MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə35/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   31   32   33   34   35   36   37   38   ...   157

____________________________________________ 

108


  

 

dirdi. Qərar qəbul olunub, ancaq biz latın  əlifbasına keçə 



bilmirik. Mən göstəriş vermişəm və bütün dövlət sənədləri latın 

əlifbası ilə yazılır. Ancaq onları başqa yerlərə göndərəndə 

çoxları oxumaqda çətinlik çəkirlər. Nə üçün belə olubdur? 

Bu təbiidir, çünki bir əlifbadan başqasına keçmək asan deyil. 

Mənim xatirimdədir, 1939-cu ildə latın  əlifbasından kiril 

əlifbasına keçəndə  nə  qədər böyük çətinliklər yarandı, - 

bilmirəm, burada oturanların bəlkə  də bir çoxu onu xatırlamır, 

amma mənim xatirimdədir, bəli, mən orta məktəbi Azərbaycan 

dilində latın əlifbası ilə bitirmişəm, - indi də bu, həm təbii, həm 

də çətin prosesdir. Amma biz bu yolu keçəcəyik. Ancaq baxın, 

keçən  əsrin, XIX əsrin ortalarında Mirzə  Fətəli Axundov 

Azərbaycanda latın əlifbasını tətbiq etməyə çalışıbdır. Onun bu 

barədə  fəaliyyəti məlumbur. Mən onun bir neçə  məktubuna 

baxdım, arxivdəki məktublarının bəziləri ilə tanış oldum. Bunu 

keçmişdə  də bilirdim, amma bu son zamanlar mən onu 

xatırladım, hafizəmdə bir daha təzələdim. O nə qədər uzaqgörən 

bir insan imiş! Çünki latın əlifbasını tətbiq etmək istəmişdir. 

Xatirinizdədir ki, o, Tbilisidən  İstanbula getmiş, iki ay 

çalışmış, hətta ona orada bir orden də vermişdilər, amma latın 

əlifbasını qəbul etməmişdilər. 

Bu gün demək lazımdır ki, məhz sovet hakimiyyəti dövründə 

o vaxtkı insanlar 1926-cı ildə Azərbaycanda latın  əlifbasının 

tətbiq edilməsinə nail oldular. Lakin ondan təxminən 10-11 il 

sonra latın  əlifbasını bizim əlimizdən aldılar.  İndi biz Mirzə 

Fətəli Axundovun XIX əsrin ortalarındakı arzularını, 

niyyətlərini həyata keçiririk. Amma ümidvararn ki, bunu 

əlimizdən daha heç kim ala bilməyəcəkdir. Çünki biz artıq   

müstəqil  bir   dövlətik   və      müstəqilliyimiz   də   daimidır, 

əbədidir. 

Mən bu fikirlərlə XIX əsrin və XX əsrin Azərbaycan 

ədəbiyyatı üçün nə qədər məhsuldar olduğunu bildirmək 

  

 



 


____________________________________________ 

109


 

istəyirəm. Bu gün biz burada qurultay keçirərək müasir 

ədəbiyyatımız haqqında danışarkən bu ədəbiyyatı yaradanları bu 

ədəbiyyatı inkişaf etdirənləri daim hörmət, ehtiram, 

münnətdarlıq hissi ilə yad etməliyik. Ona görə də təsadüfi deyil 

ki, biz Azərbaycanda yazıçıların,  şairlərin yubileylərinin 

keçirilməsini böyük əhəmiyyətli bir hadisə hesab edirik. Bəziləri 

indi də buna bir az kəc baxırlar, «bu yubileylər nəyə lazımdır, 

indi bizim həyatımız çətindir, ağırdır», - deyirlər. Ancaq mən bu 

fikirlərlə heç vaxt razı olmamışam, bu gün də razı deyiləm. 

Əminəm ki, keçirilən hər bir belə yubiley bizim həyatımızda çox 

böyük yeni hissiyyatlar doğurur, yeni qüvvələr meydana gətirir. 

Biz gələcəkdə 

də 


şairlərimizin, yazıçılarımızın, 

mütəfəkkirlərimizin yubileylərini keçirəcəyik və  hər bir belə 

yubiley xalqımızın bayramı olacaqdır. 

Azərbaycanda yazıçıya,  şairə hörmət və ehtiramın geniş 

olması haqqında fıkirlərimi tamamlamaq üçün bir - iki məqama 

da toxunmaq istəyirəm. Azərbaycanda  şairlərə, yazıçılara 

qoyulan heykəllər qədər heç bir insana heykəllər qoyulmayıbdır. 

Bunun özü ədəbiyyata,  şairə,  şerə, yazıçıya nə  qədər böyük 

hörmətin olduğunu göstərir. 

Burada  Şuşanı,  Vaqifin məqbərəsini yada  saldılar.  Bu 

mənim üçün çox əzizdir. Bəli, Vaqifin vəfatından 200 il sonra 

biz Şuşada onun məzarı üzərində əzəmətli bir məqbərə ucaltdıq. 

Bu, həm Vaqifin yaradıcılığına, həm də ümumiyyətlə 

ədəbıyyata,  şerə, mədəniyyətə olan münasibətimiz idi. Biz 

nəhayət, çox çətinliklərdən sonra Hüseyn Cavidin məqbərəsini 

Naxçıvanda ucaltdıq. Azərbaycanda heç bir tarixi şəxsiyyətə 

məqbərə yoxdur, ancaq şairə, yazıçıya var. Amma gəlin açıq 

danışaq, bu xalqı yaşadanlar tək  şairlər, yazıçılar olmayıbdır. 

Azərbaycanın  padşahları  da,   sərkərdələri      də,   xanları  da 

olubdur. Xanlıqlar zamanı müxtəlif dovlətlər olub, bu 

dövlətlərin   başçıları    olubdur.    Azərbaycanın   böyük    

dövlət xadimləri olubdur.  Amma indi  onların  hansının heykəli, 

  



____________________________________________ 

110


 

 

yaxud məqbərəsi var? Amma şairlərin, yazıçıların var və 



olmalıdır, olacaqdır. 

Mən bu fikirləri sizə çatdırmağa bəlkə çox vaxt sərf etdim, 

ancaq mən bununla sizə  də, bizim cəmiyyətimizə  də bir daha 

bildirmək istəyirəm ki, Azərbaycanda  ədəbiyyata, mədəniyyətə 

daim böyük hörmət olubdur. Bu keçid dövründə, həyatımızın 

ağır dövründə  də hörmət, qayğı var və bundan sonra da 

olacaqdır. 

Qayğılar haqqında biz son görüşlərdə  də danışdıq. Mən 

üçüncü gündür ki, ədəbiyyatla məşğulam. Bəziləri birinci 

gündür qurultaydadırlar, mən isə üç gündür ki, qurultaydayam, 

amma bundan məmnunam. Baxmayaraq ki, mənim başqa çox 

vacib işlərim qalıbdır, ancaq mən heyfslənmirəm. Dünən də, 

bundan  əvvəlki gün də  və bu gün də sizinlə birgə keçirdiyim 

saatları, vaxtı özüm üçün çox əhəmiyyətli hesab edirəm. Güman 

edirəm ki, bunların da nəticələri olacaqdır. 

Bu günlər yazıçıya,  ədəbiyyata qayğılar haqqında danışıldı. 

Siz bilirsiniz ki, keçmiş dövlət çərçivəsində bu qayğıları 

göstərmək çox çətin bir şey deyildi. Biz bunu edirdik və sizin 

hamnız da o qədər öyrənmişdiniz, elə bilirdiniz ki, şair anadan 

gələndən belə qayğı ilə əhatə olunmalıdır. Amma unutmuşdunuz 

ki, Füzuli də çox ağır vəziyyətdə yaşamışdır. Füzuli o şəraitdə 

yaşayıb-yaratmışdırsa, heç kəs deyə bilməz ki, onun çox böyük 

imkanları olmuşdur. Yaxud, götürün Mirzə  Ələkbər Sabiri. O, 

hansı şəraitdə yaşayıb-yazmışdır - məlumdur, elədirmi? Yaxud, 

götürək Mirzə  Cəlil Məmmədquluzadəni. O, hansı  şəraitdə 

yaşayıbdır? Siz də bilirsiniz ki, ömrünün son illərində o, 

qəzetləri, bəzi kitablarını qış vaxtı peçdə yandırıb, onun istisinə 

qızınırmış. Bunu ki, bilirsiniz. Bu, bizim dövrümüzdə, 1932-ci 

ildə olubdur. Belə də olubdur. 

Ancaq son dövrdə ümumiyyətlə dövlətin yazıçılar,  şairlər 

üçün yaratdığı şərait artıq o qədər qanuniləşmişdi ki, hamı hesab 

edirdi daim belə olacaq, belə də olmalıdır. Ancaq o 

  



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə