M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
114
nin köməyilə Şimali Koreya və Amerikanın köməyilə Cənubi Ko-
reya arasında gedən bu qarşıdurmada uyğun olaraq kommunizm
və liberalizm hökm sürürdü. Bəs nəyə görə bu iki qütb soyuq mü-
haribəni bu cür yollarla davam etdirirdi. Birinci səbəb o idi ki, hər
iki tərəf nüvə silahına malik idi. Nüvə silahı isə gücün limiti de-
mək idi. Beynəlxalq münasibətlərdə bu bir aspektdir ki, bərabər
güclər heç vaxt bir- birinə qarşı müharibə etmir, sadəcə əlindəki
vasitələrlə qorxutmağa çalışır. Soyuq müharibə bitdikdən sonra,
artıq qütblər bölündüyündən, Türkiyə SSRİ qütbündə idi. Sovet İt-
tifaqı Avropa ərazisində, Qərb tərəf isə SSRİ ərazisində özünə
müttəfiq axtarırdı. Belə ki, müharibə bitən kimi Avropa birliyi
yaradıldı. Bu iqtisadi bir birlik idi.
Birinci dünya mühribəsindən sonra çox hissədə torpaq sahə-
si itirən Osmanlı imperiyası süqut etdi. Lakin tez bir zamanda to-
parlanaraq Türkiyə dövləti qurmağı bacardı. Türkiyə dövləti isə
əslində Avropa kimi liberal dövlət qurmaq istəyirdi. İkinci dünya
müharibəsi dövründə neytral mövqe tutan Türkiyə, müharibədən
sonra idealogiyasına zidd olduğuna görə SSRİ-yə qoşulmaq istə-
mirdi. Amma məlum idi ki, Qərbdən dəstək gəlmədiyi təqdirdə,
Türkiyə SSRİ-yə qoşulmaq istəməsə belə, kommunizm öz təsirin
burda da göstərəcəkdi. Bu məqamda da təbii ki, Avropaya SSRİ-
nin yaxınlığında olan müttəfiq lazım idi. Beləliklə, Avropa Türki-
yənin kommunizmə qarşı dura bilməsi üçün ilk olaraq Truman
planıyla hərbi yardıma başladı. Bunun ardınca da Türkiyəni
NATO-ya qəbul etdi. NATO-ya üzv olmanın gətirdiyi ən müsbət
cəhətlərdən biri o idi ki, NATO üzvlərindən hər hansı birinə edil-
miş hücum, bütün üzvlərə edilmiş hücum sayılırdı. Yəni, Türkiyə
artıq NATO-nun üzvü olduğuna görə, gələcəkdə ona qarşı edilmiş
hər bir hücum, Avropaya edilmiş hücum sayılacaqdı. Beləliklə,
SSRİ ilə Türkiyə arasında bir-birinin işinə qarışmamaq şərtilə
əməkdaşlıq yarandı. SSRİ-nin əsas narahatçılığı Türkiyənin bu
ərazidə nüfuzunun çox olması ilə bağlı idi.
Günümüzə nəzər yetirsək, Avropa hal-hazırda Türkiyəni
Avropa Birliyinə qəbul etmir. Vaxtilə NATO-ya qəbul
etmələrinin
səbəbi isə SSRİ yaxınlığında olan bir müttəfiqə ehtiyac duyduqla-
M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
115
rına görə idi. Və bunun bu günə qədər Türkiyə üçün ən müsbət cə-
həti budur ki, Türkiyə artıq öz təhlükəsizliyini sığortalayıb.
ƏDƏBİYYAT
1. Prof. Dr. Türkkaya Ataöv.
Amerika, NATO və Türkiyə. İleri
Yayınları, İstanbul, 2006.
2. Edip F. Çelik.
Milletlerarası Hukuk. İstanbul, Üniversite Yayı-
nı, 1962.
3. Seha L. Melay.
Devletler Hukukuna Giriş. C. II, 1.B. Ankara,
S.B.F.
______________________
Tahir BİLALOV
Bakı Dövlət Universiteti,
Tarix fakültəsi, II kurs tələbəsi
E-mail: tbilalov13@gmail.com
TÜRKİYƏ DEMOKRAT PARTİYASI DÖVRÜNDƏ
Elmi rəhbər: Sevinc RUİNTƏN
Bakı Dövlət
Universitetinin dosenti
Açar sözlər: Demokrat Partiyası, Milli şef, Adnan Menderes, NATO,
türkcə azan,
hərbi çevriliş
İkinci dünya müharibəsi qərbin demokratik rejim tərəfdarı
dövlətlərin qələbəsi ilə nəticələndi. Nəzərə almalıyıq ki, Türkiyə
də avtoritar rejimə daha yaxın dövlət idi. Türkiyə artıq qalib döv-
lətlərlə yaxınlaşmalı idi və bunun üçün də demokratik rejimə keç-
məli idi. İsmət İnönü istəməsə də çoxpartiyalı sistemə keçidə şə-
rait yaratmağa başladı. Atatürk dövründə çoxpartiyalı sistemə keç-
məyə edilən uğursuz cəhdlərdən sonra artıq gerçək müxalifət ya-
ranır. CHP sədri ilə yaşanan qalmaqaldan sonra 1946-cı ildə Cəlal
Bayarın rəhbərliyi ilə Demokrat Partiyasının əsası qoyulur. İki
partiya arasında tez-tez sözlü münaqişələr yaşanır, Türkiyə yeni
bir anlayışla, müxalifətlə anlayışı ilə tanış olurdu. Əslində bu iki
partiya o qədər də bir-birinə zidd deyildi. Çünki DP-nin qurucuları
da Atatürkün silahdaşları idilər, həm də Cəlal Bayar Atatürk döv-
ründə nazir vəzifəsi də tutmuşdu. İnönü özü də DP ilə gərginliyin
yaranmasının əleyhinə idi. Bunun nəticəsi kimi DP-yə qarşı radi-
kal mövqe tutan bir qrup şəxs CHP-dən uzaqlaşdırıldı. DP-nin