M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
60
Tünzalə ÜZEYİROVA
Bakı Dövlət Universiteti,
Tarix fakultəsi, II kurs tələbəsi
E-mail:meherrem.uzeyirov@mail.ru
I TÜRKOLOJİ QURULTAY
VƏ ATATÜRKÜN DİL SIYASƏTİ
Elmi rəhbər: Səidə QULİYEVA
Tarix üzrə fəlsəfə doktoru,
Tarix fakultəsinin
böyük elmi işçisi
Açar sözlər: Türkoloji qurultay, Türkiyə, Atatürk, hərf inqilabı,
dildə sadələşdirmə hərəkatı, dil siyasəti
1926-cı il Bakı Türkoloji Qurultayı türkologiyanın inkişafı,
dil və əlifba mövzusunda radikal qərarların alınması, Türkiyə-SSRİ
əlaqələrinin gedişatı baxımından önəmlidir. XX əsrin əvvəlində
türk dünyasında dil quruculuğu, əlifba islahatı ilə bağlı gedən pro-
seslərə yeni elmi-siyasi yanaşma müzakirələrin birbaşa obyektini
təşkil etmişdi. Qurultaya qatılan 131 nümayəndədən 93-ü türksoy-
lu xalqlara mənsub idi. SSRİ-nin Azərbaycan, Tatarıstan, Başqır-
dıstan, Orta Asiyanın türk dövlətlərinin ərəb qrafikasından latın
qrafikasına keçməsinə şərait yaratmasında məqsəd yalnız türk mil-
lətlərini maarifləndirmək ola bilməzdi. Bu məsələdə dövlətin baş-
lıca məqsədi türksoylu xalqları SSRİ-dən xaricdə yaşayan türklər-
dən ayırmaq olmuşdur.
Qurultayla Atatürkün islahatları arasındakı əlaqədən az bəhs
olunsa da, fikrimizcə, Türkiyədə yazı inqilabının sürətlə həyata
keçirilməsində,
dil məsələlərinin həllində, türkoloji araşdırmalarda
qurultayın təsirini danmaq olmaz. Cümhuriyyətin ilk illərindən
Türkiyənin türkologiyanın mərkəzi olması qarşıya qoyulmuşdu.
Bu məqsədlə 1924-cü ildə Türkiyat İnstitutu qurulmuş və İstan-
bulda Türkoloji Qurultayın təşkili istənilmişdi. Bu tarixi hadisə
Türkiyə ilə SSRİ arasında örtülü rəqabətə səhnə olmuşdu. SSRİ-
nin məqsədi tərkibindəki türk xalqlarının yazı qrafikasını dəyiş-
M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
62
miyyətdə fikir ayrılıqlarına səbəb olmuşdur. İnqilabın gedişindən
narazı qüvvələr olsa da, islahatın həyata keçirilməsi davam etdiril-
mişdir. İndiki dövrdə də Atatürkün dil islahatının yanlış olduğunu,
islahatın türkləri İslam dünyasından uzaqlaşdırdığını söyləyənlər
var. 2014-cü ilin sonlarında osmanlıcanın orta məktəblərdə öyrə-
dilməsi mövzusunda TBMM-də müzakirələr olmuşdur.
Bakı Türkoloji Qurultayı türkçülük hərəkatına qarşı atılan
bir strateji addım kimi də dəyərləndirilə bilər. Qurultay SSRİ tərə-
findən türk xalqları arasında uçurum yaratmaq üçün təşkil edilmiş,
lakin Türkiyənin də qısa zamanda qrafikanı dəyişməsi gözlənil-
məz həmlə olmuşdur.
ƏDƏBİYYAT
1. Faiq ƏLƏKBƏROV.
90 il öncə Bakıda Türkoloji Qurultayın
keçirilməsinin sirri /
Türküstan qəzeti, Bakı, 2016, səh.6.
2.
Güneş-Dil Teorisi Üçüncü Türk Dil Kurultayı`nda /
Türkler
Ensiklopedisi.18-ci cild. Ankara, 2002, səh.40.
3. Mustafa ORAL.
Türkoloji Tarihində 1926 Bakü Türkiyat
Konqresi.
Akdeniz Universitesi, Türkiyə /
http://dergipark.ulakbim.gov.tr/tdded/article/viewFile/5000132319
/5000121169
4. Pərvin MƏMMƏDOVA.
Atatürkün dil siyasəti. Bakı, 2004.
5. Seda Bayındır ULUSKAN.
Atatürk`ün sosyal ve kültürel politi-
kaları. Ankara, 2010.
______________________