M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
51
kimi, bu gün də ortaq bir pəncərədən gələcəyə baxmaqda; bu günü-
müzü və sabahımızı birlikdə şəkilləndirməkdədirlər.
ƏDƏBİYYAT
1. Atmaca Tayfun. XX əsrin axırlarında Azərbaycan – Türkiyə
münasibətləri: filologiya e. n. elmi
dərəcəsini almaq üçün təqdim
olunmuş dissertasiya: 23.00.04/ T.Atmaca; Az. Resp.
Prezidenti
yanında Dövlət İdarəçilik Akad. – B. , 2007
2. http://www.baku.emb.mfa.gov.tr/AmbassadorsMessage.aspx
3.http://www.baku.emb.mfa.gov.tr/ShowInfoNotes.aspx?ID=170188
______________________
Jalə HÜSEYNOVA
Bakı Dövlət Universiteti,
Tarix fakültəsi, II kurs tələbəsi
E-mail: huseynovajale5@gmail.com
ERMƏNİSTAN- AZƏRBAYCAN DAĞLIQ QARABAĞ
MÜNAQİŞƏSİNƏ TÜRKİYƏNİN MÖVQEYİ
Elmi rəhbər: Səidə QULİYEVA
Tarix üzrə fəlsəfə doktoru,
Bakı Dövlət Universitetinin
böyük elmi işçisi
Açar sözlər: Dağlıq Qarabağ problemi, Ermənistan, Türkiyə, Azər-
baycan, Cənubi Qafqaz
Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mey-
dana çıxdığı gündən aktuallığını itirməmişdir. Cənubi Qafqaz ki-
mi vacib strateji əhəmiyyətə malik bölgədə bu münaqişənin həll
olunmadan qalması ümumilikdə Qafqazın gələcəyi üçün təhlükə
yaradır. Regionda təhlükəsizliyin yaradılması yalnız bölgə dövlət-
lərinin deyil, həmçinin böyük dövlətlərin mənafeyinə uyğundur.
1994-cü ildə Atəşkəs haqqında müqavilə imzalanmasına baxma-
yaraq Ermənistanın davamlı olaraq cəbhədə atəşkəsi pozması mü-
naqişənin sülh yolu ilə həllinə razı olmadığını, dinc şəraitdə yaşa-
maq istəmədiyini göstərir.
M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
53
Həmin ilin aprel ayında İstanbul şəhərində keçirilən “Mədəniyyət-
lər İttifaqı” zirvəsinə Azərbaycan Respublikasının prezidenti
İ.Əliyev qatılmaqdan imtina etdi. Sərhədlərin açılması məsələsin-
də Türkiyə Dağlıq Qarabağı şərt kimi irəli sürdü və danışıqlar pro-
sesində Azərbaycanın da rəyini nəzərə aldı. Türkiyə düşünürdü ki,
Ermənistanla sərhədlərin açılması Moskvanın İrəvana təsirini
azaldar və Türkiyə vasitəçiliyi ilə münaqişə daha tez həll olunar.
Azərbaycanın fikrincə Ermənistanın planları mərhələlidir. Əgər
sərhədlər açılsa Türkiyəyə qarşı ərazi və təzminat iddiaları güclə-
nəcək. Azərbaycanın “ekonomik embarqo” siyasətinə də zərbə vu-
racaq. Sərhədlərin açılması Türkiyənin dövlət maraqları, Azərbay-
canın təsiri ilə baş tutmadı.
Son günlərdə cəbhədə baş vermiş gərginlik göstərir ki, Azər-
baycan balanslaşdırılmış siyasət və düzgün zamanda hərəkət et-
məklə torpaqlarını işğaldan azad edə bilər. Türkiyə hər zaman ol-
duğu kimi Azərbaycanın mənafeyini müdafiə edir və lazım gəlsə
hərbi yardım edəcəyini bildirdir.
ƏDƏBİYYAT
1. “Azərbaycan” qəzeti, 2007-2009-cu illər.
2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezi-
dent kitabxanası “Dağlıq Qarabağ münaqişəsi” Bakı, 2005.
3.Cabbarlı H. Ermənistanın xarici siyasəti (1991-2012).Bakı, 2005
4. Fatih Özbay. Türkiye-Ermenistan ilişkileri. İstanbul, 2011 //
Bilge Adamlar Stratejik Araşdırmalar Merkezi.
5. “Xalq” qəzeti, 2010-cu il, 26 avqust.
6. Qasımlı M. Azərbaycan Respublikasının Xarici Siyasəti (1991-
2003). Bakı, 2015.
7. Quliyeva S. İslam Konfransı Təşkilatının Ermənistanın Azər-
baycana qarşı işğalçılıq siyasətinə mövqeyinin formalaşmasında
H.Ə.Əliyevin rolu (1991-2003) “Diplomatiya Aləmi” jurnalı
27/2010.
8. Məmmədli M. AKP hakimiyyəti dövründə Türkiyənin
xarici si-
yasəti. Bakı, 2015.
9. “Olaylar” qəzeti, 2009-cu il, 14 aprel.