MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə24/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   20   21   22   23   24   25   26   27   ...   157

____________________________________________ 

75

 



A n a r: Yox, on ikiyə çatmaz. Altı nömrə buraxmaq olar. 

Əgər vəsait olarsa. 



Heydər Əliyev: Altı nömrə. Yaxşı, bunu mən nəzərə alaram. 

Elçin: Bunlar aylıq jurnallardır. 

Heydər Əliyev: Bilirəm, aylıq jurnallardır. 

Elçin: "Ulduz" jurnalında, mən elə hesab edirəm ki

doğrudan da bir-birindən seçilən, müxtəlif istiqamətli, Vaqif 

Yusiflinin dediyi kimi, müxtəlif təmayüllərdə  işləyən cavanlar 

var.  Ələkbər Salahzadə "Ulduz" jurnalının baş redaktorudur. 

Əvvələn, çox istedadlı  şairlərdən biridir, ikincisi də, bu işləri 

bilən bir adamdır. Mən belə hesab edirəm ki, əgər Siz 

"Azərbaycan" jurnalına, "Qobustan"a, "Ədəbiyyat qəzeti"nə 

elədiyinizi "Ulduz" jurnalına da etsəniz, onda bu jurnalın ayda 

bir dəfə  çıxmaq imkanı olar. Yəni 70-ci illərdə, Sizin o 

vaxtmızda yaranmış ənənə davam edə bilər. 



Heydər  Əliyev:  Axı dedilər ki, "Azərbaycan" jurnalı  çıxır, 

lakin tirajı azdır. Elədirmi? 



Elçin: Bəli, tirajı azdır. 

Heydər  Əliyev: Niyə azdır? Kağız çatmırmı, yoxsa jurnal 

satılmır? Səbəbi nədir? 



Anar: Əvvələn, vəsait çatmır, ikincisi də maraq azalıb. Hətta 

jurnalın çıxan nömrələri bəzən satılmır. "Ulduz" və 

"Azərbaycan" jurnallarmm ildə 12 nömrəsi buraxılsa daha yaxşı 

olardı. Amma mən reallığı bilirəm və deməliyəm ki, 

"Azərbaycan" jurnalı bədii meyarları nəzərə almaq şərtilə yalnız 

ildə  altı  nömrə  buraxıla  bilər.   Əgər  indiki  ədəbi quvvələrlə 

12 nömrənin buraxılmasını  təmin edə bilərlərsə, necə deyərlər, 

"kor nə istər, - iki göz, biri əyri, biri düz". Mən reallıqdan çıxış 

edərək bunu deyirəm. 

 Heydər Əliyev: Mən belə bir fikrə gəlirəm ki, bəlkə də 

biz bu jurnalları, bu əsərləri televiziya vasitəsilə yaxşı  təbliğ 

etmirik. Bir var ki, ayrı-ayrı əsərlər barədə ədəbi verilişlər 

  

 



 


____________________________________________ 

76

 



hazırlansın, bir də var ki, jurnalın hər bir nömrəsi təbliğ olunsun, 

orada dərc edilən əsərlərin məzmunu haqqında məlumat verilsin. 

Yəni insanlarda marağı artırmaq üçün. Televiziyada deyilsə ki, 

"Ulduz" jurnalı çıxıbdır, orada bu hekayə, şer dərc olunubdur, - 

onda oxucuların da marağı artacaqdır. Həyat keçən dövrə 

nisbətən çətindir.  İnsanları da qınamaq olmaz, bəziləri necə 

yaşamaq haqqında fikirləşir. Ancaq mən hesab edirəm ki, biz bu 

təbliğatı da gücləndirsək yaxşı olar. Yaxşı, bu problemi mən həll 

edərəm. 

Fatma   Abdullazadə:  Cənab Prezident, başlıca  şərtlərdən 

biri ondan ibarətdir ki, bu jurnalların poliqrafik səviyyəsi  

yüksəl-dilməlidir.   Açıq   deyək   ki,   müasir   oxucu yüksək 

poliqrafik səviyyədə çap olunmuş jurnalları izləyir.  



Heydər Əliyev: Bəli. 

Fatma Abdullazadə: Vaxtilə  qəzet kağızında çap olunan 

maraqlı bir romanı birnəfəsə oxuyurdular. Amma bu gün   

hansısa      bir      fırmanın   buraxdığı   "Biznes   daycest" 

poliqrafiya baxımın-dan müqayisəolunmaz dərəcədə yüksək  

səviyyədə çıxır. Bu jurnallarla bağlı olaraq, poliqrafiyada  dönüş 

yaranmalıdır. 



Heydər Əliyev: Daha kimin nə sözü var?  

Təranə Hacılı ("Qar çiçəyi"  ədəbi birliyinin üzvü): 

Möhtərəm Prezident, Siz qeyd etdiniz ki, ən populyar kütləvi 

informasiya vasitəsi kimi, televiziyanın bu sahədə mühüm  rolu 

ola bilər. Mən bir təklif vermək istərdim. Ümumiyyətlə,  indi   

televiziyada   gənclik   dedikdə   daha   çox   rəssamlar, 

idmançılar, müğənnilər təbliğ olunurlar. Çox təsadüfi hallarda  

ədəbi      gəncliyə      yer      verilir.      Təklif  edirəm   ki,   əgər 

mümkünsə televiziya veriliş-lərindən biri ədəbi gənclik üçün 

ayrılardı  və bu televiziya verilişini  ənənəvi qaydada diktorlar,  

yaxud telejurnalistlər deyil, ədəbi gəncliyin özü təqdim edəydi. 



Heydər  Əliyev: Yaxşı  təklifdir, çox gözəl təklifdır. Hesab 

edirəm ki, bunu etmək olar. Bunu da mən qəbul 

  



____________________________________________ 

77

 



 

edirəm, yəni mən bizim dövlət televiziyasına sərəncam verərəm. 

Mən 60-cı, 70-ci illəri xatırlayıram. O vaxt televiziyada bütün 

nəsillərdən olan, o cümlədən gənc nəsildən olan yazıçılarımız, 

şairlərimiz tez-tez çıxış edirdilər. Elə sizin özünüz televiziyada 

tez-tez çıxış edirdiniz, öz əsərləriniz haqqında, ümumiyyətlə, 

ədəbiyyat problemləri haqqında danışırdınız.  Ədalət naminə 

demək lazımdır ki, son vaxtlar bizim televiziyanın işləri 

yaxşılaşıbdır. Mənim fikrim belədir. Gənclər haqqında cürbəcür 

çoxlu verilişlər verirlər. Hətta orada evlənmək problemi 

haqqında da maraqlı bir veriliş göstərildi. Televiziya belə 

məqamlara toxunursa, bu, çox gözəldir. Həyatda elə sahələr var 

ki, keçmişdə biz adətən bu barədə danışmırdıq. Guya ki, bundan 

danışmaq ayıbdır və ya insanlar utanırlar. Guya ki, heç kim 

evlənmir. Amma hər bir gənc sevir, hər bir gənc tanış olur - qız 

oğlanla, oğlan qızla, hər bir gənc evlənir. Belə olmasa həyat 

olmaz ki! Yaxşı. Bu, çox lazımlı mövzudur. İndi mən 

televiziyaya daim baxa bilmirəm. Təsadüfən bir-iki dəfə 

televiziyada gəncliklə bağlı belə verilişlərə baxarkən çox 

sevindim. Özü də adi adamları televiziyaya gətirirlər, onlar 

həyatları haqqında danışırlar. Bunlar çox gözəldir. 

Yəni bu mənada deyirəm ki, bəlkə də mənim tam təəssüratım 

yoxdur, çünki hamısını  əhatə edə bilmirəm. Amma gördük-

lərimdən belə nəticəyə gəlirəm ki, gəncliklə əlaqədar çox yaxşı 

verilişlər verilir. Bu, təkcə gəncliyə aid deyil. Hesab edirəm ki, 

bizim  ədəbiyyatımızla, bədii  əsərlərimizlə  əlaqədar verilişlər 

verilməlidir. Özü də onlar daimi, silsilə verilişlər olmalıdır. 

Yaxşı olardı ki, burada deyildiyi kimi, şairlər, yazıçılar 

danışsınlar, özləri öz şerlərini oxusunlar, hekayələri haqqında 

məlumat versinlər, tənqidçilər, ədəbiyyatşünaslar bu verilişlərdə 

iştirak etsinlər. Bunu etmək lazımdır. Düzgün təklifdir. 

  

 



 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə