MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə32/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   28   29   30   31   32   33   34   35   ...   157

____________________________________________ 

99

 



Mən çox sevinirəm və xoşbəxtəm ki, ilk dəfə Azərbaycanın 

yazıçılarının qurultayında 27 il bundan əvvəl nitq söyləmişəm, o 

qurultayın iştirakçısı olmuşam və ondan sonrakı qurultaylarda 

da daim iştirak etmişəm, yazıçılarımızla,  şairlərimizlə, 

mədəniyyət xadimləri ilə bir yerdə olmuşam, bu gün də sizinlə 

bir yerdəyəm. Bunun da səbəbi var. Birincisi, şəxsən mən 

ədəbiyyatı çox sevən adamam və  gənc vaxtlarımdan, hətta 

uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini oxuyandan 

ədəbiyyatı sevmişəm. Bu gün sizə deyə bilərəm ki, şəxsən 

mənim bir insan kimi forma-laşmağımda, təhsilimdə, əxlaqımda, 

mənəviyyatımda  ədəbiyyatın, mədəniyyətin çox böyük rolu 

olmuşdur. Mən orta məktəbdə oxuyarkən Azərbaycan 

şairlərinin, yazıçılarının bütün əsərlərini sevə-sevə oxumuşdum, 

onları bu gün də unutmamışam. Bəlkə də bu əsərlərin bəzilərini 

ondan sonra oxumamışam, ancaq o illərdə - o uşaqlıq, gənclik 

illərində onlar mənə o qədər təsir edib ki, mən onları 

unutmamışam. Bu "oxumuşam, unutmamışam" sözləri sadəcə 

bir fıkir deyil. Yəni onlar mənə  təsir edib, mən onlardan 

bəhrələnmişəm, mənəvi qida almışam, 

ədəbiyyatla, 

mədəniyyətlə daim bağlı olmuşam. 

Mən 1971-ci ildə Azərbaycan yazıçılarının qurultayında ilk 

dəfə Azərbaycanın rəhbəri kimi iştirak edirdimsə, ondan əvvəlki 

qurultaylarda da kənarda olmamışdım. O zaman mən Azər-

baycanın rəhbəri deyildim, başqa vəzifələr tuturdum, ancaq 

yazıçıların qurultayını daim izləyirdim və imkan olanda gəlib 

salonda oturub yazıçıları dinləyirdim. Mən hər dəfə yazı-

çılarımızın görüşlərinə gedirdim və onlarla görüşməyi özüm 

üçün böyük bir hadisə hesab edirdim. 

Bu, həmin məsələyə  mənim  şəxsi münasibətimdir. Ancaq 

eyni  zamanda 1969-cü ildən tale mənim üzərimə böyük bir 

vəzıfə, böyük bir məsuliyyət qoymuşdur. Mən o məsuliyyəti 

dərk edərək, o vəzifəni layiqincə yerinə yetirməyə çalışaraq, 

hərnişə hesab etmişəm, bu gün də hesab edirəm ki, ədəbiy- 

  



____________________________________________ 

100


 

yata, mədəniyyətə diqqət yetirmək, qayğı göstərmək lazımdır, 

ədəbiyyatdan, mədəniyyətdən həyatın başqa sahələrində  işin 

müvəffəqiyyətlə  həyata keçirilməsi üçün istifadə etmək 

lazımdır. Mən məhz bunlara görə yazıçıların bütün qurultayları 

ilə bağlı olmuşam, onlarda iştirak etmişəm. Çox məmnunam ki, 

siz onları unutmamısınız, xatırlayırsınız. 

Ancaq bir halda ki, mən söhbəti bu tərəfdən başladım, onu 

qeyd etmək istəyirəm ki, qurultay işə başlayandan mən burada 

oturmuşdum, sizə diqqətlə qulaq asırdım, fikirləşirdim, çox 

şeyləri xatırlayırdım. Yazıçılar Birliyi ilə bu əlaqələrimi şəxsən 

mən özüm üç mərhələyə bölürəm. Birinci mərhələ həmin illərdir 

ki, - xatirimdədir, bir dəfə biz o vaxtkı Siyasi Maarif evində 

qurultay keçirdik, sonra başqa yerdə keçirdik. Xatırladılar, 

1981-ci ildə burada, bu salonda keçirdik, - o mərhələ idi ki, mən 

Azərbaycana rəhbərlik edirdim və qurultayın işində 

Azərbaycanın rəhbəri kimi iştirak edirdim. 

İkinci mərhələ 1991-ci ildə sizin qurultayın işində  mənim 

qısa müddətdə  iştirak etməyimdir. Yadınızdadır ki, o zaman 

mən vəzifədə deyildim, amma siz məni qurultayınıza yenə dəvət 

etdiniz. Üçüncü mərhələ isə indiki mərhələdir, Azərbaycanın 

dövlət müstəqilliyi, azadlığı  şəraitində keçirdiyimiz ilk 

qurultaydır və mənim burada iştirak etməyimdir. 

Mənim həyatımda çox çətin dövrlər, anlar olubdur. Ancaq 

bununla yanaşı, tale çox vaxtlarda mənə kömək edibdir və 

mənim arzularımı yerinə yetiribdir. Ona görə də görürsünüzmü

mən bu üç mərhələdə bu qurultaylarda iştirak edirəm. 

Hər dövrün özünəməsus  əhəmiyyəti, mənası vardır. Mən 

özümün özüm üçün müəyyən etdiyim bu dövrlərin, - ola bilər, 

kimsə bununla razı olmasın, ancaq bu mənim şəxsi fikrimdir, - 

hər birinin həm yazıçılarımız üçün, həm də Azərbaycanın həyatı 

üçün, o, cümlədən şəxsən mənim bu işə münasibətim üçün çox 

əhəmiyyətli, çox məhsuldar olduğunu görurəm. 

  

 



 


____________________________________________ 

101


 

Əgər 70-ci illəri, 80-cı illərin  əvvəlini götürsək, o vaxt biz 

Sovetlər  İttifaqı deyilən bir ölkədə yaşayırdıq. Sovetlər 

İttifaqının tərkibindəki 15 müttəfiq respublikadan biri də 

Azərbaycan idi. Biz kommunist rejimi, sosialist quruluşu 

şəraitində yaşayırdıq. Bizim hamımız o dövrün yetişdirməsiyik, 

bəhrəsiyik. Bəlkə  də bu salonda oktyabr inqilabından  əvvəl 

dünyaya gəlmiş adamlardan təkcə Mirvarid xanımı görmək olar. 

O birilərin hamısı ondan sonra dünyaya gəliblər. Ancaq 

Mirvarid xanım oktyabr inqilabından əvvəl dünyaya gəlibsə də, 

onun da fəaliyyəti məhz oktyabr iqilabından sonra yaranmış 

quruluş  çərçivəsində keçibdir. Biz o quruluşda, o həyatda, o 

dövlətdə, o şəraitdə yaşamışıq, təhsil almışıq, böyümüşük və 

respublikamızı, xalqımızı yaşatmışıq. Ona görə  də o dövrlərdə 

əldə olunan nailiyyətləri inkar etmək olmaz, - bu, cinayət olardı. 

Onu unutmaq da olmaz. 

Mən hesab edirəm ki, çox işlər görülübdür. Əgər o dövr. 

olmasaydı, bu gün burada, bu salonda Yazıçılar Birliyinin 500-

dən artıq üzvü, yaxud da nümayəndəsi iştirak etməzdi. 

İngiltərədən, Edinburq Universitetindən gələn qonağımız, 

professor burada çıxış edərkən dedi ki, neçə ölkədə olubdur. 0, 

inkişaf etmiş hansı ölkədə bu qədər yazıçı, bu qədər qurultay 

nümayəndəsi görübdür? Bu elə boş yerdən  əmələ  gəlməyibdir. 

Bəli, bunu o dövr, dövrün imkanları yaradıbdır. İnsanlar, bizim 

Azərbaycan yazıçıları,  şairləri də öz istedadlarına, aldıqları 

təhsilə  və bu sənətə sadiqliklərinə görə bu yolu seçiblər, 

yazıçılıqla məşğuldurlar və böyük işlər görüblər. 

Bayaq dediyim ikinci dövr mənim üçün maraqlı olmuşdur. 

Çünki, bu 1991-ci ilin əvvəli idi. Unutmamışamsa, martın 21-i 

idi. Bu elə bir vaxt idi ki, Azərbaycan çox ağır bir dövr 

yaşayırdı. Ermənistanın Azərbaycana təcavüzü və ölkəmizin 

torpaqlarının - Dağlıq Qarabağın işğalının başlanması dövrü idi. 

Qanlı 20 Yanvar faciəsinin - sovet hakimiyyəti tərəfindən 

Azərbaycan xalqına qarşı edilmiş hərbi təcavüzün ağrılarını 

  



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə