M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
119
gəncələrə dözməyib intihara əl atırlar. Əlbəttə, əksəriyyət hallarda
qadına qarşı zorakıllığ onun həyat yoldaşı tərəfindən törədilir. Ər
tərəfindən qayğı əhatəsində olan qadın xoşbəxt qadındır.
Keçmişdə bir müsəlman insan öz həyat yoldaşı ilə boşan-
maq istəyir və onun dostları bunun səbəbəbini soruşurlar. Qadının
hansı xüsusiyyətinə görə onunla boşanırsan? Kişi cavab verir:
mən öz həyat yoldaşımın dalınca danışa bilmərəm, çünki o mənim
həyat yoldaşımdır. Bir müddət keçir. Həmin insanın yoldaşları on-
dan soruşdular: sən evli olanda boşanmağının səbəbini demədin,
indi artıq boşanmısan və deyə bilərsən xanımınla hansı xususiyyə-
tinə görə boşandın? Kişi cavab verir: mənim keçmiş həyat yolda-
şım artıq ayrı bir kişinin həyat yoldaşıdır, mən özgəsinin xanımı
barəsində heç nə deyə bilmərəm. Əgər bu cür kişilər çox olsa, qa-
dına qarşı zorakıllığ da olmaz.
Din insanın taleyində çox mühüm yer tutur. İSLAM dini in-
sanı gözəl rəftara, əxlaqa, səbrə, hörmətə, mənəvi dəstəyə, bağış-
lamağa və mərhəmətə öyrədir. Mühəmməd Peyğəmbərimiz
(ALLAHIN ona salamı və salavatı olsun) buyurub: “Əgər heç nə-
dən utanmırsansa, nə istəyirsən et”. Əgər insan öz hərəkətlərindən
utanırsa, heç kəsə pislik etməz.
Utanmaq və hörmətlə uşaqlarla, qadınlarla və yaşlılarla dav-
ranmaq zəiflik deyil. Utanmaq tərbiyyədir, əxlaqdır, ALLAH qarşı-
sında qorxudur. Qadınlarla yaxşı davranın (Sürə 2 Əl-Bəqərə (İnək)
ayə 228). Mühəmməd peyğəmbərimiz (ALLAHIN ona salamı və
salavatı olsun) buyurub: “Qadınla məsləhətləşməmiş onu ərə ver-
mək olmaz, qızı isə onun razılığı olmadan ərə vermək olmaz” (Sa-
hih Al-Buxari hissə 5, səh.1974, N 4843). “Əgər həyat yoldaşlar
bir-birlərinə sevgi ilə baxırlarsa, onda ALLAH da onlara sevgi ilə
baxır”.
ƏDƏBİYYAT
1. Türkiyə Cümhuriyyətinin mülki qanunlar kulliyatı maddə 143,
149-151, 192, 195.
2. Üsküdarlı Hanımlar Hayatın İçinde.
Üsküdar Belediyesi
Başkanlığı - 2008 (jurnal).
3. Quran.
M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
120
4. Hədislər toplusu: Sahix Al-Buxari.
5. Hədislər toplusu: Muslim 1468.
6. Hədislər toplusu: Sahix Ət-Tirmizi 1188.
______________________
II Bölmə
T
ÜRKIYƏ BEYNƏLXALQ MÜNASIBƏTLƏR SISTEMINDƏ
Fəridə ƏLİYEVA
Bakı Dövlət Universiteti,
Tarix fakültəsi, III kurs Sabah tələbəsi
E-mail: feride.eliyava@yahoo.com
KİPR PROBLEMİ VƏ TÜRKİYƏ
Elmi rəhbər: Sevinc RUİNTƏN
Bakı Dövlət
Universitetinin dosenti
Açar sözlər: Türkiyə, Yunanıstan, beynəlxalq əlaqələr, enosis si-
yasəti,
Kipr problemi
Bəşəriyyətin və türk dünyasının önəmli problemlərindən biri
olan Kipr problemi Fələstin və Kəşmir problemindən sonra dün-
yadakı üçüncü böyük problemdir. Strateji gərəyi, Avropaya yaxın-
lığı və AB-nin maraq dairəsində olması bu günə qədər bu proble-
mi gündəmdən düşürməyib. Kipr mövzusunu aktual edən başlıca
amillərdən biri - onun təkcə adanın tarixi üçün deyil, həm də ümu-
mən Aralıq dənizi bölgəsinin tarixi üçün əhəmiyyəti ilə bağlıdır.
XX yüzilliyin yaşıdı olan problem Yunanıstanın “ENOSİS”
siyasətinin elan etdiyi vaxtdan başlanır. Ada 1571-ci ildə Osmanlı
dövləti tərəfindən fəth edildi. 1878-ci ilədək Osmanlı imperatorlu-
ğunun idarəsində olmuşdur. Bu dövr ərzində Anadolu yurdların-
dan xeyli sayda türklər Kiprə köçərək orada məskunlaşmış, nəsil-
lər artırmışdır. Osmanlı dövləti 1878-ci ildə adanı İngiltərəyə ica-
rəyə verir. 1918-ci ildə yunanlar Ortodoks tərəfindən dəstəklənən
“Enosis” hərəkatına başlayırlar. Birinci Dünya Müharibəsində Os-
manlı dövlətinin məğlubiyyəti İngiltərənin 5 noyabr 1914-cü ildə