____________________________________________
52
Mən, necə deyərlər, yeni Amerika kəşf etmirəm, ürəyimin
içində olan sözləri deyirəm. Siz bunları məndən də yaxşı
bilirsiniz. Amma bu məsələdə hər birimiz fərdi surətdə daha
artıq dərəcədə fəallıq göstərməliyik. Düzdür, mən başa düşürəm
ki, bu gün belə imkanlar azdır. Nə üçün? Ona görə azdır ki,
dünən "Azərbaycan" jurnalının 76 min tirajı var idi, bu gün onun
min nüsxə tirajı var. "Ədəbiyyat" qəzetinin dünən 56 min tirajı
var idi, bu gün min nüsxə tirajı var. Deyək ki, mən - Elçin ədəbi
proses barədə bir məqalə yazmışam, hansısa bir əsərə qiymət
vermişəm, ya tənqid, ya da tərif vermişəm. Bir var bu, 76 min
tirajlıq jurnalda çap olunsun, bir də var min nüsxə tirajı olan
jurnalda. Qeyd etmək lazımdır ki, o da az əhəmiyyətli deyil ki,
mənim bu məqaləm 76 min nüsxə tirajlıq jurnalda çap
olunmuşdursa, onda mən qonorar alıram və növbəti
məqaləmədək uşaqlarımı dolandırıram, daha sonra yeni bir
məqalə yazıram. Amma bu, min nüsxə tirajlıq jurnalda çap
edilirsə, əlbəttə, müəyyən məhdu-diyyətlər ortaya çıxır.
Bütün bunlara baxmayaraq, burada oturanlardan hər birimiz -
möhtərəm Prezident dedi ki, buradakılar bizim hörmətli qələm
sahiblərimizdir - gərək bu altı ildə ədəbiyyatın təəssübünü
çəkmək nöqteyi-nəzərindən edə bildiklərimizi etmişikmi? Heç
bir şey etməmişik. Mən bunu birinci özümə deyirəm, - heç bir
şey eləməmişik. Ona görə də o cür qrafoman ədəbiyyatı baş alıb
gedir. Mən Sizi inandırıram, bu qrafoman ədəbiyyatının qarşısı
alınmasa, bu deqradasiya bizi ən geridə qalmış ölkələrin səviy-
yəsinə aparıb çıxaracaq.
Mən çox arzu edirəm ki, bizim Yazıçılar Birliyinin
qurultayında bu ətrafda söhbət getsin. Şübhəsiz ki, belə də
söhbət gedəcəkdir. Mən çox arzu edirəm ki, Yazıçılar Birliyi də,
Nizami adına Ədəbiyyat İnstitutu da, qəzet redaksiyaları da ilk
növbədə "Ədəbiyyat" qəzeti, "Azərbaycan", "Ulduz" jurnalları
bütün bö-yük çətinliklərə baxmayaraq, bu
____________________________________________
53
qurultaydan sonrakı dövrdə daha artıq dərəcədə ədəbiyyatın
təəssübünü çəkməyə diqqət yetirsinlər. Yenə də deyirəm, mən
çox gozəl başa düşürəm ki, iclasda ədəbiyyat yaranmır, "yaxşı
əsər yaz" deməklə heç kim gedib oturub yaxşı əsər yazmayacaq.
Əgər yazıçının qabında bir şey varsa, ona heç nə demədən gedib
yazacaq və gətirib verəcək. Amma bütün bunlarla bərabər, mən
çox arzu edirəm ki, gələcəkdə daha artıq dərəcədə ədəbi
disputlar keçirilsin, ədəbiyyat söhbəti getsin, ədəbiyyat
müzakirəsi olsun, hətta mən bu sözü deməkdən çəkinmirəm ki,
ədəbiyyat davası olsun, amma sağlam dava olsun. Çox sağ olun,
təşəkkürümü bildirirəm.
YEKUN SÖZÜ
Mən görüşümüzün əvvəlində dedim, - söhbətimiz elə olsun
ki, qurultayda da deməyə söz qalsın. Yoxsa bunların hamısını
burada desək, qurultaya gələcəyik, deyəcəklər ki, hər şeyi
demişik. Ola bilər hələ kimsə məni günahlandırsın ki, Heydər
Əliyev bizi ora yığdı, sözlərimizi dedik, qurultaya qalmadı.
Buna görə də gəlin sözlərimizi qurultaya da saxlayaq, əsas
söhbəti qurultaya saxlayaq ki, o, həqiqətən mənalı, məzmunlu
keçsin, dərin fikirlərlə dolu olsun. Amma bugünkü görüşümüzün
əsas məqsədi ondan ibarətdir ki, ümumi bir fikrimizi cəmləyək.
Mən belə başa düşdüm ki, bu altı il müddətində bizim
Yazıçılar Birliyi bütün bu çətin dövrü yaşayıb, bütün bu
çətinliklərə baxmayaraq mövcuddur və bundan sonra da
Azərbaycan yazıçılarını öz ətrafına toplayıb yeni-yeni əsərlər
yazmağa şərait yaradacaqdır və kömək edəcəkdir. Mən belə
düşünürəm. Ona görə də hesab edirəm ki, Yazıçılar Birliyi nə
qədər nöqsanlar olmuş olsa da, bu müddətdə öz üzərinə düşən
vəzifəni imkan dairəsində yerinə yetiribdir.
____________________________________________
54
Bir daha qeyd edirəm, Yazıçılar Birliyi dağılmayıbdır. Bizim
yazıçılarımız bir-birindən nə qədər narazı olsalar da, parça-
lanmayıblar, qruplara, ayrı-ayrı dəstələrə bölünməyiblər. Hamısı
bir yerdədir, birlik var. Bu, özü böyük bir hadisədir. İndi bizdə
quruluş dəyişibdir. Dövlət quruluşu, ictimai-siyasi quruluş
dəyişibdir. Biz müstəqil dövlətik. Ancaq keçmişdən bizə bu gün
və gələcək üçün yararlı olan vasitələri, qurumları yaşatmalı,
istifadə etməliyik.
Azərbaycanda Yazıçılar İttifaqı 1934-cü ildə yaranıbdır. İndi
1997-ci ildir, əsr sona çatır. Yazıçılar İttifaqının yaşamasında bir
neçə nəsil öz xidmətlərini göstəribdir. Yazıçılar İttifaqı
yazıçıların yaşaması, inkişaf etməsi, yaradıcılıqla məşğul olması
üçün çox işlər görübdür.
Burada məlumat verildi ki, gənclərdən 100 nəfər Yazıçılar
Birliyinə üzv olmaq istəyir. Bu, çox sevindirici haldır. Demək,
bu Birliyə inam, etibar var və insanlar bu Birlikdə olmaq
istəyirlər.
Mən güman edirəm ki, bu qurultay açıq-aydın, aşkar, sərbəst
şəraitdə keçməlidir. Mənim fikrim belədir. Hərə öz sözünü
deməlidir, öz fikrini bildirməlidir. Fikir sərbəstliyi, azaldığı
təmin olunmalıdır. Güman edirəm ki, qurultay bizim
yazıçılarımızın, tək yazıçılarımızın yox, yazıçıların ətrafına
toplaşan yaradıcı qüvvələrin bundan sonra daha da sıx olması və
daha yaxşı fəaliyyət göstərməsi üçün imkan yaradacaqdır. Altı il
elə bir dövrdür ki, bu altı il Azərbaycanın dövlət müstəqilliyinin
yaşıdır.
Şübhəsiz ki, çətinliklər var, bunları demək lazımdır və
bunları aradan götürmək lazımdır. Ancaq heç kəs güman
etməsin ki, birincisi, bunlar asandır və ikincisi, bunları tezliklə
aradan götürmək olar. Yox. Bilirsiniz, müstəqil dövlət qurmaq
bir bina tikmək deyil. Böyük bir binanı da tikəndə buna üç-dörd
il vaxt lazım olur. Xatirimdədir, mən bu binanı tikməyə
başladım, onu qurtaranadək beş il vaxt keçdi. Amma
Dostları ilə paylaş: |