MüseyiB İlyasov müəllimin pedaqoji ustalığı


Müəllim peşəsinin professioqramı



Yüklə 1,25 Mb.
səhifə13/151
tarix04.01.2022
ölçüsü1,25 Mb.
#82573
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   151
DƏRSLİK Müəllimin pedaqoji ustalığı

1.4. Müəllim peşəsinin professioqramı
Əgər məndən soruşsalar ki, ən şərəfli peşə hansıdır, mən o zaman iftixarla deyərdim:–Müəllimlik!”

H.Zərdabi


Peşələr aləmi geniş və rəngarəngdir. Bunlar həyatın tələbi ilə yaranmış, meydana çıxmış peşələrdir. Onların içərisində mü­əy­yən vaxt ərzində mövcud olmuş, lakin öz həyatını yaşaya­raq köhnəlmiş, tarixin arxivinə verilmiş peşələr də çox olmuş­dur. Elə peşələr də olmuşdur ki, onlar cəmiyyətin inkişafı ilə əla­qədar yeni­ləş­miş, modernləşmiş, yeni məna və əhəmiyyət kəsb etmişdir. Lakin elə peşələr, sənətlər vardır ki, onlar lap qə­dimlərdə yaranmış, inkişaf etmiş, formalaşmış, bütün dövrlər üçün zəruri mahiyyət kəsb etmiş, nüfuzlu, hörmətli və şərəfli bir peşə kimi bu gün də öz şərəfini, hörmətini saxlamışdır. Belə peşələrdən biri, bəlkə də, birincisi müəllim peşəsidir.

Digər peşələr və ixtisaslar kimi müəllim peşəsinin də özü­nə­­­­­­məxsus xüsusiyyətləri çoxdur. Əvvəla, ona görə ki bu peşə “insan – insan” peşələr qrupuna daxil olub, insanların bir-birinə təsir etməsidir. Onun əsas mahiyyəti böyüyən nəsli gələ­cə­yə, hə­­ya­­­­­ta hazırlamaqla müşayiət olunur. İkincisi isə, bu peşə onu se­­çəndən bütün ömrü boyu öyrənmək, yeniləşmək, dövrün tə­ləb­ləri ilə ayaqlaşmaq tələb edir. Buna görə də onu sevən, seç­mək istəyən hər bir gənc onun xüsusiyyətlərini bilməli və bu peşə haqqında dərin məlumata malik olmalıdırlar. Belə mə­lu­mat mənbələrindən biri müəllim peşəsinin professioqramıdır.



Professioqram – İnsana təqdim olunmuş hər hansı peşənin spesifik xüsusiyyətlərini və bu sahədə peşəkar fəaliy-yətə dair tələbləri əks etdirən əlamətlər sistemidir. Müəllim peşəsinin professioqramı bu baxımdan şagirdlər üçün əsas məlumat mənbəyi kimi dəyər­li­dir.

Bir nümunəni nəzərdən keçirək.




Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə