M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
107
daşıyan “Ürvətül-vüska” dini-siyasi təşkilat 1929-cu ildə yaranmış,
Azərbaycanın şimal rayonlarına da öz təsirini yaymış, hətta kom-
munistləri belə öz sıralarına cəlb edə bilmişdi.
Sənədlərdə Türkiyədə fəaliyyət göstərən Azərbaycan siyasi
mühacirəti ilə gizli əlaqələrdə olmuş “Azərbaycan Milli Mərkəzi”,
“Türk mühəbbi”, “Xalq Azadələri Firqəsi” və “Allahlılar təşkilatı”-
nın da Azərbaycandakı antisovet üsyanların
təşkilində mühüm rolu-
nun olduğu göstərilirdi.
Həmin vaxtı sovet hökuməti yaxın münasibətlərdə olduğu
Türkiyə hökumətinə müraciət edərək mühacirlərin Sovet hökuməti
əleyhinə apardıqları təbliğatlara son qoymağı tələb etmişdi. Nəticə-
də Türkiyəni tərk etmək məcburiyyətində qalmış Azərbaycan mü-
hacirləri XX əsrin 30-cu illərin əvvəllərindən etibarən fəaliyyətləri-
ni ayrı-ayrı Qərbi Avropa ölkələrində davam etdirmək məcburiyyə-
tində qalmışdılar.
ƏDƏBİYYAT
1. İbrahimli X. Azərbaycan siyasi mühacirəti. Bakı, Elm, 1996
2. Qasımlı M. Azərbaycan türklərinin milli mücadilə tarixi. 1920-
1945
3.Qasımov C. Yaddaşın bərpası. Bakı, 1999
______________________
Sona HƏSİLOVA
Bakı Dövlət Universiteti,
Tarix fakultəsi, Regionşünaslıq (Türkiyə üzrə)
ixtisası üzrə magistrant
E-mail: Sonya.hesilova@mail.ru
ATATÜRK DÖNƏMİNDƏ TÜRK XARİCİ SİYASƏTİ
Elmi rəhbər:
Əsməd MUXTAROVA
Bakı Dövlət
Universitetinin professoru
Açar sözlər: Atatürk, Türkiyə, xarici siyasət, diplomatik uğurlar,
dünyada barış
Atatürk türk xalqının böyük tarixi şəxsiyyətlərindən biridir.
O, dövlət başına hazıra - nazir gəlməmiş, məhv olmaqda olan tor-
paqdan gülüstan yaratmışdır. Atatürk hərb meydanında olarkən
M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
108
düşmənlə necə mübarizə aparmağı gözəl öyrənmiş və hərb zamanı
istifadə olunan taktikaları siyasətdə də yetərli şəkildə ustalıqla
tətbiq etmişdir.
Atatürkün birbaşa səyləri nəticəsində 1923-cü ildə cümhu-
riyyət yaradıldıqdan sonra müstəqlliyin o qədər də sağlam olma-
yan dayaqlarını möhkəmləndirməyə ehtiyac vardı. O zamanlar
zəif orduya malik olan Türkiyə üçün əsas xilas yolu düşünülmüş,
ağıllı diplomatiya olmalı idi.
Atatürk ilk olaraq xarici siyasətin təməl qanunlarını
irəli sür-
dü; təhlükəsizlik siyasəti, qərbçilik, ağıl yolu, gerçəkçilik, müstə-
qillik, sülhpərvərlik idi. Atatürkün “Yurdda sülh, cahanda sülh”
devizi sülhpərvərlik qanununa əsaslanmışdır.
Atatürk, dünya və bilavasitə Avropadakı hadisələri diqqətlə
dəyərləndirərkən yeni bir dünya savaşının olacağını illər öncə gö-
rə bilmişdir. Almaniyada Nasist partiyasının iqtidara gəldiyi, İtali-
yanın Ağ dənizdə və Balkanlarda genişlənmə cəhdi güddüyü və
Avropa dövlətlərinin silahlanma yarışına girdikləri dönəmdə Ata-
türk dünya barışını təhdid edən bu hadisələrlə birlikdə İkinci Dün-
ya müharibəsinə gedən mərhələni peşəkarlıqla izləmiş, regional
əməkdaşlığı sürətləndirmişdir. Bu çərçivədə, 9 fevral 1934-cü il ta-
rixində Yunanıstan, Rumıniya və Yuqoslaviya ilə Türkiyə arasında
Balkan Antantası, 8 iyul 1937-ci ildə Türkiyə, İran, İraq və Əfqa-
nıstan arasında Sədabad paktı imzalanmışdır. Beləliklə, dünyanın
yeni bir kütləvi müharibəyə sürüklənməkdə olduğu bir dönəmdə
Türkiyə həm qərb həm də şərq tərəfdən təhlükəsizlik və güvən tə-
min edilməsinə yönəlmiş addımlar atmış, İkindi dünya müharibə-
sində yeritdiyi bitərəflik siyasəti üçün zəmin hazırlamışdır.
Atatürk dönəmi Türkiyə xarici siyasəti çox rəngarəng gö-
rüntüyə malik olmuşdur. 1923-1932-ci illər dönəmində türk xarici
siyasətinin belə qruplaşdıra bilərik; Türk-Yunan münasibətləri
etabli problemi (əhalinin mübadiləsi problemi), Türk – Sovet mü-
nasibətləri, Türk – İtalyan münasibətləri, Türk – Fransız münasi-
bətləri, Türkiyənin İslam ölkələri ilə münasibətləri, Türk – İngilis
münasibətləri, Türk – Alman münasibətləri.
M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
109
Türkiyə 1932-ci ildə Millətlər Cəmiyyətinə daxil olmuşdur.
1935-ci ildə İtaliyanın Həbəşistana hücum etməsi, Türkiyəni
1936-ci ildə Ağ dəniz Paktına qoşulmasına rəvac vermişdir.
İkinci dünya müharibəsi zamanı Avropa, Almaniya və SSRİ
ilə münasibətlərini davam etdirmişdir. Ancaq müharibənin yaxın-
laşdığı dövrdə Türkiyə Lozannada Boğazlar üçün qəbul
edilən sta-
tusun dəyişməsi üçün hərəkətə keçmiş və böyük bir diplomatik
uğurla 20 iyul 1936-cı ildə Montredə imzalanan andlaşma ilə Bo-
ğazlarda tam suverenlik elan etmişdir.
Atatürk xarici siyasətdə daima gerçəkçi davranmışdır. Dina-
mikdir, gözü itidir lakin, macəracı deyildir. 1923-cü ildə Arifiyədə
çıxışı zamanı “Biz özümüzü bilən kimsələrik. Olmayacaq istəklə-
rimiz yoxdur” demişdir. 1931-ci ildə Balkan konfransında müha-
ribəni insanlıqdan kənar gördüyünü belə ifadə etmişdir: “İnsanları
məsud edəcəyəm deyə onları bir-birinə boğazlatmaq qeyri-insani
və son dərəcədə təəssüf doğuran bir sistemdir”.
1937-ci ildə Rumıniya xarici işlər
naziri Antoneskuya dediyi
bu sözlər isə dünyadakı sülhün önəmini vurğulamaqdadır. “İnsan
mənsub olduğu millətin varlığını və səadətini düşündüyü qədər,
bütün dünya millətlərinin səadətinə xidmət etmək üçün əlindən
gələni etməlidir. Dünyada və dünya millətləri arasında sabitlik və
yaxşı keçinmək olmazsa, bir millət özü üçün nə edərsə etsin hü-
zurdan məhrum olacaqdır.... Ən uzaqda zənn etdiyimiz hadisənin,
bizə bir gün təmas etməyəcəyini bilə bilmərik. Bunun üçün bəşə-
riyyətin hamısını bir bədən və hər milləti bunun bir üzvü kimi
dəyərləndirmək olar”.
ƏDƏBİYYAT
1. http://www.mfa.gov.tr/ataturk-doneminde-turk-dis-
politikasi.tr.mfa
2. http://www.turkfederasyon.com/index.php/uelkuecue-
hareket/atatuerk/atatuerk-doenemi
3. http://torpil.org/egitim/lise-konulari/tarih/hhezc/ataturk-
doneminde-turkiyenin-dis-politikasi.html
4. http://www.atam.gov.tr/dergi/sayi-56/ataturk-donemi-turk-dis-
politikasi