MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə26/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   22   23   24   25   26   27   28   29   ...   157

____________________________________________ 

81

 



YEKUN SÖZÜ 

 

Burada söz deyən gənc yazıçılarımızın,  şairlərimizin hamısı 



Azərbaycan  ədəbiyyatının varlığı, onun bu günü və  gələcəyi 

haqqında mülahizələrini bildirdilər. Mən bugünkü görüşdən belə 

bir nəticəyə  gəlirəm ki, Azərbaycan  ədəbiyyatı bizim 

həyatımızın, tariximizin bütün mərhələlərində olduğu kimi, bu 

mərhələdə də yaşayır və öz tarixi missiyasını yerinə yetirir. 

Bizim xalqımız ən qədim zamanlardan ədəbiyyatla, ədəbiyyat 

nümunələri ilə tanınıbdır. Hətta Qərb ölkələrinin, inkişaf etmiş 

digər ölkələrin tarixini vərəqləyərkən görürük ki, xalqımızın 

yaratdığı  ədəbi  əsərlər,  şerlər onlardan xeyli əvvəl yaranıbdır. 

Beləliklə  də, bir daha aydın olur ki, xalqımızın tarixində 

ədəbiyyat qədim dövrlərdən öz yerini tutubdur və xalqımızın 

inkişafında çox böyük rol oynayıbdır. 

Doğrudur, tarixin cürbəcür mərhələlərində  ədəbiyyatın çox 

güclü inkişaf dövrü də, süqut dövrü də olubdur. Biz enişli-

yoxuşlu bir tarix keçmişik, ancaq ədəbiyyatımız yaşayıbdır. 

Əgər indi biz "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyini 

qeyd ediriksə  və bunu bütün dünyaya bəyan ediriksə, demək, 

bizim bədii sözümüzün 1300 illik tarixi göz qabağındadır. 

Ədəbiyyatı,  şeri, bədii sözü yaradan insanlar, şübhəsiz ki, fitri 

istedada malik olublar. Onlar xalqına, millətinə, dilinə, dininə, 

milli  ənənələrinə sadiq insanlar olublar, yazıblar, yaradıblar. 

Ona görə də bizim ədəbiyyatımız daim yaşayacaqdır. Ayrı-ayrı 

dövrlərin çətinlikləri  ədəbiyyatı heç vaxt nə söndürə bilər, nə 

öldürə bilər, nə də onu zəiflədə bilər. 

İndiki   dövr   keçid   dövrüdür.   Biz   bu   keçid   dövrünün 

çətınliklərini bütün sahələrdə hiss edirik, görürük. Şübhəsiz ki, 

bu çətinliklər mədəniyyət, ədəbiyyat sahəsində də var. Ancaq 

bu müvəqqətidir, tarixi nöqteyi-nəzərdən bir andır, müvəqqəti 

bir dövrdür. Biz bu dövrü keçib gedəcəyik. Biz sadəcə, buna 

dözməliyik, bu dövrün əzab-əziyyətini, ağrı-acısını çəkməliyik 

 



____________________________________________ 

82

 



ki, gələcəyimiz daha gözəl, parlaq olsun. Heç şübhə yoxdur ki, 

Azərbaycan xalqıınn gələcəyi gözəl, parlaq olacaqdır. Bunun 

əsas, bizim ən böyük tarixi nailiyyətimiz - Azərbaycanın 

müstəqil dövlət olmasıdır.  İndi bəlkə  də  hər bir kəs bu 

müstəqilliyi lazımi qədər dərk edə, qiymətləndirə bilmir. Ancaq 

zaman gələcək, hamı anlayacaqdır ki, bu müstəqillik,  milli   

azadlıq   bizim   xalqımız   üçün   nə      qədər   dəyərli   və 

əvəzsizdir. 

Xalqın gələcəyi, xalqın öz tarixini, keçmişini dərk etməsi və 

gələcək yaşayışını qurması üçün əldə etdiyimiz dövlət müs-

təqilliyi, milli azadlığımız əvəzsiz bir hadisədir. Ona görə də biz 

bunun naminə hər bir çətinliyə dözməliyik. Bu o demək deyil ki, 

biz müstəqillik naminə nəyi isə itirməliyik, yox. Biz bu dövrün 

imkanlarından istifadə edib işlərimizi daha da yaxşı qurmalıyıq, 

bu müstəqilliyin bütün sahələrdə  bəhrələrini  görməliyik. Ola 

bilər bu, bir sahədə bir az tez olsun, bir sahədə gec olsun,- bunun 

fərqi yoxdur, bu olacaqdır.  Bu  da  yalnız   və        yalnız    

çalışmağın,    gərgin   işin,    fədakarlığın nəticəsində   ola   bilər.   

Ədəbiyyat,   mədəniyyət   isə   həmişə  fədakarlıqdan doğan bir 

anlayışdır.  Ədəbiyyatı, mədəniyyəti, bədii  əsərləri, yüksək 

incəsənət  əsərlərini yaradan insanlar  həmişə  fədakar olurlar. 

Onlar fitri istedadı ilə bərabər fədakar olmasalar, böyük sənətkar 

da ola bilməzlər. 

Siz gənclər bunu bilirsiniz, amma daha dərindən bilməlisiniz 

ki,  ən qədim dövrlərdən bizə  gəlib çatmış, indi fəxr  etdiyimiz 

ədəbiyyat  əsərlərinin - Nizaminin, Nəsiminin, Füzulinin, 

Vaqifin, Mirzə  Fətəli Axundovun, yaxud digərlərinin  

əsərlərinin heç birisi asanlıqla yaranmayıb. Heç də hamı  bilmir 

ki, bu əsərlərin yaranması üçün onlar nə qədər zəhmət, əziyyət 

çəkiblər, nə qədər fədakarlıq göstəriblər. 

Məsələn, bizim XX əsr  ədəbiyyatımızda  ən fəxr etdiyimiz 

şəxsiyyətlər Sabirdir, Cəlil Məmmədquluzadədir.  Əgər bız 

Nizaminin,   Füzulinin   həyatını   ətraflı   bilmiriksə,   nəyisə 

  



____________________________________________ 

83

 



 

mülahizə ediriksə, amma bunların ki, həyatını bilirik. Sabirin də 

Cəlil Məmmədquluzadənin də, Cəfər Cabbarlının da, Hüseyn 

Cavidin də həyatını bilirik. Bunların hər biri öz fitri istedadı ilə 

böyük qəhrəmanlıqlar göstəriblər. Əsərlər yaradıblar, böyük irs 

qoyub gediblər. 

Ümumiyyətlə, XX əsr elə başlanğıcından sonunadək çox 

çətin bir əsr, ağır bir dövr olubdur. Doğrudur, XX əsrin sakit 

dövrləri də olubdur. Amma qalmaqallı, qarışıq, çətin, ağır 

dövrləri daha çox olubdur. Bizim qismətimizə nə düşübdür? Biz 

bunun bir çox hissəsini görmüşük. Məsələn, bizim nəsil, - mən 

öz nəslimi deyirəm, - biz 30-cu illərin ağırlıqlarını da görmüşük, 

40-cı illərin, müharibə illərinin çətinliklərini də görmüşük, 

sonrakı illərin çətinliklərini də. Eyni zamanda 1960-1970-1980-

cı illərdə yaranmış müsbət  şəraiti də görmüşük. 1980-cı illərin 

sonundan başlayaraq Azərbaycan üçün ağır bir dövr başlanıbdır. 

Bu, bir tərəfdən Ermənistanın Azərbaycana etdiyi təcavüz 

nəticəsində meydana gəlibdir.  İkinci tərəfdən, Sovetlər 

İttifaqının dağılması 

və beləliklə, Azərbaycanın öz 

müstəqilliyini  əldə etməsi prosesi baş vermişdir. Bu proses 

zamanı respublikamızın daxilində millə-timizə, cəmiyyətimizə 

zərər vurmuş hadisələr də olmuşdur. Görürsünüz, bunlar hamısı 

XX əsrdə cəmlənibdir. Amma deyilən bütün bu dövrlərdə bizim 

adamlarımız yaşayıblar, Sabir də, Cəlil Məmmədquluzadə  də

Cəfər Cabbarlı da, onlardan sonra gələn nəsillər də yazıb-

yaradıblar. Siz də yazırsınız, yaradırsınız. 

Mən 1960-1970-ci illəri, xüsusən 1970-cı illəri və 1980-ci 

illərin birinci yarısını xatırlayıram. Bu, çox məhsuldar bir dövr 

idi. Amma mən bundan sonrakı dövrləri də xatırlayıram. Ola 

bilər, bir dövrdə bir az çox yazılır, bir dövrdə az yazılır. Ancaq 

ədəbiyyat yaşayır və yaşayacaqdır. 

Bu gün məni sevindirən odur ki, bizim gənc nəslimiz ardır. 

Biz bəzən sənət ustalarına hədsiz vurğun oluruq, sənət 

  

 



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə