MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə153/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   149   150   151   152   153   154   155   156   157

____________________________________________ 

499


 

174. Saparmurad  Niyazov, Niyazov Saparmurad Ata oğlu (d.1940) - 

Türkmənistanın siyasi və dövlət xadimi. 1985-ci ildə Türkmənistan SSR-in Nazirlər 

Sovetinin sədri, 1985-ci ilin dekabrından 1990-cı ilə qədər Türkmənistan KP MK-nın 

birinci katibi olmuşdur. 1990-cı ildən Türkmənistan Respublikasının prezidentidir. - 

314-315,367,368,426. 

 

175. Hüsni Mübarək, Seyid Məhəmməd Hüsni Mübarək (d.1928) - Misir Ərəb 

Respublikasının görkəmli siyasi və dövlət xadimi. 1975-81-ci illərdə Misir Ərəb 

Respublikasının vitse-prezidenti, 1981-ci ilin oktyabrından prezidentidir. - 316,317. 

 

176. Suxarto (d.1921) - İndoneziyanın siyasi, hərbi və dövlət xadimi. 1968-98-ci 

illərdə İndoneziyanın prezidenti olmuşdur. - 318,320. 

 

177. Dünya Bankı - BMT-nin hökumətlərarası ixtisaslaşdırılmış idarəsi. 1945-ci 

ildə ABŞ-da Bretton-Vuds çərçivəsi sistemində yaradılmışdır.  İdarə heyəti 

Vaşinqtondadır. Məqsədi inkişaf etməkdə olan ölkələrin iqtisadi və sosial inkişafına 

kömək etməkdir. Səhmdar cəmiyyəti formasındadır və iştirakçıları yalnız Beynəlxalq 

Valyuta Fondunun üzvləridir. Banka 130-dan artıq dövlət daxildir. 1992-ci ildən 

Azərbaycan Respublikası Dünya Bankının üzvüdür. -321,464. 

 

178.  İslam  İnkişaf Bankı  (İİB) - Beynəlxalq maliyyə institutu. İİB-nin  əsası 

1973-cü ilin dekabrında Ciddədə keçirilən müsəlman ölkələri maliyyə nazirlərinin 

konfransında qəbul olunmuş  bəyannaməyə  əsasən qoyulmuşdur. Bank islam, şəriət 

qaydalarına riayət edən ölkələrə maliyyə yardımı göstərir. Bankın 55 üzvü var. 

Azərbaycan Respublikası İslam İnkişaf Bankının 1991-ci ildən üzvüdür. - 321. 

 

179. Yasir Ərəfat (d.1929) -1969-cu ildən Fələstin Azadlıq Təşkilatı  İcraiyyə 

Komitəsinin sədri, 1996-cı ildən Fələstin milli administrasiyasının rəhbəri və Fələstin 

hərbi qüvvələrinin Baş komandanıdır. Nobel mükafatı laureatıdır. - 326-327. 

 

180. Hafiz Əsəd, Ə s ə d H a f i z (1930-2000) - Suriyanın siyasi, hərbi və dövlət 

xadimi. 1970-71-ci illərdə isə Baş nazir, 1971-2000-ci illərdə isə Suriya Ərəb 

Respublikasının prezidenti olmuşdur.- 326,331-333,370. 

 

181. Məhəmməd Xatəmi (d.1943) - İranın siyasi, ictimai və dövlət xadimi, 

hiccət-əl-islam, seyid. 1989-92-ci illərdə  İranın mədəniyyət və islam orijentasiyası 

naziri olmuşdur. 1997-ci ildən  İran  İslam Respublikasının prezidentidir. - 328-

330,338,343,344,379,386,388. 

 

 



 

 



____________________________________________ 

500


 

 

     182.  Brejnev  Leonid  İliç (1906-1982) - partiya və dövlət xadimi. 1964-82-ci 

illərdə Sov.İKP MK-nın Baş katibi, 1977-ci ildən həmçinin SSRİ Ali Soveti Rəyasət 

Heyətinin sədri olmuşdur. - 347. 

 

    183.  Ayətüllah Xamnei, Hüseyn Xamnei Seyid Əli (d. 1939) - İranın dini və 

dövlət xadimi. 1981-89-cu illərdə  İranın prezidenti, 1989-cu ildən isə  İran  İslam 

Respublikasının dini rəhbəridir. - 358-360,379,386,388. 

 

    184.  EKO - İqtisadi  Əməkdaşlıq Təşkilatı. Qərargahı Tehrandadır. 1992-ci ildən 

Azərbaycan Respublikası bu beynəlxalq təşkilatın üzvüdür. - 368. 

 

   185.  Fəhd ibn Əbdül  Əziz Al Səid (d.1922) - 1982-cı ildən Səudiyyə 

Ərəbistaınının kralıdır. - 378. 

 

   186.  Kofi  Annan (d.1938) -1997-ci ildən Birləşmiş Millətlər Təşkilatının Baş 

katibidir.- 382-384. 

 

    187.  Emin  Sabitoğlu, M a h m u d o v Emin Sabit oğlu (1937-2000) - tanınmış 

bəstəkar, professor. Azərbaycanın xalq artisti. Azərbaycan Respublikasının "Şöhrət" 

ordeni ilə təltif olunmuşdur. - 389. 

 

    188.  YUNİSEF, BMT-nin Uşaq Fondu - 1946-cı ildə  təsis edilmişdir (1953-cü 

ildən indiki adı ilə adlanır). BMT-nin müəssisəsi olub uşaqlar üçün proqramlar üzrə 

fəaliyyəti əlaqələndirir, başlıca olaraq inkişaf etməkdə olan ölkələrə yardım göstərir. 

Maliyyə  təsisatlarının mənbələrini hökumətlərin könüllü üzvlük haqları, ictimai 

təşkilatların, xüsusi şəxslərin və başqalarının ianələri təşkil edir. Fondun rəhbər 

orqanında - İdarə heyətində 41 dövlət təmsil olunur. Katibliyi Nyu-Yorkda. şöbələri 

Avropa üzrə Cenevrədə, regionlar üzrə bir sıra inkişaf etməkdə olan ölkələrdə 

yerləşir. Nobel sülh mükafatı laureatıdır. - 392. 

 

    189.  Mikayıl Abdullayev, Abdullayev Mikayıl Hüseyn oğlu   (1921- 2002) - 

görkəmli Azərbaycan rəssamı. Azərbaycan təsviri sənətinin I inkişafında mühüm rol 

oynamışdır. SSRİ xalq rəssamı, SSRİ  Rəssamlıq Akademiyasının müxbir üzvü, 

Azərbaycan Dövlət və Beynəlxalq Nehru mükafatları laureatıdır. Azərbaycan 

Respublikasının "İstiqlal" ordeni ilə təltif olunmuşdur. - 399-400. 

 

    190.  İmaməli Rəhmanov,  Rəhmanov  İmaməli  Şərif oğlu (d.1952) - Tacikistanın 

siyasi və dövlət xadimi. 1992-ci ildə Tacikistan Ali Sovetinin sədri olmuşdur. 1992-ci 

ilin noyabrından Tacikistan Respublikasının prezidentidir. - 353-354, 396. 

  



____________________________________________ 

501


 

      191. Ömər Eldarov, Eldarov Ömər Həsən oğlu (d.1927) - görkəmli Azərbaycan 

heykəltəraşı. Azərbaycan MEA-nın həqiqi üzvü. Rəssamlıq Akademiyasının müxbir 

üzvü. Heykəltəraşlığın müxtəlif janrlarında (monimental abidə, portret, büst, qorelyef 

və s.) əsərlər yaradır. 1995-ci ildən Milli Məclisin deputatıdır. Azərbaycan 

Respublikasının "İstiqlal" ordeni ilə təltif olunmuşdur. - 401-402. 

 

     192. Avropa Yenidənqurma və  İnkişaf Bankı - Qərbi və  Şərqi Avropa, MDB 



ölkələrini uzunmüddətli kreditlə təchiz edən regional dövlətlərarası bank. 1990-cı ildə 

yaradılmışdır. Londonda yerləşir. Bankın 57 üzvü var, həmçinin Avropa İnvestisiya 

Bankı və Avropa Birliyi ora daxildir. - 409,464. 

 

    193. Rəfael Allahverdiyev, Allahverdiyev Rəfael Xanəli o ğ 1 u (d.1945) - 1993-

2001-ci illərdə Bakı  Şəhər  İcra Hakimiyyətinin başçısı. 1995-2000-ci illərdə Milli 

Məclisin deputatı olmuşdur. - 406,409,410,437-450,466,469,470. 

 

    194.  Artur  Rasizadə, Rasizadə Artur Tahir oğlu (d.1935) - Azərbaycanın dövlət 

xadimi. 1986-92-ci illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini işləyib. 

1996-cı ildən Azərbaycan Respublikasının Baş naziridir. -422,423,424,426,-

429,431,434,435. 

 

   195.  Ramiz  Mehdiyev, Mehdiyev Ramiz Ənvər oğlu (d.1938) - Azərbaycanın 

siyasi və dövlət xadimi, fəlsələ elmləri doktoru, professor. 1995-ci ildən Azərbaycan 

Respublikası Prezidentinin İcra Aparatının rəhbəridir. 1995-2000-ci illərdə 

Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. -441. 

  

 

 



 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə