MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə20/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   16   17   18   19   20   21   22   23   ...   157

____________________________________________ 

61

 



lığımı və təşəkkürümü bildirmək istəyirəm. Əvvəla, ona görə ki 

- burada dəfələrlə deyilib, - Sizin bu cür gərgin iş rejiminiz var, 

dovlətimizin bu qədər qayğıları, problemləri var, bunun içində 

Siz vaxt tapıb burada bizimlə görüşürsünüz. İkincisi ona görə ki, 

Sizin bugünkü söhbətiniz, - bilirsiniz, mən qeyri-səmimi söz 

deyə bilmirəm, bunu tam səmimiyyətlə deyirəm ki, Sizin 

bizimlə bu gün olan söhbətiniz, yalnız bir prezidentin söhbəti 

yox, bizim yazıçılar ailəsinin bir üzvünün söhbətidir. Elə   bil   

Siz,      bizim      yazıçılar   ailəsinin   üzvü   kimi,   həm 

problemlərimizi bilirsiniz, həm də kömək etmək üçün yollar 

axtarırsınız. Ona görə  də  mən Sizə  təşəkkür edirəm. Nəhayət, 

Yazıçılar Birliyinin işinə verdiyiniz qiymət üçün də Sizə çox 

təşəkkür edirəm. Çox sağ olun.  

Heydər Əliyev: Sağ olun, qurultayda görüşəcəyik. 

  



____________________________________________ 

62

 



 

 

 YUSİF MƏMMƏDƏLİYEV ADINA NAXÇIVAN 

 DÖVLƏT UNİVERSİTETİNƏ 

 

 Sizi 



Azərbaycanın mötəbər təhsil ocağı olan Naxçıvan 

Dövlət Universitetinin professor-müəllim heyətini və 

tələbələrini universitetinizin 30 illik yubileyi münasibətilə 

ürəkdən təbrik edir, hamınıza cansağlığı, xoşbəxtlik və  nəcib 

fəaliyyətinizdə böyük uğurlar arzulayıram. 

Azərbaycanda elm, təhsil və  mədəniyyətin inkişafında 

Naxçıvan Dövlət Universitetinin özünəməxsus yeri və böyük 

xidmətləri vardır. Zəngin maarifçilik ənənələrinin layiqli 

davamçısı olan bu universitet muxtar respublikanın ali təhsilli 

mütəxəssislərə olan ehtiyacını ödəyən müasir təhsil mərkəzidir. 

Fərəhli haldır ki, bu təhsil ocağının yetirmələri həm Naxçıvanın 

müxtəlif guşələrində, həm də onun hüdudlarından kənarda 

uğurla çalışırlar. 

Ermənistanın ölkəmizə qarşı  təcavüzü nəticəsində blokada 

şəraitində yaşayan Naxçıvanın dövlət müstəqilliyimizin  əldə 

olunması  və möhkəmləndirilməsi uğrunda mübarizəsində 

universitetin göstərdiyi xidmətlər xüsusilə qeyd olunmalıdır. Bu 

ali məktəb qonşu ölkələrin elm və  təhsil mərkəzləri ilə geniş 

əlaqələr yaratmaqla bir daha Naxçıvanın Şərqin qapısı olduğunu 

nümayiş etdirir. 

Bugünkü iqtisadi sıxıntılara baxmayaraq, həyatım gənc nəslin 

yetişdirilməsinə həsr edən, ömrünün mənasını xalqına, Vətəninə 

layiqli vətəndaş  tərbiyə etməkdə görən Naxçıvan Dövlət 

Universitetinin professor-müəllim heyətinin fədakar  əməyindən 

məmnun olduğumu bildirirəm.  Əminəm ki, universitet   adını   

daşıdığı   böyük   vətənpərvər   alim   Yusif 

  

 



 


____________________________________________ 

63

 



Məmmədəliyevin, xalqımızın görkəmli  şəxsiyyətlərinin irsinə, 

bu qədim diyarın zəngin  ənənələrinə layiq milli kadrlar 

yetişdirilməsi işində bundan sonra da var qüvvəsini sərf 

edəcəkdir. 

Bu yubiley münasibətilə bütün təhsil işçilərini, bütün 

xalqımızı  səmimi-qəlbdən təbrik edir, Azərbaycanımızın 

çiçəklənməsi və  tərəqqisi naminə yeni nəslin tərbiyəsi işində 

Naxçıvan Dövlət Universitetinin kollektivinə böyük nailiyyətlər 

arzulayıram. 

 

HEYDƏR ƏLİYEV  



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri29 oktyabr 1997-ci il 



  

 

 




____________________________________________ 

64

 



AZƏRBAYCAN YAZIÇILARININ 

X QURULTAYI  ƏRƏFƏSİNDƏ 

GƏNC  NƏSİLDƏN  OLAN  YAZIÇI  VƏ  

ŞAİRLƏRİN BİR QRUPU  İLƏ  GÖRÜŞDƏ  

GİRİŞ SÖZÜ 

 

 Prezident 



sarayı 

 

 



29 oktyabr 1997-ci il 

 

Mən bu gün belə bir ifadə  işlətmək fikrinə  gəlmişəm: Bu 



günlər Azərbaycanda ədəbiyyat günləridir. 

Dünən Yazıçılar Birliyinin rəhbərləri, üzvləri, xalq şairləri 

ilə, yaşlı nəslə mənsub şair və yazıçılarla görüşümüz oldu. Xahiş 

etdim ki, gənclərlə  də görüşək. Bu mənim keçmişdə 

beləməsələlərə münasibətimlə müəyyən dərəcədə bağlıdır. Keç-

miş zamanlarda da Yazıçılar  İttifaqı ilə çox sıx  əlaqədə 

olmuşam. 

Yazıçılarla vaxtaşırı görüşlərim olurdu, - yaşlılarla da, gənclərlə 

də görüşürdük.  Şübhəsiz ki, birlikdə  də görüşlərimiz olurdu. 

Bəzən gənclərin və yaşlıların öz problemləri olur. İndi kimin 

gənc və kimin yaşlı olduğunu demək çətindir. Mən bunu  dünən  

dedim,  -  vaxtilə biz Anar,  Elçin,  Yusif və başqaları ilə gənc 

nəslin nümayəndələri kimi görüşürdük, indi isə onlar 

ədəbiyyatımızın ağsaqqalları da olmasa, hər halda yetkin nəslə,  

yəni yaşlı  nəslə      mənsub   hesab   olunurlar. Kiminin 50-dən 

yuxarı, kimininsə 60-a yaxın yaşı var. Bunlar gözlərimin 

qabağında böyüyüblər. 

İki-üç   gün   bundan   öncə   mənə   bir   kitab   göstərdilər. 

Baxıram, kitabda Elçinlə, hansısa bir şairlə, daha kiminləsə 

  

 



 


____________________________________________ 

65

 



mənim də şəklim var. Elçin o vaxt gənc idi, qara, qıvrım saçları 

vardı. Elçin, o şəkli görmüsənmi? 



E l ç i n: Görmüşəm. Nizami Xudiyevin kitabında verilib. 

Yeri gəlmişkən deyim ki, yaxşı kitabdır. 



Heydər  Əliyev:  Hə, Nizami Xudiyevin kitabıdır. Mən hələ 

oxuya bilməmişəm. Bilirəm, Azərbaycan dilinə həsr olunub. Bu 

da mənim üçün ən dəyərli mövzulardan biridir. Hardansa 

toplanmış nadir şəkillər kitabda verilmişdir. İndi belədir, həmişə 

cavan qalmaq olmur. 

Əsrimizin sonunda Azərbaycanın gənc yazıçıları ilə görüşə 

gəlmişəm.  Əksəriyyətinizlə  şəxsən tanış deyiləm. Təəssüflər 

olsun ki, sizin əsərlərinizi oxuya bilməmişəm. Həqiqəti etiraf 

etməliyəm. Ancaq bilirəm ki, həyatımızın ən ağır illərində, əsrin 

əvvəllərində, yaxud Oktyabr çevrilişindən sonrakı  dəyişikliklər 

dövründə, 1937-1938-ci illərin çətin repressiya şəraitində 

Azərbaycanda yazıçılar nəsli ara vermədən bir-birini əvəz edib. 

İtkilər, repressiyalar nəticəsində dünyasını  dəyişənlər olubdur. 

Ancaq yazıçılar nəsli ardıcıl olaraq yaşayıb və inkişaf edibdir. 

İndi də biz tariximizin çətin, mürəkkəb keçid dövrünü 

yaşayırıq. Çox sevindirici haldır ki, bu dövrdə də bizim yazıçılar 

nəsli daim yaşayır, yaradır, nəsillər arasında boşluq yoxdur. 

Dünən mənə dedilər ki, Yazıçılar Birliyinə üzv qəbul 

olunmaq üçün 100-dən artıq müraciət var. Bu, sevindirici haldır. 

Çünki indi yazıçıların sosial vəziyyətinə qayğı və yaxud maddi 

imkanlar keçmişə nisbətən çətinləşib, yaxud da yox dərəcəsinə 

gəlib çatıbdır. Amma belə bir vəziyyətdə yazıçı  və  şair olmaq, 

özünü bu sənətə həsr etmək, yazıçılar ittifaqlarının bəzi yerlərdə

hətta dağıldığı halda bu ittifaqa qəbul olunmaq, ona üzv olmaq 

istəyən gənclər Azərbaycanda çoxdursa, bu, mədəniyyətimiz və 

ədəbiyyatımız üçün olduqca sevindirici haldır. 

  

 

 



Dünən səmimi söhbət etdiyimiz şəxslərin hamısı ilə tanışam. 

Çünki uzun illərdir ki, bir yerdə olmuşuq, vaxtaşırı görüşmüşük,  




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə