M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
54
10. Ruintən S. Azərbaycan türk dövlətləri
ilə siyasi əlaqələr siste-
mində (XX əsrin 90-cı illəri). Bakı, 2005.
11. “Şərq” qəzeti, 2009-cu il, 23 aprel.
______________________
IV Bölmə
A
TATÜRK VƏ BIZ
Fəridə ALLAHVERDIYEVA
Bakı Dövlət Universiteti,
Tarix fakültəsi, Türk dünyası tarixi
ixtisası üzrə I kurs magistrantı
E-mail: faridaallahverdiyeva@gmail.com
ATATÜRKDƏ MÜASİR DÖVLƏT TƏSƏVVÜRÜ
Elmi rəhbər: MƏŞDİ İSMAYILOV
Siyasi
elmlər üzrə fəlsəfə doktoru,
Bakı Dövlət Universitetinin müəllimi
Açar sözlər: Atatürk,
Türkiyə Cumhuriyyəti, modernləşmə, Qərb
modeli, milli dövlət, xalqçılıq,
dünyəvilik
Müasir dövlət anlayışı, Avropada feodal sistemin ənənəvi
teokratik dünyagörüşünün yerini İntibah dövrünün rasional-pozi-
tivist düşüncələrinin alması nəticəsində formalaşmışdır. Avropada
mərkəzləşmiş monarxiyaların yaranmasına paralel olaraq kapita-
list münasibətlər sisteminin də təşəkkül tapması müasir dövlətlərin
yaranmasının ictimai, siyasi və iqtisadi əsaslarını müəyyən etmiş-
dir. Fransa inqilabının siyasi-ideoloji çərçivəsi isə müasir dövlət-
lərin, yəni digər bir ifadə ilə milli dövlətlərin tarix səhnəsində yer
almalarının ən önəmli faktoru olmuşdur. Nəticə etibarı ilə bu gün
müasir dövlət təsəvvürümüz 16-cı əsrdən etibarən Avropada özü-
nü göstərən fərqli dinamik proseslərin ortaya çıxardığı milli döv-
lətlərlə bağlıdır.
M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
56
ilə də Osmanlı imperiyasının süqutunu səciyyələndirən faktorlar
kimi qiymətləndirilmişdi. Bu istiqamətdə gənc Türk dövlətinin və
millətinin gələcək inkişafı müasirləşməkdə, sivil dünyaya inteqra-
siya olmaqda, müasir təhsil sisteminin qurulması və milli şüurun
gücləndirilməsində görülürdü.
Atatürkün müasir Türkiyə təsəvvürü hər şeydən əvvəl Fran-
sa inqilabının siyasi-mədəni nəticəsi olan milli dövlət anlayışına
dayanırdı. Atatürk Türkiyə Cümhuriyyətinin ideolojik əsaslarını
özünün altı prinsipi əsasında müəyyənləşdirmişdi. Respublikaçı-
lıq, milliyyətçilik, xalqçılıq, dövlətçilik, inqilabçılıq və dünyəvi-
likdə ifadəsini tapan bu əsas altı prinsip ilk olaraq dövrün tək siya-
si partiyası olan Respublika Xalq Firqəsinin nizamnamə və proq-
ramında öz əksini tapmış, daha sonra isə 5 fevral 1937-ci il tarixli
dəyişikliklə konstitusiyaya daxil edilmişdir.
Bilindiyi kimi, Türkiyə Respublikası, Lozanna konfransı ye-
kunlaşdıqdan sonra 29 oktyabr 1923-cü ildə elan olunmuşdur.
Konstitusiyanın birinci maddəsində “Türkiyə dövlətinin idarəetmə
forması respublika idarəçiliyidir” yazmaqdadır. Atatürkə görə ən
düzgün idarəetmə xalqın seçimi ilə formalaşan idarəetmədir ki,
burada əsas söz sahibi xalqın iradəsidir. Atatürk bu düşüncəni
Türkiyə dövlətinin təməlinə yerləşdirmiş və beləliklə də Cümhu-
riyyət, Türk millətinin milli iradəsinə söykənən milli dövlət olaraq
qurulmuşdur.
Xalqçılıq prinsipi Atatürkün müasir dövlət təsəvvürünün ən
əsas meyarlarından biridir. Bu anlayışa görə xalq, fərdlər və züm-
rələr arasında heçbir ayrılığı və bərabərsizliyi qəbul etməyən icti-
mai birlikdi. Xalq eyni zamanda azaddı və özünü idarəetmə hüqu-
quna sahibdi. Bu cür düşüncələrə söykənən Atatürkün xalqçılıq
anlayışı, hakimiyyətin və idarəetmənin də ona aid olmasını ifadə
edirdi.
Atatürkün müasir dövlət modelinin digər bir önəmli ideoloji
yönü dünyəvilik prinsiplərinə söykənməsidir.
Mustafa Kamal tərə-
findən bu prinsip belə izah olunmuşdur: “Dünyəvilik əsla dinsizlik
olmadığı kimi, saxta dindarlıqla da mübarizəyə yol açır, həqiqi
dindarlığın inkişafını təmin edir... Bunu dinsizlik mənasında anla-