MüseyiB İlyasov müəllimin pedaqoji ustalığı


II. Respublikamızda müəllim kadrlarının hazırlanmasının ikinci–həlledici mərhələsi



Yüklə 1,25 Mb.
səhifə5/151
tarix04.01.2022
ölçüsü1,25 Mb.
#82573
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   151
DƏRSLİK Müəllimin pedaqoji ustalığı

II. Respublikamızda müəllim kadrlarının hazırlanmasının ikinci–həlledici mərhələsi bu peşəni və ixtisası seçərək ali və orta pedaqoji ixtisas məktəblərində təh­sil alan gələcək müəl­lim­lərin hazırlığıdır. Müəllim kadrlarının hazırlanmasında bu mər­­hələ olduqca mühüm və əlverişli yer tutur. Bu mərhələ mü­əl­­limlərə hüquqi status və peşə hazırlığı verir. Buna görə də bu mərhələ həm məsuliyyət tələb edən, həm də gələcək müəl­lim­lə­rə bu sahədə zəruri bacarıq və keyfiyyətləri aşılayan mər­hə­lə­dir. Görkəmli xalq yazıçısı S.Rəhimov yazırdı: “Müəl­lim hazır­lı­ğı ilə məşğul olan təlim–tərbiyə müəssisələri işləri elə qurma­lı­dır ki, öz divarları arasından layiqli xalq müəllimi buraxa bilsin! Elə xalq müəllimi ki, ata-anaların məktəbə göndərdikləri əziz övladlarına layiqli təlim-tərbiyə və təhsil verə bilsinlər”.2

Respublikamızın pedaqoji təhsil müəssisələrində müəllim hazırlığı əsasən üç istiqamətdə həyata keçirilir: a) ümumnəzəri və intellektual istiqamət; b) ixtisas hazırlığı; c) peşə hazırlığı. Ümumnəzəri və intellektual hazırlıq onların bir ziyalı kimi for­ma­laşmasına zəmin yaradırsa, ixtisas və peşə hazırlığı onların bir müəllim kimi hazırlanmalarına səbəb olur. Bunlar da bila­va­­sitə müəllim peşəsinin sirlərinin öyrədilməsində əsas yer tutur. Pedaqogika, psixologiya, pedaqoji psixologiya, fənlərin təd­­risi metodikası kimi fənlər tələbələrin bir müəllim kimi ha­zır­lanmalarında əsas baza olur. Tələbələrin bu fənlərdən müəl­lim, onun şəxsiyyəti, peşə bacarıqları və qabiliyyətləri, şagird şəx­­siyyəti, onların təlim-tərbiyə fəaliyyəti, təlim-tərbiyə pro­se­si­nin spesifik xüsusiyyətləri, məktəb, təhsil və pedaqoji fikrin təşşəkkülü və inkişafı, ayrı-ayrı fənlərin və fənlər üzrə möv­zu­la­rın tədrisi metodikası və s. haqqında aldıqları bilik və baca­rıq­­lar onların gələcək müəllim kimi hazırlanmalarının nəzəri əsa­­sını təşkil edir. Burada bu fənlərin necə və kimlər tərəfindən təd­ris edilməsi də az əhəmiyyət kəsb etmir.

Lakin burada paradoksal hal özünü göstərir ki, bu da tələ­bə­lərin peşə hazırlığına özünün mənfi təsirini göstərir. Bu, bir sıra fənlər üzrə ali təhsilin bakalavr pilləsində keçilənlərin (öy­rə­nilənlərin) magistratura pilləsində təkrarlanmasıdır. Tələ­bə­lə­rin (magistrantların) haqlı narazılığına səbəb olan bu tək­rar­lan­ma­lar heç də “Təkrar biliyin anasıdır” aforizminə xid­mət etmir. Əksinə, magistraturada gələcək elmi-pedaqoji kadrların daha yax­şı, dünya təhsil standartlarına müvafiq hazırlanmalarına, el­min daha vacib problemlərinin tədrisinə imkanları zəiflədir. Bu­na görə də hansı fənlər ki, (məsələn: pedaqogika, psixo­lo­giya, ayrı-ayrı fənlərin tədrisi meto­dikası, bir sıra ixtisas fənləri və s.) həm bakalavr, həm də magistratura pilləsində tədris olu­nur, onların proqramlarının daha da dəqiq­ləş­dirilməsinə və nəyin, hansı məsələlərin bakalavr pilləsində, hansılarının isə ma­­gis­tratura pilləsində öyrədilməsi­nin zəru­riliyinin aydın­laş­dı­rıl­ması və proqramların yeniləşdirilməsi olduqca vacibdir.

Təhsilin bakalavriat pilləsində gələcək müəllimlərin peşə-ixtisas hazırlığında pedaqoji təcrübənin rolu əvəzsizdir. Gələ­cək müəllimlər məhz bu dövrdə ilk dəfə olaraq siniflə-şagirdlə qarşılıqlı ünsiyyətə girir və müəllimlik fəaliyyətinin bilavasitə iştirakçısına çevrilirlər. İndiyə qədər öyrənib cavab verməyə adət etmiş tələbə artıq həm də öyrədən, tərbiyə edən funksi­ya­sı­nı ifadə etməli olur. Burada onun iki il yarımda yiyələndiyi bir sıra bacarıq və qabiliyyətlər real ifadə tərzini tapır. Təcrübə­çi tələbə həm öyrənir, həm də öyrədir. Bu da onun fəaliyyə­tin­də yeni bir mərhələnin başlanğıcı olur. Buna görə də pedaqoji təcrübə gələcək müəllimlərin təkcə sınaq meydanı deyil, həm də müəllimlik peşəsinə adaptasiya funksiyası kimi də mühüm bir missiyanı yerinə yetirir.

Pedaqoji təcrübə rəhbərləri–metodistlər, pedaqoqlar və psi­xo­loqlar pedaqoji təcrübə dövründə tələbələrə həssas müna­si­bət göstərməli, onların əldə etdikləri biliklərin tərübədə tətbiqi, həmçinin onlarda müəllim üçün zəruri olan bir sıra: metodoloji (pedaqoji-psixoloji); ümumi mədəni səviyyə­ni əks etdirən və fənyönümlü bacarıqların reallaşmasına şərait yaratmalı­dırlar.1

Çox təə­ssüf ki, bəzi hallarda rəhbərlər buna deyil, diqqəti ikin­ci dərəcəli məsələlərə: metodistlər yaxşı icmal tutdurmağa və əyani vəsait hazırlatmağa, pedaqoqlar pedaqoji təcrübə gün­də­liyinin tərtib olunmasına və tələbənin tərbiyəvi söhbət apa­rıb-aparmamasından asılı olmayaraq tərbiyəvi söhbət icma­lının yazılmasına, psixoloqlar isə bir şagirdin öyrənilməsi və onun psi­xoloji-pedaqoji xarakteristikası ilə bağlı bir dəftər hazır­lat­ma­ğa yönəldirlər ki, bunlar da pedaqoji təcrübənin əsas ma­hiy­yə­tinin kölgədə qalmasına səbəb olur.

Pedaqoji təcrübə gələcək müəllimlərin pedaqoji bilik, ba­ca­rıq və qabiliyyətlərinin həm üzə çıxarılmasında, həm korrek­si­ya olunmasında, həm də formalaşmasında çox mühüm bir mər­hələni təşkil etdiyindən onun daha da təkmilləşdiril­məsinə və buna bütün ixtisas kafedralarının diqqət göstər­məsinə nail olunmalıdır.

Müəllimin fəaliyyəti gələcəyə yönələn fəaliyyət olub, fəal, müasir dövrün tələblərinə cavab verən şəxsiyyətlərin formalaş­dı­rılması ilə səciyyələnir. Bu isə müəllim hazırlığı prosesində onun daha çox peşə keyfiyyətlərini formalaşdırmağı başlıca mə­­sələlərdən biri kimi ön plana keçirir. Müəllim hazırlığı pro­se­sinə bu cür yanaşma, yəni gələcək müəllimlərin peşə keyfiy­yətlərinin formalaşmasına daha çox diqqət yetirilməsi həm fənn müəllimi kimi, həm də tərbiyəçi kimi müəllim kadrların ha­­zırlanması işinin səmərəli şəkildə həyata keçirilməsinə səbəb olur. Formalaşmış peşə keyfiyyətləri isə onların hələ tələbəlik il­lərində pedaqoji ustalığın bir çox nəzəri və praktiki key­fiy­yət­lərinə yiyələnmələri üçün əlverişli şərait təmin etmiş olur.

Təhsilə aid bütün çıxış və göstərişlərində müəllimə çox böyük qiymət verən H.Əli­yev Yasamal rayonundakı 18 saylı mək­­­təbdə keçirilən görüşdə (1 sentyabr 1997-ci il) demişdir: ”Müəllimin vəzifəsi ona görə şərəflidir ki, o cəmiyyət üçün ən də­­­yər­li, bilikli, zəkalı, tərbiyəli vətənpərvər hazırlayırlar. Şüb­hə­siz ki, birinci növbədə müəllimin özü bu xüsusiyyətlərə ma­lik olmalıdır, daim özünü də təkmilləşdirməlidir, öz üzərində işləməyən müəllim yaxşı müəllim ola bilməz”.1

Təcrübə göstərir ki, yalnız belə müəllimlər əsl usta müəl­lim, pedaqoji ustalığa yiyələnmiş müəllimlər olurlar.



III. Bu mərhələ pedaqoji fəaliyyətə hüquq verən diplom alıb pedaqoji işə başladıqdan müəllim ömrünün sonuna kimi davam edir. Bu, elə bir mərhələ, elə bir dövrdür ki, müəllimin pe­­daqoji ustalığa yiyələnməsi, öz üzərində müstəqil çalışaraq yaxşı bir müəllim–pedaqoq kimi tanınması, şagirdlərinin se­vim­lisinə çevrilməsi, valideynlərin hörmətini qazanması, peda­qo­ji ictimaiyyət tərəfindən qəbul edilməsi kimi mühüm məsə­lə­lər onun özündən aslı olur. Professor Y.Talıbov yazırdı: “Özü­nün elmi biliyini daim artır­mağa cəhd edən, böyük icti­maiy­yət­çi­­­lik işi aparan, ictimai həyatın bu və ya digər sahələrin­dən səsi gələn, yüksək mədə­niy­yətə, estetik zövqə, dərin elmi biliyə, pe­da­qoji usta­lığa, əxlaqi saflığa malik olan hər bir müəllim yük­sək nüfuz qazanır, ictimaiyyətin, valideynlərin hörmətinə layiq olur, şagirdlərin qəlbində özünün əbədi heykəlini ucaldır. Belə müəllim öz qüvvəsini, qanını, qiymətli olan hər bir keyfiyyətini şagirdlərə, xalqa verir.”

Hər bir peşənin, sənətin özünəməxsus, spesifik xüsusiy­yət­lə­ri, çətinlikləri vardır. Müəllim peşəsində bunlar daha da çox­dur. Çünki məhz müəllim yeni insan yetiş­dirir, gələcək cəmiy­yə­ti hazırlayır. Buna görə də o, öz fəaliyyəti zamanı daim axta­rış­da olmalı, yeniliklərlə ayaqlaşmalı, cəmiyyətin artan tələb­lə­ri­nə hazır olmalıdır. Bu baxımdan da müəllim öz üzərin­də iş­lə­mək­­lə bir tərəfdən yaxşı öyrədir və tərbiyə edir, digər tə­rəfdən də özü öyrənir, təkmilləşir, usta müəllimə çevrilir. Daim özünü təkmilləşdirməklə özü yeniliklər edir, yaradıcı müəllim kimi tanı­nır. Ali məktəbdə aldığı ixtisas və peşə bilikləri daha da dərinləşir, zənginləşir.

Əsl, usta müəllim şagirdlərlə mehribandır, onlara yaxındır. Elmlərin əsaslarını öyrədən, çətin yollarda bələdçilik edərək yol göstərən, istiqamət verəndir. Uşaqların ruhi aləminə nüfuz edə bilən psixoloqdur, onları tərbiyə edən ata-anadır, müdrik pe­daqoqdur, məsləhət verəndir... və s. Bu keyfiyyətlər isə nə birdən-birə yaranır, nə də özbaşına baş verir. Bunlar məhz pe­da­qoji təhsil prosesində doğulur, pedaqoji fəaliyyət prose­sində inkişaf edir, formalaşır. O şərtlə ki, buna can atan, çalışan ol­sun. Əks halda, pedaqoji staj pedaqoji ustalıq üçün heç də əsas ola bilmir.

IV. Müasir informasiya texnologiyaları şəraitində inkişaf prosesləri elə sürətlə baş verir ki, yeni biliklərə, onlara müvafiq bacarıqların yaranmasına hər gün ehtiyac hiss olunur. Belə şəra­itdə müəllimin beş il, on il və daha əvvəl aldığı biliklər bu gün üçün kifayət etmir. Yeni texnologiyaların, müasir təlim me­todlarının tətbiqinə zərurət yeni biliklər və bacarıqlar tələb edir. Bunların əldə edilməsində müəllimin müntəzəm olaraq özü­nü təhsillə və özünütəkmilləşdirmə ilə yanaşı, hər beş ildən bir ixtisasartırma fakültələrində iştirak etmələri, təkmil­ləş­mə­ləri mühüm rol oynayır.

“Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının konsepsiya və strategiyası”nda göstərilir ki, “İxtisasartırma təhsili dedikdə pedaqoji kadrların və rəhbər pedaqoji işçilərin öz peşə fəaliyyəti dövründə (və ya müəyyən müddət pedaqoji fəaliyyətdə olmayan dövrdə) mütəmadi olaraq peşəkarlıq səviyyəsini, peşə ustalığını, elmi-nəzəri biliklərini artırmaq məqsədilə şəxsi ehtiyac və tələbatlarına uyğun gələn, o cümlədən yenilikləri və dəyişiklikləri əks etdirən tədris plan və proqramları üzrə təhsil almaları nəzərdə tutulur.”1

Müəllimlərin ixtisasartırmaları bilavasitə onların ixtisas və peşə hazırlığının təkmilləşdirilməsini nəzərdə tutur. “Kadrların təkmilləşdirilməsi prosesi əlavə pedaqoji təhsildə gedən bir proses olmaqla, təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsə­di daşıyır və pedaqoji, psixoloji, metodiki sahədə, dərs vəsaiti və dərsliklərdə, eləcə də tədris plan və proqramlarında, təlimin texniki vasitələrində olan yeniliklərlə operativ tanışlığı, öz həm­karları ilə fikir mübadiləsini və s. özündə ehtiva edir”.2 Buna görə də müəllim hazırlığında olan bu mərhələ fasiləsiz pedaqoji təhsilin həyata keçirilməsində əsas pillələrdən birini təşkil edir.

Beləliklə, ölkəmizdə müəllim hazırlığı fasiləsiz pedaqoji təh­silin bütün komponentlərini özündə birləşdirən bütöv bir sis­tem təşkil edir. Başlıca məsələ bu komponentlərin hər biri­nin öz funksiyasının lazımınca yerinə yetirilməsinə nail olun­ma­­sı, onlar arasında varisliyin təmin olunması və hər gün artan tələblərə cavab verə bilən müəllim kadrlarının hazır­lanmasına nail olmaqdan ibarətdir. Çünki “Cəmiyyətin gələcək tərəqqisi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır” (H.Əli­yev). Bu isə öz növbəsində müəllimlərin hazırlıq səviy­yə­sin­dən, onların elmi-pedaqoji potensialından və pedaqoji ustalı­ğın­dan asılıdır.



Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə