MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə29/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   25   26   27   28   29   30   31   32   ...   157

____________________________________________ 

90

 



Mən bilirəm ki, indi gənc yazıçı əsər yazır, amma evi yoxdur. 

Ancaq yeni meydana çıxmış  iş adamı, biznesmen qısa bir 

müddətdə böyük pul qazanır, gedib özünə üçotaqlı yox, 

beşotaqlı mənzil alır. Bu da indi bizim həyatımızın qanunudur. 

Bir halda ki, biz keçmiş sovet quruluşundan demokratik 

quruluşa keçdik, sovet iqtisadiyyatı, sosialist iqtisadiyyatı 

sistemindən sərbəst iqtisadiyyata keçdik, bu iqtisadiyyatın da 

qanunları bundan ibarətdir. Biz buna da dözməliyik. Ancaq bu 

heç kəsdə heç vaxt ümidsizlik yaratmamalıdır. 

Mən bunu dünən də dedim, - bizim keçmişdə yaranmış adət-

ənənələrimiz çox gözəldir və biz onları itirməməliyik, 

saxlamalıyıq, onlardan bu gün də, gələcəkdə  də istifadə 

etməliyik. "Keçmişdə  nə vardı hamısını pozmaq, yenidən 

yaratmaq lazımdır" kimi cılız fıkirlər fəlakətdən başqa heç bir 

şey gətirə bilməz. Məsələn, 1917-ci ildə Oktyabr inqilabı baş 

verdi, 1917, 1918, 1920-ci illərdə hakimiyyətə gələn bolşeviklər 

keçmişdə nə vardı - hamısını pozdular ki, heç bir şey olmayıb, 

yeni dünyanı biz yaradırıq. Amma nə  qədər itkilər  oldu. O 

cümlədən elə bizim Azərbaycan xalqının nə qədər itkiləri oldu. 

Rafael Hüseynov Rəfıbəylilər barədə bir kitab yazıbdır. 0 

vaxt bu Rəfibəyliləri həbs etdilər, cəzalandırdılar. Nəyə görə? 

Bunlar bəy, xan idilər, yaxud vəzifə, mülk sahibi idilər, kim 

idilər? Amma görün, böyük bir kitab yazıldı. Nə  qədər dəyərli  

insanlar idilər! 

O vaxt bu, nəyə görə oldu? Ona görə oldu ki, o siyasət, o 

ideologiya  əvvəldən insan cəmiyyətinə uyğun ideologiya 

olmamaqla yanaşı, həmin ideologiyanı  həyata keçirənlər, -

bolşeviklər nə  qədər qanunsuzluqlar etdilər, xalqa, millətə  nə 

qədər zərbələr vurdular. Bu, təkcə Azərbaycanda deyildi, hər  

yerdə belə idi. O vaxt çar Rusiyası məkanında yaranniş Sovetlər 

İttifaqı hər yerdə belə olub. Doğrudur, bir yerdə az, başqa yerdə 

çox olub. 

  

 

 




____________________________________________ 

91

 



Biz o dövrün içində 70 il yaşamışıq və yeni bir həyata gəlib 

çıxmışıq, müstəqil dövlətik. Tamamilə yeni, dünyəvi, demok-

ratik, hüquqi bir dövlət qururuq. Bazar iqtisadiyyatını  tətbiq 

edirik.  İqtisadiyyatımızı dünyaya açmışıq. Hesab edirəm ki, bu 

Azərbaycanın milli mənafelərinə uyğun ən düzgün bir yoldur və 

biz bu yolla gedirik. Amma bu heç də o demək deyildir ki, o 

dövrdə yaranmış gözəl ənənələri indi biz kənara ataq, onlardan 

istifadə etməyək. 

Məsələn, bu ənənələrdən biri Yazıçılar  İttifaqının yaran-

masıdır. Səyyad Aran burada dedi ki, vaxtilə  Lənkəranda, 

Şamaxıda, haradasa başqa yerlərdə birliklər olmuşdur. Bu da 

həqiqətdir. Doğrudan da belə idi. Elə bu əsrin  əvvəlində 

Azərbaycanın maarifçiləri, mütəfəkkir insanları da cürbəcür belə 

təşkilatlar yaratmışdılar. Amma sonra, 1934-cü ildə bu 

birləşibYazıçılar  İttifaqı yarandı.  İndi bu Yazıçılar  İttifaqı 63 

ildir yaşayır. O, xalqımıza nə  qədər böyük fayda verib. İndi 

durub deyək ki, bu Yazıçılar Birliyi lazımdır, ya lazım deyil? 

Şübhəsiz ki, indi sərbəstlikdir, hərə öz fıkrini deməlidir, bu da 

tam təbiidir. Amma mən öz fikrimi deyirəm, əlbəttə ki, Yazıçılar 

Birliyi lazımdır. 

Məsələn, bu ənənədir. Amma başqa  ənənə  də var idi ki, 

yazıçılara xüsusi imtiyazlar verilirdi. Mən istəyirdim ki, bu 

ımtiyazlar bu gün də olsun. Ancaq buna iqtisadi imkanlar 

çatmır. Nə etməli? Demək, yollar axtarmaq lazımdır. Məsələn, 

siz özünüz dediniz ki, "Ədəbiyyat qəzeti" də, "Azərbaycan", 

"Qobustan" jurnalları da tamamilə dayanmışdı.  Biz məsələyə 

baxdıq, gördük ki, bir az imkanlarımız var, onları dövlətin  

maliyyələşdirilməsinə  götürdük.   Bu  gün  "Ulduz" jurnalı 

haqqında məsələ qaldırdınız. Mən soruşdum, - ildə neçə  dəfə 

çıxara bilərsiniz? Biri dedi 12 dəfə, o biri dedi 6 dəfə. Hansını 

deyirsiniz, onu qəbul edirəm. Bəyan edirəm ki, mən "Ulduz" 

jurnalını da dövlətin maliyyəsinə götürürəm. Amma siz çalışın 

ki, "Ulduz" jurnalı çıxsın və orada yaxşı 

  



____________________________________________ 

92

 



 

əsərlər dərc olunsun. Əgər ilk əvvəl iki aydan bir çıxara 

bilərsinizsə, özünüzü zora salmayın, iki aydan bir çıxarin. Ancaq   

sonra   işi   yaxşı      təşkil      edib      ayda      birini      çıxara  

bilərsinizsə, ayda birini çıxarın. 

Bilirsiniz, mən bu işlərə tam müstəqillik verirəm. Mən 

sadəcə, buna cavabdehəm ki, onun maliyyələşdirilməsini  

dövlətin üzərinə götürürəm. Qalanları sizin işinizdir. Çıxara 

bilərsiniz, ildə 12 dəfə  çıxarın, istəyirsiniz ildə 6 dəfə, 8 dəfə 

çıxarın. Bu, sizin bacarığınızdan,  əsərlərinizdən, işi təşkil 

etməkdən asılı olacaqdır. Mən öz vəzifəmi yerinə yetirirəm. 

Mən bəyan etdim, qərar qəbul edəcəyəm. Amma siz hərəkət 

edin. 

Burada ayrı-ayrı kitabların nəşr olunması və nəşrin keyfıyyəti 



haqqında da deyildi. Mən bu barədə  də düşünə bilərəm. Sonra 

siz deyəsən, başqa məsələlər də qaldırdınız. Mən bayaq da 

dedim, - televiziyada xüsusi, daimi veriliş  aparılmalıdır və 

orada bizim ədəbiyyatımızın nümunələri, xüsusən jurnallar daim 

təbliğ olunmalıdır. Çünki burada  deyildi ki, jurnallar az oxunur, 

hətta oxumaq həvəsi azalıbdır. Bu da təbiidir. Çünki insanların 

bir tərəfdən dərdi çoxalıbdır, ona görə  də oxumağa vaxt 

tapmırlar, ikinci tərəfdən bu jurnallar müntəzəm çıxmadığına 

görə insanlar bundan bir az soyuyublar. Demək,  əvvəlki 

münasibəti bərpa    etmək lazımdır. 

Mən Fatma Abdullazadəyə tapşırıram ki, sərəncam hazırlasın 

- sizin sabahkı qurultayınızda da ola bilər ki, hansısa məsələ 

qaldırılsın - qurultayın nəticələri ilə  əlaqədar sərəncam 

hazırlasın. Mən həllinə imkan olan məsələləri bu sərəncamda 

əks etdirərəm, bu sərəncamı imzalayaram və indiki imkan 

daxilində sizə bu yardımı edərəm. 

Amma istəyirəm biləsiniz ki, bizim bu imkanlarınıız 

gələcəkdə daha da çox olacaqdır.  İqtisadiyyatımız inkişaf edir, 

Azərbaycana xarici sərmayə gəlir. Mən hesab edirəm kı, iki-üç 

ildən sonra Azərbaycanın iqtisadi imkanları daha da 

  



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə