MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə151/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   147   148   149   150   151   152   153   154   ...   157

____________________________________________ 

494


 

 

 



137.  "Pennzoyl"  - neft və  təbii qaz ehtiyatlarının kəşfiyyatı, istismarı, sürtkü 

yağlarının istehsalı  və satışı ilə  məşğul olan şirkət. 1989-cu ildə yaradılmışdır. 

Mərkəzi ofisi ABŞ-ın Hyüston şəhərindədir. 10 min işçisi var. 

"Pennzoyl"  şirkəti Azərbaycanda 1992-ci ilin əvvəllərindən fəaliyyət göstərir.-

181,428,429,434. 

 

138.  "Yunokal"  - neft şirkəti. 1980-cı ildə ABŞ-ın Santa-Paula şəhərində 

"Kaliforniya neft şirkəti"  adı ilə yaradılmışdır. "Yunokal"  Azərbaycanda fəaliyyət 

göstərən ilk beynəlxalq neft şirkətlərindəndir. -181. 

 

139.  "Eksson"  - dünyada ən iri və  ən qocaman sənaye müəssisələrindən biri. 

Mənzil-qərargahı Texas ştatının Dallas şəhərində yerləşir. 1882-ci ildə Con Rokfeller 

tərəfindən yaradılmışdır. Hazırda dünyanın 90-dan çox ölkəsində  fəaliyyət göstərir. 

Korporasiyada 95 min adam işləyir. 18 ölkədə yerləşən 30 neftayırma müəssisəsinin 

tam və ya şərikli sahibidir. -181. 

 

140.  "LUKoyl"  - neft şirkəti. 1993-cü ildə Rusiya Federasiyası hökumətinin 

qərarı ilə yaradılmışdır. Nəhəng sənaye-maliyyə kompleksinə malik olan " LUKoyl"  

şirkəti Rusiya, MBD və dünyanın bir çox ölkələrində neft məhsullarının satışı, emalı, 

hasilatı  və  kəşfıyyatı ilə  məşğul olur. Şirkət 1993-cü ildən Azərbaycanda fəaliyyət 

göstərir. - 182. 

 

141.  "Statoyl"  şirkəti - Norveçin "Statoyl"  şirkəti 1972-ci ildən fəaliyyət 

göstərir.  Şirkət  Şimal dənizinin Norveç sektorunda ən iri neft-qaz istehsalçısıdır. 

Hazırda dünyanın 19 ölkəsində neftin kəşfiyyatı, çıxarılması və emalı ilə məşğul olur. 

Şirkət 1994-cü ildən Azərbaycan neft layihələrində fəal iştirak edir. - 182 

 

142.  "İtoçu"  şirkəti - Yaponiyanın "İtoçu" korporasiyası 1958-ci ildə 

yaradılmışdır. Dünyanın 176 ölkəsində şirkətləri və firmaları var. "İtoçu" 1996-cı ilin 

avqustundan Bakıda fəaliyyət göstərir. - 182. 

 

143.  "Türk petrolları", Türkiyə petrolları A.O. - 1954-cü ildə Türkiyənin neft və 

qaz sənayesinin inkişafı üçün yaradılmışdır. Karbohidrogen istehsalı  və emalı 

sahəsində Türkiyənin ən böyük şirkətidir. TRAO hazırda MDB, Şimali Afrika və Orta 

Şərqdə fəaliyyət göstərir. Azərbaycana gələn ilk xarici neft şirkətlərindəndir. - 182. 

 

144. Ceyhan limanı - Aralıq dənizi sahilində liman. Uzunluğu 1695 km olacaq 

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi nəzərdə tutulmuşdur. 1998-ci il 

oktyabrın 29-da Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan  

prezidentləri  və  ABŞ-ın  energetika  naziri  Bakı-Tbilisi-Ceyhan 

  

 



 

 

 




____________________________________________ 

495


marşrutunu müdafiə edən "Ankara bəyannaməsi"ni imzalamışlar. Bakı-Tbilisi-Ceyhan 

neft kəməri 2005-ci ildə istifadəyə veriləcək. - 193,313. 

 

145.  "Şevron" - dünyanın ən iri neft şirkətlərindən biridir. 1979-cu ildə "Rasifik 

Kost oyl kompani" adı ilə yaradılmışdır. Korporasiyaya daxil olan şirkətlər ABŞ-da 

və dünyanın 100-ə  qədər ölkəsində  fəaliyyət göstərir. "Şevron"un Bakıdakı 

nümayəndəliyi 1996-cı ildən fəaliyyət göstərir. - 192. 

 

146.  Nemtsov Boris Yefimoviç (d.1959) - Rusiya Federasiyasının ictimai və 

dövlət xadimi. 1997-98-ci illərdə Rusiya Federasiyası baş nazirinin müavini 

olmuşdur. - 193,200. 

 

147. Məsud Yılmaz (d.1947) - Türkiyənin siyasi və dövlət xadimi. 1997-ci ildə 

Türkiyə Cümhuriyyətinin Baş naziri olmuşdur. Ana Vətən Partiyasının başqanıdır. - 

200. 


 

148. Federiko Penya (d.1947) - hüquq doktoru. 1993-97-ci illərdə ABŞ-ın 

nəqliyyat naziri, 1997-2000-ci illərdə isə energetika naziri olmuşdur. - 200. 

 

149.  Əli Nağıyev (d.1954) - Azərbaycan Respublikasının  Əmək və  Əhalinin 

Sosial Müdafiəsi naziridir (1996). I çağırış Milli Məclisinin deputatı olmuşdur.- 204. 

 

150. Bülbül, Murtuza Məşədi Rza oğlu Məmmədov (1897-1961) - Azərbaycan 

klassik vokal məktəbinin banisi, musiqi folkloru tədqiqatçısı. Bülbülün yaradıcılığı 

müasir Azərbaycan musiqili teatrı tarixində mühüm bir mərhələ  təşkil edir. Bülbül 

Azərbaycan xalq mahnılarını, təsnifləri böyük sənətkarlıqla ifa etmişdir. Azərbaycan 

Ali Sovetinin deputatı olmuşdur. SSRİ xalq artisti və SSRİ Dövlət mükafatı 

laureatıdir. -212-213,296-305. 

 

151. Rəşid Behbudov, Behbudov Rəşid Məcid oğlu (1915- 1989) - görkəmli 

Azərbaycan müğənnisi. Azərbaycan və SSRİ xalq artisti. Müstəsna gözəl səsə malik 

olan Rəşid Behbudov Azərbaycan vokal məktəbinin görkəmli nümayəndələrindəndir. 

SSRİ Dövlət mükafatı laureatı və Sosialist Əməyi Qəhrəmanı idı. - 222. 

 

152. Niyazi, Tağızadə - Hacıbəyov Zülfüqar oğlu (1912-1984) - görkəmli 

Azərbaycan dirijoru, bəstəkar. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması, 

inkişafı Niyazinin adı ilə bağlıdır. SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, iki 

dəfə SSRİ Dövlət mükafatı laureatı idi. - 222. 

  

 

 



 

 

 



 

 

 


____________________________________________ 

496


 

153. Petru Luçinski (d.1940) - Moldovanın siyasi və dövlət xadimi. 1971-ci 

ildən 1989-cu ilə  qədər dövlət və partiya işlərində müxtəlif vəzifələrdə çalışmışdır. 

1997-cı ildən Moldova Respublikasının prezidenti. - 228-261. 

 

154. Avropa Şurası (AŞ) - Avropada hökumətlərarası  təşkilat. 1949-cu ildə 

yaradılmışdır. Qərargahı Fransanın Strasburq şəhərində yerləşir. AŞ-nın əsas məqsədi 

Avropada sülhü və  təhlükəsizliyi, seçki sistemində çoxpartiyalılığa riayət etmək, 

demokratiyanı və insan hüquqlanın qorumaq, möhkəmləndirmək, Avropa ölkələrinin 

mədəniyyətlərinin yyaxınlaşmasına çalışmaq və s. ibarətdir. AŞ-nın ali orqanları 

Nazirlər Komitəsi, Məsləhət Assambleyası, Sahə nazirliklərinin müşavirəsi və 

katiblikdir. Azərbaycan 2001-ci ildən AŞ-nın üzvüdür. 245,259. 

 

155. Bakı Dövlət Universiteti (BDU) - Azərbaycanda elmi-pedaqoji kadrlar 

hazırlayan  ən böyük ali təhsil ocağı, elmi-tədqiqat müəssisəsi. 1919-cu ildə 

yaradılmışdır.  İlk vaxtlar tibb və tarix-filologiya fakültələri fəaliyyət göstərmişdir. 

Hazırda BDU-nun 17 fakültəsi, onlarla kafedrası, elmi-tədqiqat laboratoriyası  və s. 

var. Universitetdə 43 ixtisas üzrə 13 minə yyaxın tələbə təhsil alır. - 232-238,239. 

 

156. Natiq  Əliyev,  Əliyev Natiq Ağaəli oğlu (d.1947) - 1993-cü ildən 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidentidir. Azərbaycan 

Respublikasının "Şöhrət" ordeni ilə təltif olunmuşdur. -253,416-431,467. 

 

157.  Şərifov Abid Q o c a  o ğ l u (d.1940) - inşaatçı. 1995-ci ildən Azərbaycan 

Respublikası Baş nazirinin müavinidir. - 253. 

 

158. ÇUAM - Avropada adi silahların azaldılması haqqında müqavilənin cinah 

sənədi müzakirə olunduqdan sonra həmin sənədi bəyənən ölkələrdən - Gürcüstan

Ukrayna, Azərbaycan və Moldovadan ibarət qeyri- rəsmi "dördlər qrupu" yaradıldı 

(10 oktyabr 1997). Sonradan Özbəkistan da bu quruma qoşuldu. - 

245,246,247,248,260. 

 

159. Marşall planı - İkinci dünya müharibəsindən sonra ABŞ-ın iqtisadi yardımı 

ilə Avropanın bərpasını  və inkişafını  nəzərdə tutan proqram. Bu plan ABŞ Dövlət 

katibi C.K.Marşall tərəfindən irəli sürüldüyü üçün Marşall planı adlanır. Planın həyata 

keçirilməsində 17 Avropa dövləti (Qərbi Almaniya da daxil olmaqla) iştirak etmişdir. 

- 245. 


 

160. Trumen Harri (1884-1972) - ABŞ-ın 33-cü prezidenti (1945-53) Xirosima 

və Naqasakiyə atom bombasının atılması haqqında sərəncam vermişdir. NATO 

təşkilatının yaradıcılarından biri. - 245. 

  

 



 

 

 



 

 



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə