MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə146/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   142   143   144   145   146   147   148   149   ...   157

____________________________________________ 

482


 

 

55. NATO (Şimali Atlantika Müqaviləsi Təşkilatı) - hərbi-siyasi ittifaq. 1949-cu 

il aprelin 4-də Vaşinqtonda ABŞ, Böyük Britaniya, Fransa, Belçika, Niderland, 

Lüksemburq, Kanada, İtaliya, Portuqaliya, Norveç, Danimarka, İslandiyanın 

imzaladıqları  Şimali Atlantika müqaviləsi  əsasında yaradılmışdır. 1952-ci ildə 

Yunanıstan və Türkiyə, 1955-ci ildə Almaniya Federativ Respublikası, 1982-ci ildə 

İspaniya NATO-ya qoşulmuşlar. Varşava Müqaviləsi Təşkilatı dağıldıqdan (1990) 

sonra əvvəllər sosialist ölkələri düşərgəsinə daxil olmuş ölkələrin bir qismi NATO-ya 

üzvlüyə  qəbul edilmiş, digər qismi isə ilkin mərhələ kimi NATO-nun "Sülh naminə 

tərəfdaşlıq" proqramına qoşulmuşlar.Ali orqanı NATO Şurasının sessiyasıdır. Mənzil-

qərargahı Brüsseldədir. -56,247,253. 

 

56. "Əsrin müqaviləsi" - 1994-cü ilin sentyabrın 20-də Bakıda "Xəzər dənizinin 

Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının 

dərinlikdə yerləşən hissəsinin birgə  işlənilməsi və hasil olunan neftin pay şəklində 

bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqavilə. -

57,178,181,206,368. 



 

57. Naxçıvan Dövlət Universiteti (NDU) - ali təhsil məktəbi. Naxçıvan MR-in 

mühüm təhsil, elm və  mədəniyyət mərkəzi. Azərbaycan Respublikası Nazirlər 

Kabinetinin 29 dekabr 1990-cı il qərarı ilə Y.Məmmədəliyev adına Naxçıvan Dövlət 

Pedaqoji  İnstitutu  əsasında yaradılmışdır. 32 ixtisas üzrə mütəxəssislər hazırlayan 9 

fakültəsi (tarix, filologiya, iqtisad-hüquq, təbiət-  şünaslıq, tibb, fizika-riyaziyyat

pedaqoji, incəsənət, xarici tələbələr), hazırlıqsöbəsi fəaliyyət göstərir. NDU-da 3600-

dən çox tələbə təhsil alır. -62-63. 

 

58 Böyük Oktyabr Sosialist inqilabı - müasir tarixşünaslıqda Oktyabr çevrilişi 

də adlanır. 1917-ci il oktyabrın 24-dən 25-nə (noyabrın 6-dan 7-nə) keçən gecə 

V.İ.Leninin başçılığı ilə bolşeviklər silahlı üsyan edərək Müvəqqəti hökuməti 

devirdilər. Bunun nəticəsində V.İ.Lenin başda olmaqla Rusiyada Sovet hökuməti - 

Xalq Komissarları Soveti yarandı. - 65,90,101. 

 

59. Xudiyev Nizami Manaf oğlu (d.1949) - fılologiya elmləri doktoru, professor. 

1996-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verüişləri  Şirkətinin sədri. 

Azərbaycan Respublikası Milli Məclisinin (1-2-ci çağırış) deputatıdır. - 65. 

 

60. Vaqif Yusifli, Yusifov Vaqif Əziz oğlu (d.1948) - tənqidçi, ədəbiyyatşünas, 

Əməkdar mədəniyyət işçisi. - 66-77. 

 

61. Sokrat (e.ə.470/469-399) - qədim yunan fılosofu. Sokrat söhbətlərə  əsasən 

həqiqətin üzə  çıxarılması kimi anlaşılan fəlsəfı dialektikanın banilərindən biri   

olmuşdur.    Sokrata   görə   aləmin   quruluşu,    əşyaların   fiziki   təbiəti 

  

 

 



 

 

 




____________________________________________ 

483


dərkedilməzdir. Sokratın  fıkrincə yaramaz hərəkətlər bilməməzlikdən törəyir və heç 

kəs bilərəkdən qəddar olmur. - 68. 

 

62. Səyyad Aran, S a 1 a h 1 ı    Səyyad    Adil    oğlu (d.1952) - 

fıloloq. 1995-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. - 68,91. 

 

63. Fikrət Sadıq, Sadığov Fikrət Abbas oğlu (d. 1930) - Azərbaycanın xalq şairi

Azərbaycan Dövlət mükafatı laureatıdır. -68. 

 

64. Nizami Cəfərov,  Cəfərov Nizami Qulu oğlu (d. 1959) - Azərbaycan 

tənqidçisi, ədəbiyyatşünas, elmlər doktoru, professor, Azərbaycan Respublikası Milli 

Məclisinin deputatı. Bakıda yaranmış Atatürk mərkəzinin direktorudur. - 68. 

 

65. Rafael Hüseynov (d.1955) - ədəbiyyatşünas, publisist. Azərbaycan 

Respublikası Milli Məclisinin deputatı, Nizami adına Ədəbiyyat muzeyinin 

direktorudur. - 68,90. 

 

66. Xeyrəddin Qoca, Qocayev Xeyrəddin Sayəddin oğ1u (d.1950) - Azərbaycan 

jurnalisti. 1995-2000-ci illərdə Milli Məclisin deputatı, 1997-2002-ci illərdə isə 

Türkiyə Respublikasının  İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu 

olmuşdur. - 68. 

 

67. Rüstəm Behrudi (d. 1957) - Axərbaycan  şairi, publisist. "Daha gülə-gülə 

ağlamaq olmur" publisistik poeması C.Məmmədquluzadəyə. "Qanlı  gəlin" məktub 

poeması milli-azadlıq mübarizəsinə həsr olunmuşdur. - 69,78-80. 

 

68. Hüseyn Arif, Hüseyn Camal oğlu Hüseynzadə (1924-1992) - istedadlı 

Azərbaycan  şairi, Azərbaycanın xalq şairi. Gözəl lirik şerlər yazmışdır. Azərbaycan 

Dövlət mükafatı laureatı. - 70. 

 

69.  İsa Hüseynov, Hüseynov İsa Mustafa oğlu (d.1928) - Azərbaycanın xalq 

yazıçısı. "Məhşər" tarixi romanı böyük Azərbaycan  şairi  İ.Nəsimiyə  həsr 

olunmuşdur.Onlarla povest və romanlar müəllifidir. - 70. 

 

70. Əli Kərim, Əli Paşa oğlu Kərimov (1931-1969) - istedadlı Azərbaycan şairi. 

Ə.Kərim  əsasən, gənc nəslin mənəvi  əxlaqi zənginliyini, vətənpərvərliyi tərənnüm 

etmişdir. - 70. 

 

71. Hüseyn 

Abbaszadə, Abbaszadə Hüseyn Abbas oğlu (d.1922) - istedadlı 

Azərbaycan yazıçısı, Azərbaycanın xalq yazıçısı. Azərbaycan Yazıçılar Birliyinin 

katibi. Azərbaycan Dövlət mükafatı laureatıdır.Azərbaycan Respublikasının "Şöhrət" 

ordeni ilə təltif olunmuşdur.- 70,225. 

  



____________________________________________ 

484


 

72. Adil Babayev, Babayev Adil Qafar oğlu (1925-1977) - Azərbaycan  şairi, 

dramaturq.  Əsasən lirik şerləri, teatr tarixi və  səhnə xadimləri haqqında  əsərləri ilə 

məşhurdur. - 70. 

 

73. Xəlil Rza Ulusoy,  Xəlilov Xəli1 Rza oğlu (1932-1994)- Azərbaycanın xalq 

şairi, Azərbaycanda müstəqillik hərəkatının görkəmli öndərlərindən biri. -

70,103,121,125,128,271. 

 

74. Tofiq Bayram, Bayramov   Tofiq   Qulam   oğlu (1934-1991) - Azərbaycan 

şairi. Tərcümə ilə də məşğul olmuşdur. - 70. 

 

75. Sabir Əhmədli,  Əhmədli Sabir Məhəmməd oğlu (d.1930) - Azərbaycanın 

xalq yazıçısı, Əməkdar incəsənət xadimi. - 70. 

 

76. Fərman Kərimzadə,  Kərimzadə  Fərman  İsmayıl oğlu (1937-1989) - 

Azərbaycan yazıçısı. - 70. 

 

77. İsi Məlikzadə, M ə 1 i k z a d ə İsi Abbas o ğ 1 u (1934-1995) - Azərbaycan 

yazıçısı. - 70,73. 

 

78. Mikayıl Müşfiq, İsmayılzadə Mikayıl Mirzə Əbdül-q a d i r o ğ 1 u (1908-

1939) - şair. Poeziyasının  əsas qayəsi müasirlik, xəlqilik, humanizm olmuşdur. Onun 

lirikası forma etibarı ilə novatorluğun ən yaxşı nümunələrindəndir. Azərbaycanın ən 

dəyərli milli ziyalı nümayəndələrini məhv edən sovet totalitar rejiminin repressiya 

qurbanlarındandır. - 70,125. 

 

79. Məmməd Rahim,  Məmməd Rahim Abbas oğlu Hüseynov (1907-1977) - 

tanınmış Azərbaycan şairi, Azərbaycanın xalq şairi. SSRİ Dövlət mükafatı laureatı. - 

70,125. 


 

80. Osman Sarıvəlli, Osman Abdulla oğlu Qurbanov (1905-1990) - 

Azərbaycanın xalq şairi.  Əsasən, lirik serlər yazmışdır. Yaradıcılığında Cənubi 

Azərbaycan haqqında yazdığı lirik şerlər xüsusi yer tutur.-70,125. 

 

81.  Əbülhəsən,  Əbülhəsən  Əlibaba oğlu  Ələkbərzadə (1906-1986) - 

Azərbaycanın xalq yazıçısı. Azərbaycan nəsrinin görkəmli nümayəndələrindəndir. 

"Müharibə" roman epopeyasında Azərbaycan xalqının Böyük Vətən müharibəsində 

ön və arxa cəbhələrdə fədakarlığı və vətənpərvərliyı təsvir olunur. - 70,125. 

 

82.  Ənvər Məmmədxanlı,  Məmmədxanlı  Ənvər Qafar oğ1u (1913-1990)  -  

istedadlı  Azərbaycan  yazıçısı,   nasir,   dramaturq.   Məmməd- 

  

 



 

 

 



 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə