M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
57
maq yanlışdır. Hər kəs vicdanına tabe olmaqda sərbəstdir. Biz di-
nə hörmət edirik, düşüncəyə qarşı deyilik. Biz sadəcə olaraq din
işlərini, millət və dövlət işləri ilə qarışdırmamağa çalışırıq”.
ƏDƏBİYYAT
1. Ali Yaşar Sarıbay, Ersin Kalaycıoğlu «Türkiye'de Politik Deği-
şim ve Modernleşme», Alfa Basım Yayım Dağıtım, İstanbul, 2000.
2. Sait Dinç, «Atatürk İlkeleri ve İnkılâp Tarihi», Nobel Kitabevi,
Adana, 2004.
3. Utkan Kocatürk, «Atatürk’ün Fikir ve Düşünceleri», Ankara,
1999.
______________________
XƏYALƏ ƏSGƏRLİ
Bakı Dövlət Universiteti,
Tarix fakültəsi, IV kurs tələbəsi
E-mail: isabaku10@gmail.com
ATATÜRK VƏ TÜRK QURTULUŞ SAVAŞI
Elmi Rəhbər: İsa ARSLAN
Tarix üzrə fəlsəfə doktoru,
Bakı Dövlət
Universitetinin müəllimi
Açar sözlər: Atatürk, Vətən qurtuluş mübarizəsi, türk qurtuluş sa-
vaşı
30 avqust 1922-ci il zəfərindən sonra əcnəbi bir şair öz hiss-
lərini belə ifadə etmişdir: “Allah bir xalqa yardım etmək, istəyən-
də, o xalqın başına Mustafa Kamal Paşa kimi bir lider gətirir”.
Deyilən bu fikir danılmaz bir faktdır. Dahi öndər M.K.Ata-
türk millətinin ən çətin günlərində Tanrının türk millətinə göndər-
diyi xilaskar oldu. O, deyirdi: “Tarix yazmaq, tarix yaratmaq qə-
dər önəmlidir”.
Məhv olmaq üzrə olan bir dövlət düşünün. Var olanı artır-
maq, daha da güclü bir hala gətirmək asandır. Atatürk, artıq ümi-
M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
58
dini itirib, məğlubiyyəti qəbullanmış millətinin ümidi oldu. I Dün-
ya müharibəsindən sonra Osmanlı imperiyasının məğlub dövlət
kimi ayrılması, İngiltərə, İtaliya, Fransa, Yunanıstan üçün çoxdan-
kı arzularını həyata keçirmək üçün real imkan yaratmışdı. Hər şey
onların xeyrinə idi, sanki Osmanlının tək çarəsi məğlubiyyətlə ba-
rışmaq idi. Lakin türklərin əlində olan tək şey mübariz iradə idi:
Atatürk türkün belə məğlubiyyətini qəbul edə bilməzdi. Əgər bir
xalqın başında güclü lider varsa, onun qarşısında heç kim dura bil-
məz. 1919-cu
il Ərzurum, Sivas konfransları qurtuluş savaşının ilk
addımları idi. Atatürk “Milli hüdudlar içərisində olan vətən torpa-
ğı bütövdür” deyərək milləti mübarizəyə çağırdı. 1920-ci il 23 ap-
rel Türkiyə Böyük Millət Məclisi (TBMM) yaradıldı. Sevr müqa-
viləsi artıq Osmanlının müstəqil dövlət hüdudlarından məhrum et-
mişdi. Türk qurtuluş savaşı zamanı baş verən döyüşlər isə həqiqə-
tən bir xalqın fəxr oluna biləcək gücünün bariz nümunəsidir. Türk
Qurtuluş mücadiləsinə dərin inam, vətən sevgisi hər şeydən güclü
oldu. I İnönü və II İnönü qələbələri artıq xalqın qələbəyə inamını
artırmışdı.
Sakarya zəfəri isə türk qurtuluş savaşının zirvəsi oldu. Türk
milləti bu qələbə ilə özünü xilas etdi, Osmanlı imperatorluğunun
yerində yeni bir çağdaş Türk Cümhuriyyəti yaratdı.
1922-ci il noyabrın 11-də “Antanta” dövlətləri və Yunanıs-
tan Türkiyə ilə Mudanya sülh müqaviləsi imzaladı. Türk qurtuluş
savaşı türkün böyük haqlı qələbəsi ilə başa çatdı. Türk xalqı yeni
tarix yazdı, türk xalqının qurtuluş tarixi. Təbii ki, millətin bu mü-
barizə və qələbəsinin bir səbəbkarı vardı, o da Mustafa Kamal
Atatürk idi. O, əsl lider idi, milyonlarla türk insanı onun arxasınca
ölümə getməyə hazır idi. Hələ 1918-ci Çanaqqala savaşı zamanı
öz əsgərlərinə “Mən sizə hücuma keçməyi yox, ölməyi əmr edi-
rəm” deyən Mustafa Kamalın iradəsi, qətiyyəti hər kəsdə ona
inam yaratmışdı. Düşünün, əgər Atatürk inamla “Gəldikləri kimi,
gedərlər” deməsəydi, artıq işğal altında olan dövlətin xalqını buna
inandırmasaydı, nə baş verərdi? Tarixdə yalnız var olmuş sonra-
dan süquta uğramış Osmanlı imperiyasının adı qalardı, sonrası isə
sadəcə bir heç, lakin bu belə olmadı. Özünün dediyi kimi, o, tarix
M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
59
yazmağın, tarix yaratmaq qədər önəmini sübut elədi. Anadoluda
apardığı siyasət iflasa uğrayan İngiltərənin baş naziri David
Lloyd, ölkəsinin parlamentində üzləşdiyi ittihamlar qarşısında bu
cavabı vermişdir: “Dostlar, yüzillər nadir halda dahi yetişdirir. Bu
talesizliyə baxın ki, ... o böyük dahi çağımızda türk
millətinə nəsib
oldu”. Bu sözlər bir daha dünyanın türk dəyanəti qarşısında zəifli-
yin sübutudur. Türk qurtuluş savaşı bir millətin yoxdan var oluşu-
dur. Bir gün İstanbulda Atatürkün qonağı olan V.Çörçil ona belə
bir sual ünvanlayır: “Axı siz necə oldu ki, bu mübarizədə qalib
gəldiniz? Cavabında Atatürk, bayırda dayanan bir yavəri içəri ça-
ğırır və əvvəlcədən içini boşaltdığı tapançanı ona verir və əmr edir
ki, başına söykəyib tətiyi çəksin, Çörçil gördükləri qarşısında hey-
rətə gəlin, əsgər Atatürkün əmrini gözünü qırpmadan yerinə yeti-
rir. Atatürk deyir. “Biz bu mübarizədə belə qələbə qazandıq”. Fi-
kirləşirəm ki, bu cavab bütün suallara cavabdır. Beləliklə, belə qə-
rara gəlmək olar ki, bəzi qələbələr var ki, onlar hətta düşmən tərə-
findən belə alqışlanır, türk millətinin qələbəsi belə qələbələrdən-
dir”.
ƏDƏBİYYAT
1. Akyüz Yahya. Türk eğitim tarihi. İstanbul, 2015
2. "
Nutuk Söylev", Türk Tarih Kurumu Yayınları, Ankara, 1984
3. Akyüz Yahya. Atatürkü kendi sözleriyle anlatmak. İstanbul,
2015
4. Abbasov Akif. Büyük önder Mustafa Kemal Atatürk. Ankara,
2016
5. Kurtuluş Savaşı Tarihi ,Celal Erikan , İstanbul, 2008
______________________