M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
122
problemini başladan yunan tərəfi, həll planlarına “xeyr” deyən yu-
nan tərəfi, amma biz embarqolar altındayıq”, - söyləyib.
Yuxarıda deyilənlərdən bu nəticəyə gəlmək olar ki, proble-
min səbəbkarı, təqsirkar tərəf Yunanıstandır. Adanın türk xalqı
münaqişənin həlli istiqamətində əlindən gələni etsə belə yunanlar
münaqişənin həllində maraqlı deyil.
Fikrimcə, Dünya ikili standartlardan əl çəkməli, Türkiyəni
Avropa Birliyinə qəbul еtməli, Kiprlə bağlı BMT, AB, ABŞ və
Rusiya öz sözünü dеməli, Kipr Türklərinə tətbiq еtdikləri еmbar-
qoları götürməli, Kiprin hava yolları və limanları istifadəyə açıl-
malı, Kiprin Türk hissəsinə maliyyə yardımları еdilməli, Kipr
Türkləri ödüllənməli, bir sözlə, dünya ŞKTC-nə qucağını açmalı,
vеrdiyi sözə əməl еtməlidir.
ƏDƏBIYYAT
1. Osmanlı idaresində Kıbrıs (Nüfuzu-Arazi dağılım ve Türk
Vakıfları). T.C. Başbakanlıq Devlet
Arşivleri Genel Müdürlüğü
Yayını, № 43, Ankara 2000.
2. Fikret Kürşad,
Mustafa Haşim Altan, Sabahattin Egeli.
Belgelerle Kıbrısta Yunan imperalizmi. «Kutsun» Yayın evi,
Haziran, 1978.
3. Gazioğlu Ahmet. Ingilis Idaresinde Kıbrıs 1878-1960. Statü ve
Anayasa meseleleri, Istanbul, 1960.
4. Çay Abdulhaluk Mehmet. Kıbrısta Kanlı Noel – 1963. Türk
Kültürünü Araştırma Enstitüsü Yayınları, Ankara 1989.
5. Yusuf Gedikli. Kıbrısta en uygun çözüm nedir? Istanbul,
Haziran, 2003.
6. Salahettin Halilov. Doğu-Batı: Ortak bir ideale doğru. Istanbul
«Mefkure» Yayınları, Ekim, 2006.
7. «Yeni Batı Trakya» dergisi. Aylık aktüel,
tarih ve kültür dergi-
si. Yıl 7, kasım 1989. 80 ve Yıl 8, sayı 89, Agustos 1990 yıl
sayları.
8. Mustafa Evran. «Dağlıq Qarabağ münaqişəsi ilə Kipr problemi-
ni müqayisə edənlərin niyyəti хoş deyil». «Paritet» qəzeti. №04
(890) 14-16 yanvar.
9. Sübhan Talıblı. Avropa ilə Yaхın Şərqin körpüsü. «Palitra»
qəzeti, № 131(856) 23 noyabr 2005.
M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
123
10. Sübhan Talıblı. Dünyanın həll olunmuş problemlərindən biri.
«Vətəndaş Həmrəyliyi» qəzeti. № 01(408) 8-11 yanvar 2006.
11. Sübhan Talıblı. Kipr problemi müasir
beynəlхalq münasibətlər
sistemində. «Gənc Hüquqşünas» Ictimai-Hüquq jurnalı, № 04
(17). Bakı, aprel 2006.
12. Menter Şahinler. Türkiyenin 1974 Kıbrıs siyaseti. Istanbul, 1979
13. Vehbi Z. Serter. Kıbrıs türk mücadele tarihi. Lefkoşa, 1975
14. Vehbi Z.Serter. Kıbrıs ve 1974 barış hareketi. Lefkoşa, 1976
15. Bekir Günay. Avrupadan Asyaya Sorunlu Türk Bölgeleri.
Istanbul, «IQ Kültürsanat Yayınçılıq», Mayıs, 2005.
______________________
Yamən ABDULLAYEVA
Bakı Dövlət Universiteti,
Regionşünaslıq (Türkiyə üzrə) ixtisası üzrə
II kurs magistrant
E-mail: yamen_abdullayeva@mail.ru
CÜNÜMÜZDƏ TÜRKIYƏNIN QAFQAZ SIYASƏTI
Elmi rəhbər: Sevinc RUİNTƏN
Bakı Dövlət
Universitetinin dosenti
Açar sözlər: Türkiyə, Cənubi Qafqaz, təhlükəsizlik, ərazi bütövlü-
yü, sülhün qorunması, xarici siyasət, dövlətlərarası münasibətlər
Qafqaz, Mərkəzi Asiya və Xəzər hövzəsi regionunun mühüm
geosiyasi oyunçulardan olan Türkiyə regiondakı mövqelərini günü-
gündən möhkəmləndirməkdədir. Sovet İttifaqı dövründə bölgədəki
prosesləri yalnız öz maraqları deyil, həm də NATO-nun mənafeyi
prizmasından izləyən Türkiyə, hazırda NATO maraqlarının müda-
fiəçisi rolundan bir qədər uzaqlaşaraq öz geosiyasi mənafelərinə
diqqət yetirməyə başlayıb. Qərbin təzyiqlərinə baxmayaraq, Tür-
kiyənin hələ də Ermənistanla münasibətlər qurmaması da bu müs-
təqil siyasətin göstəricisidir.
Bununla yanaşı, ABŞ-ın Cənubi Qafqaz, Xəzər və Mərkəzi
Asiyada aktivləşməsi və bölgədə hərbi iştiraka nail olması Türki-
yənin maraqlarına cavab verir. Çünki Ankara ABŞ-ın bu geosiyasi