MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə149/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   145   146   147   148   149   150   151   152   ...   157

____________________________________________ 

489


 

iki sədr - Rusiya və  İtaliya rəhbərlik edirdi. 1996-cı ilin dekabrından onun üç - 

Rusiya, ABŞ və Fransa həmsədrləri var. Qrupun əsas vəzifəsi Ermənistan-Azərbaycan 

münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin 

dinc vasitələrlə  həll edilməsinə bilavasitə kömək etməkdir. -121,122,156,235,285,-

287,310,313,317,319,329,332,335,341,354,355,362,365. 376,383,387. 

 

106. Jak Şirak (d.1932) - Fransanın görkəmli siyasi və dövlət xadimi. 1974-76 

və 1986-88-ci illərdə Fransanın Baş naziri, 1977-95-ci illərdə Paris şəhərinin meri 

olmuşdur. 1974-76-cı illərdə qollistlərin Respublikanın Müdafiəsi naminə Demokratik 

İttifaqı partiyasının Baş katibi, 1976-cı ildən Respublikanın Müdafiəsi naminə Birlik 

partiyasının sədridir. 1995-ci ildən Fransa Respublikasının prezidentidir. - 123,286. 

 

107. Boris Yeltsin, Boris Nikolayeviç Yeltsin (d.1931) -  Rusiyanın siyasi və 

dövlət xadimi. 1991-2000-ci illərdə Rusiya Federasiyasının ilk prezidenti olmuşdur. - 

123,145,286,308,369. 

 

108.  Əli Vəliyev,  Vəliyev  Əli Qara oğlu (1901-1983) - Azərbaycanın xalq 

yazıçısı. M.F.Axundov adına Respublika mükafatı laureatı.  Əli Vəliyev, həm də 

görkəmli jurnalist və publisist olmuşdur. - 125. 

 

109. Mir Cəlal, Mir Cəlal  Əli oğlu P a ş a y e v (1908-1978) - Azərbaycan 

yazıçısı,  ədəbiyyatşünas. Elmlər doktoru, professor. Əsasən, yumoristik və satirik 

hekayələr ustasıdır. Ona daha çox şöhrət gətirən tarixi romanı " Bir gəncin manifesti" 

dir. Mir Cəlal Füzulinin, Cəlil Məmmədquluzadənin, Ə.Haqverdiyevin, habelə XX əsr 

Azərbaycan ədəbiyyatı tarixinin ən görkəmli tədqiqatçılarındandır. - 125. 

 

110. Məmməd Səid Ordubadi,  Məmməd Səid Hacağa oğlu Ordubadi (1872-

1950) - Azərbaycan yazıçısı, şair, dramaturq, publisist, ictimai xadim. M.S.Ordubadi 

Azərbaycan  ədəbiyyatında daha çox 30-40-cı illərdə yazdığı tarixi romanları ilə 

məşhurdur. O, Azərbaycan ədəbiyyatında tarixi roman janrının əsasını qoymuşdur. - 

125,303. 

 

111.  Əhməd Cavad, Axundzadə Cavad Məmmədəli oğlu (1892-1937) - 

Azərbaycan  şairi. Yaradıcılığında mücərrəd romantizmlə yanaşı, milli istiqlaliyyətə 

yenidən qovuşmaq arzusundan doğan meyllər mühüm yer tutur. Azərbaycanın  ən 

dəyərli milli ziyalı nümayəndələrini məhv edən sovet totalitar rejiminin repressiya 

qurbanlarındandır. - 125. 



112. Yusif Vəzir Çəmənzəminli, Vəzirov Yusif Mirbaba oğ1u    (1887-1943) - 

yazıçı. Azərbaycan tənqidi-realist ədəbiyyatının görkəmli 

  

 

 



 

 

 




____________________________________________ 

490


numayəndəsi. Azərbaycanın ən dəyərli milli ziyalı nümayəndələrini məhv edən sovet 

totalitar rejiminin repressiya qurbanlarındandır. - 125. 

 

113. Rüstəm  İbrahimbəyov,  İbrahimbəyov Rüstəm Məmmədibrahim oğlu 

(d.1939) - yazıçı, dramaturq, kino-ssenarist. Azərbaycanın xalq yazıçısı. Azərbaycan, 

Rusiya və SSRİ Dövlət mükafatları laureatı. 1981-90-cı illərdə Azərbaycan 

Kinematoqrafçılar İttifaqının birinci katibi, 1990-cı ildən isə sədridir. 1996-cı ildə  

"Günəşdən usanmışlar"  kinofılminin ssenarisinə görə Amerika Kino Akademiyasının  

"Oskar"  mükafatına layiq görülmüşdür. - 127,128. 

 

114. Eldar Quliyev, Quliyev Eldar Tofiq oğlu (d. 1941) - kino rejissoru. 

Azərbaycan Respublikasının xalq artisti. Azərbaycan Dövlət mükafatı laureatı. 

Azərbaycan Respublikasının " Şöhrət"  ordeni ilə təltif olunmuşdur. -127. 

 

115.  Şeyxülislam, Paşazadə Allahşükür Hümmət oğlu (d.1949) - 1980-ci ildən 

Qafqaz Müsəlmanları Ruhani İdarəsinin, 1990-cı ildən Qafqaz Xalqları Ali Dini 

Şurasının sədridir. - 146 

 

116.  Şeyx Şamil (1797-1871) - Dağıstan və Çeçenistanda çar müstəmləkəçilərinə 

qarşı mübarizənin rəhbəri, imamlığın başçısı. 1835-ci ilin yayında imam seçilmiş və o 

vaxtdan dağlıların azadlıq mübarizəsinə başçılıq etmişdi. 

Təşkilatçılıq bacarığı  və iradəsi sayəsində  Şamil dağlıları birləşdirə, yerli 

feodalları özünə tabe edə bilmiş və hərbi teokratik dövlət - imamlıq yaratmışdı. 

1870-ci ildə  Məkkəyə ziyarətə gedərkən o, Məkkəyə çatmamış  Mədinədə  vəfat 

etdi.-139-149. 

 

117. Dağıstan Muxtar Respublikası - Rusiya Federasiyası  tərkibində milli -

ərazi qurumu, respublika. 1921-ci il yanvarın 20-də təşkil edilmişdir. Sahəsi 50,3 min 

km

2



, əhalisi 2094,6 min nəfərdir. 41 inzibati rayonu, 10 şəhəri, 18 şəhər tipli qəsəbəsi 

var. Paytaxtı Mahaçqala şəhəridir. Dövlət hakimiyyətinin ali orqanı 5 il müddətinə 

seçilən birpalatalı Dağıstan Respublikasının Ali Sovetidir.-141-149. 

 

118.  Şevardnadze Eduard Amvrosiyeviç (d.1928) - Gürcüstanın siyasi və 

dövlət xadimi. 1972-85-ci illərdə Gürcüstan KP MK-nın birinci katibi,1985-90-cı 

illərdə SSRİ xarici işlər naziri, 1994-2004-cü illərdə Gürcüstanın prezidenti olmuşdur. 

-147. 

 

119. Heydər Hüseynov, Hüseynov Heydər Nəcəf oğlu (1908-1950) - 



Azərbaycan fılosofu, ictimai xadim . Azərbaycan Elmlər Akademiyasının   akademiki.   

SSRİ   Dövlət   mükafatı   laureatı.   H.Hüseynov 

  

 

 




____________________________________________ 

491


 

dialektik və tarixi materializm problemləri, fəlsəfə tarixi və s. mövzularda əsərlər 

yazmışdır. O, Azərbaycan mədəniyyətinin böyük nümayəndələrinin fəlsəfi irsini 

öyrənmişdir. Onun ədəbiyyatşünaslığa dair də əsərləri var. - 148. 

 

120. Axundov adına Azərbaycan Dövlət kitabxanası, M.F.Axundov adına 

Azərbaycan Respublikasının Milli kitabxanası - Azərbaycanda  ən böyük kitabxana, 

respublikada çap olunan əsərlərin dövlət kitabsaxlayıcısı, kitabxanaşünaslıq və 

biblioqrafiya üzrə elmi-metodik mərkəz. Milli kitabxananın əsası 1923-cü il 23 mayda 

qoyulmuşdur. Kitabxananın indiki binası 1960-cı ildə akademik Mikayıl Hüseynovun 

layihəsi  əsasında tikilmişdir. Kitabxanada 13 oxucu zalı, fondunda isə 430000 kitab 

var. - 150-157, 216, 450, 454. 

 

121. Tofiq Quliyev, Quliyev Tofiq Ələkbər o ğ 1 u (1917-2000) - görkəmli 

Azərbaycan bəstəkarı. Azərbaycan Respublikasının xalq artisti. Tofiq Quliyev 

Azərbaycan estrada musiqisinin yaradıcılarındandır. Yaradıcılığında lirik mahnılar 

əsas yer tutur. 1973-2000-ci illərdə Azərbaycan Bəstəkarlar  İttifaqı  İdarə Heyətinin 

birinci katibi olmuşdur. Azərbaycan Respublikasının " İstiqlal"  ordeni ilə  təltif 

olunmuşdur. - 165-166,214-215. 

 

122.  Şekspir, Vilyam (1564-1616) - dahi ingilis dramaturqu və şairi. Şekspir 37 

pyesin - komediyaların, tarixi dramların, faciələrin, poemaların, çoxlu sonetlərin 

müəllifidir. Dünya dramaturgiyasında faciənəvisliyin inkişafında  Şekspirin  əsərləri 

yeni mərhələdir. "Hamlet", "Otello", "Makbet", "Kral Lir", " Antoni və Kleopatra" 

faciələri dünya mədəniyyəti xəzinəsinə daxil olmuş, bütün xalqların sərvətinə 

çevrilmiş, müxtəlif dillərə  tərcümə olunmuş, milli səhnələrdə  təkrar-təkrar tamaşaya 

qoyulmuş, ekranlaşdırılmışdır. - 173, 175. 

 

123. Azərbaycan Milli Dram Teatrı - Azərbaycanın  ən qədim dram teatrı. 

Tarixi 1873-cü ildə Bakıda səhnəyə qoyulmuş M.F.Axundovun " Lənkəran xanının 

vəziri"  və "Hacı Qara"  komediyalarının tamaşası ilə başlanır. Bu teatr 1880-90-cı 

illərdə C.Zeynalovun ev tamaşaları, H.Mahmudbəyovun və H.B.Zərdabinin teatr 

truppaları əsasında yaradılmışdır. 

Azərbaycan SSR XKS-nin 1920-ci il 1 iyul tarixli qərarı ilə Birləşmiş Dövlət 

Teatrı yaradıldı və buraya bütün teatr truppaları daxil oldu. 1922-ci ildə dram truppası 

Birləşmiş Dövlət Teatrından ayrılaraq müstəqil fəaliyyət göstərməyə başladı. - 167-

175. 

 

124. Kamal Xudaverdiyev, Xudaverdiyev Kamal Ağahüs e y n o ğ 1 u (d. 1938) 



- Azərbaycanın xalq artisti. " Qızıl dərviş"  və " Humay" mükafatları laureatı. - 173. 

 

125. Höte,  İohann Volfranq (1749-1832) - böyük alman şairi, mütəfəkkir və 

təbiətşünas. Almaniyada Maarifçilik dövrü ədəbiyyatının ən böyük numa- 

  

 



 

 



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə