MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə148/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   144   145   146   147   148   149   150   151   ...   157

____________________________________________ 

487


 

95. "Literaturnaya qazeta" - Rusiya Federasiyasında ədəbi, ictimai,siyasi qəzet. 

1929-cu ildən Moskvada (fasilələrlə) nəşr edilir. - 102. 

 

96. Seyid Əzim Şirvani (1835-1888) - Azərbaycan şairi. O, Azərbaycan və fars 

dillərində yazmışdır. XIX əsrin 10-cu yarısında  ədəbi məktəb yaradan S.Ə.Şirvani 

lirik və satirik Azərbaycan  şerini zənginləşdirmişdir. Yüksək bədii sənətkarlıqla 

yazılmış lirik şerlərində - qəzəl, qəsidə, tərkibbənd, müxəmməs, müsəddəs, rübai, 

qitə-məhəbbət, həyat eşqi tərənnüm olunur. Satirik şerlərində "xalq" qanını  şişəyə 

tutan" çar məmurlarını ifşa etmişdir. - 107. 

 

97. Nəcəfbəy Vəzirov,  Vəzirov Nəcəfbəy Fətəli bəy oğlu (1854-1926) - 

Azərbaycan dramaturqu, publisist, teatr xadimi. Nəcəfbəy Vəzirovun humanizmi, 

yüksək bəşəri idealları  tərənnüm edən "Müsibəti Fəxrəddin" Azərbaycan 

ədəbiyyatında ilk faciədir. Bu əsər Azərbaycan bədii və ictimai fikir tarixində xüsusi 

yer tutur. - 107. 

 

98. Üzeyir Hacıbəyov, Hacıbəyov Üzeyir Əbdülhüseyn o ğ 1 u (1885-1948) - 

dahi Azərbaycan bəstəkarı, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və 

ictimai xadim. Müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının 

banisi, SSRİ xalq artisti, SSRİ Dövlət mükafätı laureatı. - 107,222,295,297,301,-

302,303,304,305. 

 

99. Supsa limanı - Qara dəniz sahilində liman. 1996-cı il martın 8-də Bakıdan 

Supsa limanına neft kəmərinin çəkilməsinə dair beynəlxalq saziş imzalanmışdır. 

1999-cu il aprelin 17-də Bakı - Supsa ixrac boru kəməri, Supsa yerüstü terminalı 

istifadəyə verilmişdir. Açılışda Azərbaycan Prezidenti Heydər Əliyev başda olmaqla 

Azərbaycan nümayəndə heyəti iştirak etmişdi. - 117,187. 

 

100. Müstəqil Dövlətlər Birliyi (MDB) - 1991-ci il dekabrın 8-də Belorusiya, 

Rusiya və Ukrayna dövlət başçılarının imzaladıqları Saziş əsasında SSRİ dağıldıqdan 

sonra yeni dövlətlərarası birlik kimi yaradılmışdır.Azərbaycan 1993-cü ilin 

sentyabrında MDB-yə daxil olmuşdur. Tərkibinə keçmiş SSRİ-nin 12 müttəfiq 

respublikası - Azərbaycan, Belarus, Ermənistan,Gürcüstan, Qazaxıstan, Qırğızıstan, 

Moldova, Özbəkistan, Rusiya, Tacikistan,Türkmənistan, Ukrayna daxildir. MDB-nin 

1993-cü ildə qəbul edilmiş nizamnaməsində aşağıdakı birgə fəaliyyət sahələri nəzərdə 

tutulur: insan hüquq və azadlıqlarının təmin edilməsi; xarici siyasi fəaliyyətin 

əlaqələndirilməsi; ümumi iqtisadi məkanın formalaşdırılmasında, nəqliyyat sisteminin 

və rabitənin inkişafında  əməkdaşlıq;  əhalinin sağlamlığının və  ətraf mühitin 

mühafizəsi; sosial və mühacirət məsələləri, mütəşəkkil cinayətkarlıqla mübarizə; 

müdafiə siyasətində və xarici sərhədlərin qorunmasında əməkdaşlıq. 

MDB-nin orqanları  aşağıdakılardır: Dövlət başçıları  Şurası; Hökumət başçıları  

Şurası;  Xarici  işlər nazirləri  Şurası;  Dövlətlərarası  iqtisadi  Şura; 

  

 



 

 



____________________________________________ 

488


Mərkəzi Sankt-Peterburq şəhərində olan Parlamentlərarası Assambleya və s. MDB-

nin daimi fəaliyyət göstərən orqanı Minsk şəhərində yerləşən Əlaqələndirmə Məsləhət 

Komitəsidir. - 116,229,241,245,248,250,251,252,256, 369. 

 

101. Novorossiysk - Rusiya Federasiyasının Krasnodar diyarında şəhər. Bakıdan 

Novorossiyskə neft kəməri çəkilmiş  və 1997-ci ildə istifadəyə verilmişdir. - 

117,187,313. 

 

102. Transqafqaz  nəqliyyat dəhlizi  (TRASEKA) - Avropanı Asiya ilə 

birləşdirən yol. Bu nəqliyyat dəhlizini  Şərqlə  Qərbi birləşdirən orta materik xətti də 

adlandırmaq olar. Transqafqaz nəqliyyat dəhlizi Azərbaycanı, bütünlükdə Qafqazı 

Avropa ilə birləşdirir. - 118,194,249,253,254,260. 

 

103.  Qorbaçov, Mixail Sergeyeviç (d.1931) - 1985-91-ci illərdə Sov.İKP MK-

nın Baş katibi, 1990-91-ci illərdə SSRİ-nin ilk və son prezidenti. Qorbaçov 

"yenidənqurma"adı ilə "aşkarlıq və demokratiya" siyasi xəttini, "humanist, demokratik 

sosializm" şüarını meydana atdı. Sovet totalitar rejimi ilə uyuşmayan "yenidənqurma" 

ölkəni dərin siyasi və iqtisadi böhrana saldı. Qorbaçovun milli münaqişələrə  səbəb 

olan siyasəti, xüsusən Azərbaycana qarşı  qərəzli, düşmənçilik mövqeyi ilə 

səciyyələnirdi. Ermənilərin Azərbaycana olan torpaq iddialarını  dəstəkləyən 

Qorbaçov 1990-cı ilin yanvannda Bakıda baş verən Qanlı Yanvar faciəsinin, həmçinin 

Tbilisi və Vilnusdakı qanlı hadisələrin təşkilatçısı və günahkarıdır. -119,120,121. 

 

104. ATƏT-in Lissabon zirvə görüşü - 1996-cı il dekabrın 2-4-də 

Portuqaliyanın paytaxtı Lissabon şəhərində ATƏT-in 54 üzvünün dövlət və hökumət 

başçılarının iştirakı ilə növbəti Zirvə toplantısı keçirildi. Toplantıda müzakirə olunan 

məsələlər arasında Azərbaycan Respublikası nümayəndə heyətinin təkidi ilə 

gündəliyə salınan Ermənistan-Azərbaycan münaqişəsi geniş diskussiyaya səbəb oldu. 

Azərbaycan Respublikası nümayəndə heyətinin başçısı Prezident Heydər  Əliyevin 

qəti, prinsipial mövqeyi və  gərgin səyi nəticəsində yekun sənədə  əlavə kimi qəbul 

edilən ATƏT sədrinin bəyanatmda ilk dəfə olaraq ən yüksək səviyyədə münaqişənin 

həllinin əsası kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü 53 dövlət tərəfindən 

qətiyyətlə  dəstəkləndi və Dağlıq Qarabağın yalnız Azərbaycan Respublikasının 

tərkibində statusunun müəyyən olunması öz əksini  

tapdı. - 121,122,123,236,288,309,340,341,378, 383,387. 

 

105. ATƏT-in Minsk qrupu - 1992-ci il martın 24-də ATƏT-in Minsk qrupu 

yaradıldı. 

1997-ci ildə Minsk qrupunun tərkibinə  aşağıdakı dövlətlər daxil olmuşdur: 

Azərbaycan, Ermənistan, Belarus, Almaniya, İtaliya, Rusiya, ABŞ, Fransa, Türkiyə, 

Danimarka və İsveç. 1994-cü ilin dekabrından Minsk qrupuna 

  

 

 




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə