MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə27/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   23   24   25   26   27   28   29   30   ...   157

____________________________________________ 

84

 



ustasının, yaxud böyük bir ədəbiyyat xadiminin olması bizi 

sevindirir. Düşünürsən ki, bundan sonra nə olacaqdır? Amma 

görürsən ki, ondan sonra yeni, ona bənzər, bəlkə ondan da 

parlaq bir insan gəlir. Bu, bizim xalqımızın nə  qədər böyük 

istedada, fitri potensiala malik olmasını göstərir. Biz bununla 

fəxr edə bilərik ki, xalqımız həqiqətən çox istedadlı xalqdır, 

xüsusən ədəbiyyat, mədəniyyət sahəsində çox istedadlı xalqdır. 

Biz özümüz bunu bəlkə  də istənilən qədər qiymətləndirə 

bilmirik. Elə  təkcə XX əsrdə bizim məşhur  şairlərimizin

yazıçılarımızın hamısının adını sayıb çatdırmaq mümkün deyil. 

XX əsr nədir ki, 100 ildir. Amma xalqımız bu əsrdə dünyaya və 

millətimizə  nə  qədər böyük insanlar bəxş edibdir. Ona görə  də 

bu gün gənc nəslin  ədəbiyyata belə böyük marağı, həvəsi və 

yazmaq arzusu çox sevindiricidir. 

Mən gənc nəsil üçün bir məsələni də demək istəyirəm. Sizin 

üstünlüyünüz nədir? Siz artıq müstəqil Azərbaycanın yazıçıları, 

şairlərisiniz və sərbəst, azad, müstəqil bir dövlətdə yaşayırsınız. 

Mən keçmişimizi heç vaxt pisləməmişəm və heç vaxt 

pisləməyəcəyəm. Tarixdə  həmişə böyük nailiyyətlərlə itkilər, 

müsbət və mənfi hadisələr yan-yana olubdur. 

Hər  şey heç vaxt tam gül-çiçək içində olmayıbdır. Biz 

keçmişdə hansı itkilər vermişik, amma hansı nailiyyətlər də əldə 

etmişik - hamısı məlumdur. Ona görə də keçmişi pisləmək lazım 

deyil. Keçmişdə pis olana pis, yaxşı olana yaxşı demək lazımdır. 

Mən belə fikirdəyəm. Ancaq bununla yanaşı, bizim 

keçmişimizdə  nə  qədər yaxşı nailiyyətlərimiz,  ədəbiyyat, 

mədəniyyət sahəsində  əsərlərimiz olsa da hesab edirəm ki, 

gələcəyimiz onlardan qat-qat üstün olacaqdır. Çünki biz artıq 

müstəqil dövlətik, xalqımız azaddır. Bu, hər şeydən üstündür. 

Şübhəsiz ki, biz keçmişdə  əldə etdiyimiz nailiyyətlərdən, 

yaranmış  əsərlərdən daim istifadə edəcəyik. Səməd Vurğunun, 

Rəsul Rzanın, Süleyman Rüstəmin, Mehdi Hüseynin

  

 

 




____________________________________________ 

85

Süleyman Rəhimovun, Mirzə  İbrahimovun  əsərlərini heç kəs 



neç vaxt unutmayacaqdır. Əksinə, onlarda olan bədiilik, yüksək 

səivyyəli sənət nümunələri bizim üçün həmişə böyük sevinc 

mənbəyi, yazıçılarımız, şairlərimiz, ədəbiyyatşünaslarımız üçün 

həmişə örnək olacaqdır. Mən belə hesab edirəm. Ancaq onlar 

müstəqil dövlətdə yaşamamışdılar. Onlar bizə böyük irs 

qoyublar, ancaq eyni zamanda biz onlardan daha da xoşbəxtik

çünki biz müstəqil dövlətdə yaşayırıq. Siz, gənc nəsil, bizlərə, 

yaşlı  nəslə nisbətən daha da xoşbəxt adamlarsınız, çünki siz 

daim müstəqil dövlətdə yaşayacaqsınız. Mən tam əminəm ki, 

bizim müstəqilliyimiz 

əbədi, daimi olacaqdır. Biz 

müstəqilliyimizi həmişə yaşadacağıq. Bizim ədəbiyyatımız, 

incəsənətimiz, mədəniyyətimiz müstəqillik  şəraitində daha da 

çox inkişaf edəcəkdir. 

Mən gənclərə üzümü tutub deyirəm, - sizin qarşınızda çox 

gözəl imkanlar, perspektivlər var. Şübhə etmirəm ki, siz böyük 

uğurlar  qazanacaqsınız,  ədəbiyyatımızı inkişaf etdirəcəksiniz. 

Şübhə etmirəm ki, sizin içinizdən Azərbaycan xalqının 

ədəbiyyatını, mədəniyyətini daha da yüksəklərə qaldıran böyük 

şairlər, yazıçılar,  ədəbiyyatçılar,  ədəbiyyatşünaslar çıxacaqdır. 

Mən buna heç şübhə etmirəm. Çünki indiyədək yaşadığımız 

dövr və  əldə etdiyımiz nailiyyətlər buna belə deməyə tam əsas 

verir.  Şərait daha da sərbəst olanda, insan daha müstəqil, azad 

olanda,  Şübhəsiz ki, onun daxilində olan imkanlar daha çox 

açılır və öz bəhrəsini verir. 

Bizim hamımızın məqsədimiz əldə etdiyimiz müstəqilliyimizi 

möhkəmləndirmək, qorumaq, saxlamaq olmalıdır.  Şübnəsız ki, 

bu asan deyil. Bilirsiniz ki, ölkəmizin müstəqilliyinə xaricdən 

kəc baxanlar var. Eyni zamanda daxildə  də  bəziləri var, köhnə 

fikirlərlə yaşayanlar da var. Bizim respublikamızın həm təbii 

sərvətləri, həm də geo-siyasi, strateji vəziyyəti çox ölkələrin 

maraq dairəsinə çevrilibdir. Bunlar da var. Biz hələ 

Errnənistanın  təcavüzündən  xilas  ola  bilməmişik,  torpaq- 

  

 



 


____________________________________________ 

86

 



larımızın 20 faizi işğal altındadır. Bizim bir milyon soydaşımız 

yerindən-yurdundan didərgin düşübdür, qaçqındır, çadırlarda 

yaşayırlar. Problemlər çoxdur, amma mən  əminəm ki, biz bu 

problemləri həll edəcəyik.  Əminəm ki, bizim torpaqlarımız 

işğalçı qüvvələrdən azad olunacaq. Əminəm ki, Azərbaycanın 

ərazi bütövlüyü bərpa ediləcək. Əminəm ki, yerindən-yurdundan 

didərgin düşmüş  vətəndaşlarımız öz yerlərinə qayıdacaq. 

Əminəm ki, işğal altında qalmış viran olmuş torpaqlarımızda 

yeni yaşayış başlayacaq - evlər tikiləcək, insanlar özlərinə yaxşı 

şərait yaradacaqlar. Mən buna əminəm. Çünki respublikamızın 

iqtisadi imkanları, potensialı  və bizim apardığımız müstəqillik 

siyasəti mənə bu sözləri deməyə əsas verir. Mən buna əminəm. 

Şübhəsiz ki, bunlar böyük iş  və vaxt tələb edir. Bu böyük 

işləri biz görməliyik, qarşımızda olan vaxtdan istifadə etməliyik. 

Bunun üçün də hamı bu qayğılarla - müstəqil Azərbaycan 

xalqının qayğıları ilə yaşamalıdır. Bu qayğılar hər şeydən üstün 

olmalıdır. 

Təbiidir ki, hər bir insanın öz şəxsi həyatı var. İnsanın şəxsi 

həyatındakı  vəziyyəti onun cəmiyyətdəki vəziyyətinə  və gedən 

proseslərə  də  təsir edir. Bunlar həm təbiidir, həm də bunları 

anlamaq lazımdır.  Şəxsən mən bunları anlayıram. Ancaq nə 

etməli? Bu bizim bu günümüzün gerçəkliyi, reallığıdır. Başqası 

yoxdur. Ola bilərdi ki, biz keçmiş dövlət şəraitində yaşayaydıq, 

yazıçıların, yaxud başqa mədəniyyət xadimlərinin imtiyazları 

da, imkanları da olaydı. Amma müqayisə edək, görək hansı daha 

yaxşıdır, bizim üçün hansı daha əzizdir? Mən belə hesab edirəm 

ki, bu əzab-əziyyətə dözüb, müstəqillik dövrünü yaşamaq o 

dövrdəki imtiyazlı şəraitdə yaşamaqdan qat-qat üstündür. Çünki 

bu həyatın, dövrün gələcəyi var, amma onun gələcəyi yox idi, 

olmadı da. 

Sovet  İttifaqı dağıldı, dağılmalı idi də. Bəli, onun gələcəyi 

yox idi, olmadı da. Baxmayaraq ki, biz hamımız o dövrün 

  

 

 




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə