliyi bilmirmişəm...!”

Hər kəsin həyatına məna verən və coşqu qaynağı olacaq bir “mələk” olduğunuzu heç unutmayın...

Nə xoşbəxtdir “müəllim” olan müəllimlər...!1



Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə