M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
63
Fəridə NOVRUZOVA
Bakı Dövlət Universiteti,
Tarix fakültəsi, II kurs tələbəsi
E-mail: faridanovruzova070@gmail.com
ATATÜRK VƏ TÜRKÇÜLÜK
Elmi rəhbər:
Şəbnəm CƏFƏROVA
Bakı Dövlət
Universitetinin müəllimi
Açar sözlər: Atatürkçülük ideologiyası, türkçülük, türkçü kimdir
Osmanlı imperiyasının süquta uğradığı dövrdə, dünya səh-
nəsinə çıxan dahi şəxsiyyət Atatürk ideya və praktikanı öz şəxsiy-
yətində birləşdirmiş bir lider idi. Fikir və düşüncələrinin əsasını
Atatürkçülük təşkil edirdi. Sual olunur, Atatürkçülük deyə fikir
ola bilərmi? Əlbəttə ola bilər. Araşdırmamız göstərir ki, belə bir
ideologiya var. Mustafa Kamalın üzərində israrla durduğu, dövlət
və millət həyatında tətbiq etmək istədiyi fikirlər, prinsiplər ciddi
bir şəkildə toplanılıb bir araya gətirilsə, belə sistemlər topluluğuna
Atatürkçülük adı verilə bilər. Ziya Göyalpın dediyi kimi “Atatürk-
çü düşüncə ölkə gerçəklərindən, türk tarixinin yarpaqlarından qay-
naqlanır. O, fərdi düşüncə deyildir, millətimizin müştərək arzu və
meyillərinin ifadəsi olan bir düşüncədir”.
Atatürkün düşüncə siste-
minin əsasını təşkil edən prinsiplərdən biri Türkçülük ideologiya-
sıdır. Atatürk türk olmağı fəxarət hissi hesab edirdi. Bəs Türkçü-
lük ideologiyası nədir? O, həmişə deyərdi ki, “Əgər mənim fikir-
lərimin, mənim ideyalarımın və bütün düşüncələrimin qayəsi atam
Əli Rza Əfəndidirsə, fikirlərimin, düşüncələrimin mayası məhz Zi-
ya Göyalpdan gəlir. Ziya Göyalp müəllimim olaraq mənə bu ideo-
logiyanı öyrədib”. Artıq aydındır ki, Atatürkə bu ideyalar müəlli-
mindən ötürülmüşdür.
Osmanlı imperiyasının son illərində 3 ideoloji prinsip var
idi: Osmançılıq, İslamçılıq, Türkçülük. Türkçülük “Hər şey türk
üçün”, “Türkə görə” fikrini müdafiə edən Türk Millətçiliyinin adı-
M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
64
dır. Türkçülük türk millətini yüksəltmək deməkdir. Türk millətin
adıdır. Millət özünə xas bir mədəniyyətə sahib olan topluluq de-
məkdir. Yüz milyon türkün bir millət halında birləşməsi, Türkçü-
lər üçün güclü həyəcan qaynağıdır. Türkçülük yüksəlmək üçün
deyil, yüksəltmək üçündür. “O, Ərəb və Qərb mədəniyyətinə qar-
şıdır. Türkçülüyün ən böyük vəzifəsi türklüyə xidmətdir. O, yorul-
madan türk soyunun üstünlüyünü anladacaq, yad ünsürlərin təhlü-
kəsini söyləyəcək, barışmaz düşmənimizin Moskva olduğunu təl-
qin edəcəkdir”.
Atatürk əsl türkçü idi. Bunu Atatürkün sözləri ilə təsdiq edə
bilərik. “Mən hər şeydən öncə bir türk millətçisiyəm. Belə doğ-
dum belə öləcəm. Türk birliyinin bir gün həqiqət olacağına inan-
cım vardır. Mən görməsəm belə, gözlərimi dünyaya onun yuxuları
içində yumacam. Sabahın tarixi, yeni fəsillərini türk
birliyi ilə aça-
çaq. Türkün varlığı bu köhnə aləmə yeni üfüqlər açaçaq, günəş nə
demək, üfüq nə demək, o zaman görüləcək”. Türkçülük bir fikir
olduğu qədər də bir inancdır. Hər istəyən türkçü ola bilmədiyi
kimi hər türkçüyüm deyən də türkçü ola bilməz. Türkçülük bir hə-
dəfdir. O hədəf ki, Atatürk düşüncəsinin qayəsi idi. Hədəfsiz mil-
lətlərin ən talehlisi belə zəif olmağa məhkumdur. Hər türkçü yaşa-
dığı yerin işini inancla edərsə, türkçülük hədəfi sağlamlaşar. Türk-
çü sərt yaşamaqdan xoşlanar və böyük sərtliyi nəfsinə qarşı göstə-
rər. Türkçü millətinə bir xidmət göstərərkən, bunu bəyənilmək
üçün deyil, vəzifəsi bildiyi üçün edər. Türkçülər həmrəy yaşama-
ğa məcburdur. Həmrəylik az qüvvə ilə çox iş görmənin tək və də-
yişməz çarəsidir.
Türkiyə Cümhuriyyətinin 12-ci il dönümündə “Atatürk bi-
zim ən böyüyümüzdür”, “Atatürk bu millətin ən yüksəyidir” kimi
şüarlar hazırlanmışdı. Şüarların siyahısını gözdən keçirən Atatürk
hamısının üstündən xətt çəkərək, belə yazdı: “Atatürk bizim içəri-
mizdən bir nəfərdir”. O, “Nə mutlu türküm deyənə” dedi. Mən isə
deyirəm: Nə mutlu bizə, Nə mutlu Atatürkü sevənə.
ƏDƏBİYYAT
1. Atatürkün fikir və düşünceleri. Ankara, 1999
M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
65
2. Atsız Nihal. Türkçülük / Orkun, 10 sayı, 1 Ekim 1943
3. David Kushner. Türk milletçiliyinin doğuşu. İstanbul, 1979
4. Göyalp Ziya. Türkçülüyün əsasları. Bakı , Maarif Nəşriyyatı,
1991
5. İbrahim Kafesoğlu. Türk milletçiliyinin meseleleri İstanbul,
1970
6. Qocatürk Utkan. Atatürk Bakı-Elm-1991
______________________
Ülkər KAZIMOVA
Bakı Dövlət Universiteti,
Tarix fakültəsi, Yaxın və Orta Şərq ölkələri tarixi
ixtisası üzrə II kurs magistrant
E-mail: ulkerkazimova@yahoo.com
TÜRKİYƏ CÜMHURİYYƏTİNİN SƏLƏFİ
OSMANLI DÖVLƏTİ A.Y.KRIMSKİNİN GÖZÜ İLƏ
Elmi rəhbər: Rafiq İSMAYILOV
Bakı Dövlət
Universitetinin dosenti
Açar sözlər: A.Y.Krımski, Osmanlı dövləti, Sultan I Süleyman Qa-
nuni, Sultan I Səlim, Türk heyranlığı
1923-cü il 29 oktyabrda Mustafa Kamal Atatürkün başçılığı
ilə Respublika elan edilən Türkiyənin sələfi olan Osmanlı dövləti
möhtəşəm tarixi ilə iz qoymuş dövlətlərdən biridir. XVIII əsrdən
etibarən Osmanlı dövlətində başlayan tənəzzül XX əsrin əvvəllə-
rində uğursuzluqlar və I dünya müharibəsində məğlubiyyətlə özü-
nü göstərdi. Lakin müasir Türkiyənin qurucusu Mustafa Kamal
Atatürk apardığı siyasət ilə Osmanlı dövlətinin tarix səhnəsindən
silinməsinin qarşısını aldı.
Bütün bunlara görə həm müasir Türkiyə, həm də Osmanlı döv-
ləti həmişə tarixçilərin diqqət mərkəzində olmuşdur. Bu tarixçilər
içərisində A.Y.Krımskinin adını xüsusi qeyd etmək lazımdır. A.Y.
Krımski Yaxın Şərqin üç ən böyük etnosu və onların burada mövcud
olmuş dövlətləri haqqında geniş şəkildə araşdırmalar aparmışdır.