MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə25/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   21   22   23   24   25   26   27   28   ...   157

____________________________________________ 

78

 



 

 

ŞAİR RÜSTƏM BEHRUDİNİN ÇIXIŞI 

 

 

Prezidentimiz dedi ki, məni tanıyır. Biz Naxçıvanda 



görüşmüşük. 

Heydər Əliyev: Behrudi, ordubadlısan da? 

Rüstəm Behrudi: Bəli, ordubadlıyam. 

Heydər  Əliyev: Özü də soruşdum ki, bu Behrudi nədir? 

Dedin ki, kəndimizin adıdır. Yadındadırmı? 



Rüstəm Behrudi: Bəli, yadımdadır. Sizə o vaxt kitablarımı 

da bağışlamışdım. 



Heydər Əliyev: Bağışlamışdın. 

Rüstəm Behrudi: Siz o vaxt Türkiyədən gəlmiş valiyə 

dediniz, o məni Ankaraya apardı.  İndi mən başqa məsələdən 

danışmaq istəyirəm. On il bundan əvvəl, bilmirəm, Anar 

müəllimin, yoxsa Əkrəm müəllimin Hollandiya ilə bağlı bir 

yazısını oxumuşdum. 

A n a r: Mən Hollandiyada olmamışam. 

Rüstəm Behrudi: Ola bilsin ki, Əkrəm müəllimin yazısı idi. 

Sizin nəsildən olan bir yazıçının sözləri idi ki, Hollandiyada bir 

hekayəsi çap olunan müəllif ölənə  qədər  dövlətin nəzarətinə 

götürülür və ona kömək edilir. Ola bilsin ki, orada istedadlı 

adam azdır, amma Azərbaycanda çoxdur. Anar müəllim, bir il 

bundan  əvvəl Tofiq Qaraqayaya və  Əlisəmid Kürə Yazıçılar 

Birliyi ev verib. Onlar məndən xahiş etdilər möhtərəm 

prezidentə deyim ki, onların mənzil məsələsi həll olunsun. 

Bütün ömürləri boyu kirayədə yaşayan bu adamların 

mənzillərini qaçqınlar tutublar. Mən özüm də qaçqın kimiyəm, 

heç vaxt evim-eşiyim olmayıbdır. Özümə ev istəmirəm, heç 

kimə ehtiyacım yoxdur. 



Heydər  Əliyev: Evin-eşiyin olmayıb, amma qacqın 

deyilsən? 

  

 

 




____________________________________________ 

79

 



 

Rüstəm Behrudi: Ordubadda evim var, istəsəm gedib orada 

yaşayaram. Ancaq bu adamlar məndən xahiş etdilər ki, mən bu 

sözü burada işlədim. Möhtərəm prezidentə deyim ki, bunu həll 

etsin. Bu onlar üçün çox böyük problemdir. 



A n a r: Sən yaxşı mənim yadıma saldın. Mən ev məsələsini 

ona görə qaldırmadım ki, dünən prezidentlə bu barədə söhbət 

olub. Bu iki nəfər ki var - Əlisəmid Kür və Tofiq Qaraqaya

bunlara mənzil veriblər, qaçqınlar isə  gəlib tutublar. Problem 

bundar ibarətdir. 

Rüstəm Behrudi:  Mənim xoşum gəldi ki, burada məddah 

şair, yazıçı görmədim. Mən bir dəfə  qəzetdə yazmışdım ki, 

Azərbaycanın bütün məddah  şairləri və yazıçılarının hamısının 

adından bu millətdən üzr istəyirəm. Bir də görürsən ki, küçədən 

keçənin biri götürüb Heydər Əliyevə şer yazır. 

Mən ürəyimdən keçən sözləri demək istəyirəm. 

Prezidentimizin ona ehtiyacı varmı? Dünya-aləm bilir ki, 

Heydər  Əliyev kimdir. Onu da bəyənirəm ki, prezidentin 

haqqında məddahlığa yol verməmək barədə  rəsmi göstəriş var. 

Bütün nəsillər bilir ki, Heydər Əliyev kimdir. Çox sevinirəm ki, 

o məddahları burada görmədim. 

Yazıçılar  İttifaqının rolundan danışmaq istəyirəm. Mən 

dünyanın bir neçə ölkəsində - Almaniyada, Belçikada olmuşam, 

bu ölkələrdə kitablarım çıxıb. Orada Yazıçılar  İttifaqı kimi 

dövlət səviyyəli heç bir qurum görmədim. Türkiyədə Yazıçılar 

Birliyi var, amma dövlətin deyil. Beş-on yazıçı bir yerə 

toplaşaraq belə bir cəmiyyət yaradır. Bəlkə bizdə də lazımdır, - 

mən belə fikirləşirəm. Bəlkə heç lazım deyil. Anar müəllimin 

vaxtında mən Yazıçılar İttifaqının üzvü olmuşam. Bu təşkilatdan 

heç nə görməmişəm... 

Anar müəllim, mən bilmək istəyirəm, - bu Yazıçılar  İttifaqı 

lazımdır, ya yox? Mən bunu Yazıçılar  İttifaqının üzvlərindən 

soruşmaq istəyirəm. 

  



____________________________________________ 

80

 



 

Müharibə dövründə  mən cəbhəyə çox gedib-gəlirdim. 

Avtomatım da vardı. Sədərəyə getmişdim. Anar müəllim də 

orada idi. Cəbhədə bir nəfər  şair və yazıçını döyüşçü kimi 

görmədim. Mən Tərtərdən vurub Qazaxdan çıxırdım.  Əslində 

hamımız getməliydik. Mən üzr istəyirəm,  əsgəri girdiyi 

torpaqdan yalnız əsgər çıxara bilər. 

Bu gün Heydər Əliyev müharibəni saxlayıb, barışığa getmək 

istəyir. Amma barışıq yolu uzun bir yoldur. 

Vətənimizin indiki ağır dövründə  hər birimiz döyüşçü 

olmalıyıq. Hər bir şair döyüşçüdür, qabaqda getməlidir. 

Məsələn, rəhmətlik Rəsul Rza, Səməd Vurğun o vaxt cəbhəyə 

gedirdi. Bizim birimiz də cəbhədə ölmədik. 

Öz yaradıcılığım barədə onu bildirmək istəyirəm ki, çoxlu 

kitablar yazmışam, bunlar alman, fransız dillərində  də  nəşr 

olunubdur. 

Möhtərəm Prezident, qardaşımın öldürülməsi məsələsinin 

araşdırılmasında kömək göstərməyinizi xahiş edirəm. 

Qələm dostlarımın məişət məsələlərinə toxunaraq demək 

istəyirəm ki, burada oturan cavanların çoxunun evi-eşiyi yoxdur. 

Anar müəllim, siz bunu bilirsiniz. Burada əyləşənlər 

Azərbaycanın milli sərvətidir. O adamlar hamısı küçədədir. 

Mən bunlarla bir yerdə oturub-duran, onların halına yanan 

adamam. Bu adamlara kömək etmək lazımdır. Azərbaycanın 

gələcəyi bir sərhəddə keşik çəkən döyüşçüdən, bir də bu 

adamlardan asılıdır.* 

 

 

 



_________________ 

Görüşdə şairə Mahirə Abdullayeva, şair Əjdər Ol, yazıçı-jurnalist Səyyad Aran, 



filologiya elmləri doktoru, prof. Nizami Cəfərov, tənqidçi  Şəlalə  Həsənova, yazıçı, 

filologiya elmləri doktoru, prof. Rəfael Hüseynov, şair Musa Urud, şair  İlqar  İlkin, 

Dəyanət Osmanlı, Salam Sarvan da çıxış etmişlər. 

  

 




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə