MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə23/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   19   20   21   22   23   24   25   26   ...   157

____________________________________________ 

72

 



bizim  ədəbiyyatımızın cavan qolu bu ənənələri yaşada bilir. 

Əsasən 80-cı illərdə, 90-cı illərin əvvəllərində ədəbiyyata gələn 

bu gənclərin taleyi çox ağır, üzüntülü prosesdən keçdi. Onlar 

yazmaqdan, düşünməkdən daha çox, xalqın ağrı-acıları ilə 

yaşadılar, yurd itkisinə, torpaq ağrısına göynəyib, çörək dərdi 

çəkdilər. Onlar hətta  şəhid verdilər. Bizim iki şəhid  şairimiz 

(bəlkə  də üçdür, üçüncüsünü bilmirəm) - Nizami Aydın, Ülvi 

Bünyadzadə kimi şairlərimiz vardı. Mən deyərdim heç bir ədəbi 

nəsil bu qədər mürəkkəb, dramatik, faciəli tale yaşamamışdır, 

həyat heç bir ədəbi nəsli bu qədər sıxmamışdır, sınağa 

çəkməmişdir. Ona görə  də onların  şerlərində, nəsr  əsərlərində 

kədərin, hüzn və ələmin, ağrının olması təbiidir. Nə yaxşı ki, bu 

ağrı, bu hüzn, ələm, bu kədər heç də  sırf nostalgiyadan irəli 

gəlmir. Bu eyni zamanda dərdin böyüklüyündən, 20 Yanvar 

faciəsindən, Xocalı soyqırımından, məmləkətimizin düşdüyü 

ağır vəziyyətdən irəli gəlir və onların şerlərində yaşayır. 

Ustad  şairimiz Rəsul Rza vaxtilə yazmışdı: "Şer yazan 

cavanlar arasında ilhamla, istedadla ədəbiyyata gələnlər olduğu 

kimi, adicə həvəsə düşüb gələnlər də var". İnsanda mövcud olan 

bütün bacarıq və qüvvə, adətən, gənclik dövründə sürətlə üzə 

çıxır. Belə bir vaxtda ilk hekayəsini,  şerini, mahnısını 

bəstələmiş, ilk lövhəsini çəkmiş bir gənc sənətkara kömək 

etmək, qayğı göstərmək lazımdır. Mən bir də ustad şairimizin 

"qayğı sözü, qayğı özü" məşhur kəlamını yada salmaq istəyirəm. 

Gənclərin yaradıcılığından söz düşəndə bu ifadə aforizm kimi 

səslənir. Bəzən "qayğı" sözünü işlədiblər, lakin gənclərə qayğı 

göstərməyiblər. Eyni zamanda bu sözü real və praktiki şəkildə 

həyata keçirmək barədə düşünüblər, bəzən də düşünməyiblər. 

Hörmətli prezident, bu gün bilavasitə  ədəbi gəncliyin 

qayğıları və problemləri ilə bağlı mən ancaq bir məsələni Sizin 

nəzərinizə çatdırmaq istəyirəm. Ola bilsin, bizim gənclərimiz - 

  

 




____________________________________________ 

73

cavan  şairlər, yazıçılar onları düşündürən qayğılarla, 



problemlərlə əlaqədar öz sözlərini deyəcəklər. Qoqolun belə bir 

sözü var: "Gənclik ona görə xoşbəxtdir ki, onun gələcəyi var". 

Gələcəyimiz, yəni  ədəbiyyatımızın gələcəyi doğrudan da bu 

gənclikdən asılıdırsa, onda bu gəncliyin ümumi yaradıcılıq 

problemlərinin həllinə yönəldilmiş səylər bir yerdə birləşməlidir. 

Vaxtilə bizdə "Ulduz» jurnalı  nəşr olunurdu. İndi maliyyə 

çətinlikləri üzündən həmin jurnalın ildə bir nömrəsi çıxır. 

60-cı illərin axırlarını, 70-ci illərin əvvəllərini yadımıza salaq. 

Həmin dövrdə ədəbiyyata gələn və indi onun aparıcı qüvvəsinə 

çevrilən Anar, Əkrəm  Əylisli,  İsi Məlikzadə, başqa 

yazıçılarımız,  şairlərimiz məhz həmin jurnalda formalaşdılar, 

böyük  ədəbiyyat meydanına gəldilər. "Azərbaycan" jurnalı da 

müəyyən mənada bu missiyanı yerinə yetirirdi. Ancaq 

"Azərbaycan" jurnalında daha çox yaşlı  sənətkarların yazıları 

çıxırdı. "Ulduz" jurnalı isə ancaq gəncliyi öz ətrafında 

birləşdirirdi. Bu funksiyanı o, 1993-cü ilə  qədər yerinə yetirdi. 

İndi həmin jurnal çox ağır vəziyyətdədir. Yəni tək "Ulduz" 

jurnalını demirəm. Gənclərin yaradıcılıq səylərini 

qiymətləndirmək üçün "Ulduz", belə bir jurnal mütləq lazımdır. 

Mən Fikrət Qocanın 1995-ci ildə keçirilən yubileyini 

xatırlayıram, orada "Azərbaycan" jurnalından və  "Ədəbiyyat 

qəzeti"ndən söz düşdü. "Azərbaycan" jurnalı 1992-ci ildən bəri 

fasilələrlə  çıxırdı. 1995-ci ildə  həmin jurnalın bir nömrəsi nəşr 

olundu. 1923-cü ildən bəri çıxan və Azərbaycan  ədəbiyyatının 

güzgüsü adlandırılan həmin jurnal bu kökə düşmüşdü. Belə bir 

məqamda hörmətli prezidentimizin bir sözü ilə jurnal yenə öz 

axarına düşdü. "Ədəbiyyat qəzeti" də nər həftə çıxır. "Qobustan" 

jurnalı da daxil olmaqla bu üç ədəbi nəşrin çıxması ədəbiyyatın 

yaşaması deməkdir.  Ədəbiyyat jurnallarda yaşayır, jurnal-qəzet 

ədəbiyyatın güzgüsudür,  saf aynasıdır.   Məhz  ədəbi   gəncliyi   

də  bu  nəşrlər 

  

       



 


____________________________________________ 

74

 



ətrafında birləşdirmək, səyləri bu istiqamətə yönəltmək daha 

məqsədəuyğundur. 

Mən çıxışımı hörmətli Prezidentə yenə də öz minnətdarlığımı 

bildirməklə bitirirəm. Böyük Hüseyn Cavidin bir misrası yadıma 

düşür:"Türkün nicatı - yalnız mədəniyyət, mədəniyyət, mədə-

niyyət". Mədəniyyətimizi yaşatmaq istəyiriksə, onun bir qolu da 

bizim cavan şairlərdir, yazıçılardır, sənətçilərdir, bəstəçilərdir. 

Ümid edirəm ki, mədəniyyətimiz yaşayacaq, XXI əsrdə  də öz 

ənənələrini davam etdirəcəkdir. 

Heydər  Əliyev: Çox yaxşı  məruzə elədi. Hesab edirəm ki, 

bu, elə qurultayın məruzəsidir. Bu, sənin edəcəyin məruzənin 

əsasıdır. 

A n a r: Mən məruzə etməyəcəyəm, giriş sözü deyəcəyəm. 

Dörd məruzə olacaq, onlardan ikisini cavanlar edəcəkdir. 



Heydər  Əliyev: Yaxşı  məruzə etdi, hesab edirəm, yaxşı 

məlumat verdi. Çox gözəl. Dünən söhbətimiz iki saatdan çox - 

iki saat yarım çəkdi. 

Fatma Abdullazadə (Prezidentin İcra Aparatının  şöbə 

müdiri): İki saat 45 dəqiqə. 



Heydər  Əliyev: İki saat 45 dəqiqə. İndi bu gün də  yəqin iki 

saat burada ola bilərik. Mən iki saat ayırmışam. Bəlkə  də çox 

oldu. Amma elə edin ki, çox olmasın. Mənim başqa işlərim də 

var. Bunun özü qurultayın parçalarıdır. Kim söz demək istəyir, 

kimin sözü var? 

Birincisi, dərhal "Ulduz" jurnalı haqqında demək istəyirəm. 

Dediniz ki, jurnal ildə bir dəfə çıxır. Niyə? Vəsait çatmır? 

A n a r: Bəli, vəsait çatmır. 

Heydər   Əliyev: Aydındır. İldə neçə dəfə çıxara bilərsiniz? 

Vaqif Yusifli: On iki dəfə. 

Heydər Əliyev: Jurnalın bu qədər nömrəsini buraxmaq üçün 

əsərləriniz var? 

  

 

 




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə