MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə152/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   149   150   151   152   153   154   155   156   157

____________________________________________ 

497


 

161. Yeni Azərbaycan Partiyası (YAP) - Azərbaycanda ən kütləvi-siyasi partiya. 

YAP 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində təsis edilib. 81 rayon və 5 minə 

yaxın ilk partiya təşkilatında birləşən 180 min üzvü var. Partiyada Gənclər Birliyi və 

Qadın  Şurası  fəaliyyət göstərir. Parlamentdə 73 deputatla təmsil olunur. YAP 

Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsində, ölkəmizdə 

demokratik hüquqi və dünyəvi dövlət qurulmasında və iqtisadi-siyasi islahatların 

həyata keçirilməsində fəal iştirak edir. YAP ölkəmizin ictimai-siyasi həyatında aparıcı 

qüvvədir. YAP-m təsis konfransında (1992) o vaxt Naxçıvan Muxtar Respublikası Ali 

Məclisinin sədri işləmiş mərhum prezidentimiz Heydər Əliyev yekdilliklə partiyanın 

sədri seçilmişdi. - 262-292. 

 

162. Surət Hüseynov, Hüseynov Surət Davud oğlu (d.1959) - 1993-94-cü illərdə 

Azərbaycan Respublikasının baş naziri olmuşdur. 1994-cü ilin oktyabrında 

Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı yönəlmiş çevriliş cəhdinə rəhbərlik 

etmişdir. - 280. 

 

163. Bill Klinton, Uilyam Ceferson Blayd (d.1946) - ABŞ-ın siyasi və dövlət 

xadimi. ABŞ-ın 41-ci prezidenti (1992-2000). Klinton xarici siyasətində SSRİ 

dağıldıqdan sonra yeni müstəqillik qazanmış dövlətlərlə, o cümlədən Azərbaycan 

Respublikası ilə münasibətlərin yaxşılaşdırılmasına mühüm əhəmiyyət vermişdir. - 

286,289,290,382. 

 

164. Polad Bülbüloğlu (d.1945) - bəstəkar, müğənni, ictimai və dövlət xadimi. 

Azərbaycan Respublikasının xalq artisti. TÜRKSOY Beynəlxalq Təşkilatının Baş 

direktorudur. Mahnıları 1960-70-ci illərdə SSRİ  məkanında məşhur estrada 

müğənnilərinin ifasında səslənmişdir. 1988-ci ildən Azərbaycan Respublikasının 

mədəniyyət naziridir. 

Polad Bülbüloğlu 2002-ci ildə MDB ölkələri mədəniyyət nazirlərinin mədəni 

əməkdaşlıq üzrə Şurasının sədri seçilmiş, "2001-ci ildə Türk dünyasına xidmətlərinə 

görə" TÜRKSAV mükafatı laureatı olmuşdur. - 296. 

 

165. Azərbaycan Dövlət Opera və Balet Teatrı - Respublikanın  ən böyük 

musiqi teatrı. Azərbaycan XKS-nin 1920-ci il 1 iyul tarixli qərarı ilə Birləşmiş Dövlət 

Teatrı  tərkibində opera truppası kimi yaradılmışdı. 1924-cü ildə opera truppası bu 

teatrdan ayrılaraq müstəqil opera və balet teatrına çevrilmişdir. 1928-ci ildə teatra 

M.F.Axundovun adı verilmişdir. 1959-cu ildən Akademik Opera və Balet Teatrı 

adlanır. - 293,303. 

 

166.  İrina Arxipova, Arxipova  İrina Konstantinovna (d.1925) - rus müğənnisi. 

SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Beynəlxalq Musiqi Xadimləri 

İttifaqının prezidenti. Dövlət və Lenin mükafatları laureatı. - 294. 

  

 

 



 

 


____________________________________________ 

498


 

167.  Ələsgər  Ələkbərov,  Ələkbərov  Ələsgər Hacağa oğlu (1910-1963) - 

görkərmli Azərbaycan aktyoru. Azərbaycan və SSRİ xalq artisti. 1933-cü ildən 

ömrünün sonunadək Azərbaycan Milli Dram Teatrında işləmişdir.  Ələkbərovun 

yaradıcılığı Azərbaycan teatrının inkişafında mühüm rol oynamışdır.  Ələkbərov 

həmçinin Azərbaycan kinosunun görkəmli aktyorlarındandır. -303. 

 

168.  İsmayıl Hidayətzadə, Hidayətzadə İsmayıl Hüseyn o ğ 1 u (1901-1951) ~ 

Azərbaycan aktyoru, rejissor və teatr xadimi. Azərbaycanın xalq artisti. Hidayətzadə 

istedadlı aktyor olmaqla yanaşı, həmçinin görkəmli rejissor idi. O, 1937-ci ildən 

ömrünün sonuna qədər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş 

rejissoru vəzifəsində çalışmışdır. - 303. 

 

169. Rüstəm Mustafayev, Mustafayev Rüstəm Məmməd o ğ 1 u (1910-1940) - 

Azərbaycan teatr rəssamı. Azərbaycan realist teatr-dekorasiya sənətinin 

yaradıcılarından biri. 1933-38-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Milli Dövlət 

Dram Teatrının baş rəssamı olmuşdur. - 303. 

 

170. Firəngiz  Əhmədova,  Əhmədova Firəngiz Yusif qızı (d.1928) - görkəmli 

Azərbaycan müğənnisi, SSRİ xalq artisti. F.Əhmədova Azərbaycan, rus və  Qərbi 

Avropa bəstəkarlarının operalarında müvəffəqiyyətlə  çıxış edir. O, kamera-vokal 

əsərlər ifaçısı kimi də məşhurdur. - 304. 

 

171. Rauf Abdullayev, Abdullayev Rauf Canbaxış oğlu (d. 1937) - Azərbaycan 

dirijoru. Rauf Abdullayev Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik 

Orkestrinin bədii rəhbəri və baş dirijorudur. Azərbaycan Respublikasının xalq 

artistidir. Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif edilmişdir. - 307. 

 

172. Tehran - İranın paytaxtı. Ölkənin əsas siyasi, iqtisadi, ticarət-maliyyə və 

mədəniyyət mərkəzi. Mərkəz ostanının inzibati mərkəzi. Tehranın əsası IX əsrdə Rey 

şəhərinin yyaxınlığında qoyulmuşdur. XIII əsrdə monqollar Reyi dağıtdıqdan sonra 

Tehran böyüməyə başladı. 1785-ci ildə  İranın paytaxtı elan edilmişdir. - 309,312-

386,426. 

 

173.  İslam Konfransı  Təşkilatı,  İslam Konqresi Təşkilatı - 1969-cu ildə 

yaradılmışdır. Müsəlman ölkələrinin çoxunu və  Fələstin Azadlıq Təşkilatını 

birləşdirir. Nizamnaməsinə görə  İslam Konfransı  Təşkilatının fəaliyyətı 

müsəlmanların həmrəyliyinin möhkəmlənməsinə, üzv-dövlətlər arasında əməkdaşlığa 

yönəldilmişdir.  İqamətgahı Ciddədədir. (Səudiyyə  Ərəbistanı) Azərbaycan 1991-ci 

ildən İKT-nın üzvüdür. - 309-386. 

  

 



 

 

 



 

 

 




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə