MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə31/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   27   28   29   30   31   32   33   34   ...   157

____________________________________________ 

96

 



görübdür. Yazıçılar Birliyini qoruyub saxlayıb, onun parça-

lanmasına, dağılmasına yol verməyibdir. Axı Yazıçılar Birliyi 

də böyük sınaqlardan keçib. Görürsünüz, bu altı ildə bizim 

Azərbaycanın başına nə işlər gəlibdir. Yazıçılar Birliyi də bütün 

bu sınaqlardan, imtahanlardan keçibdir. Ona görə də şəxsən mən 

belə hesab edirəm ki, bunu yüksək qiymətləndirmək lazımdır. 

Yazıçılar Birliyinə  rəhbərlik edən  şəxslərin fəaliyyətini yüksək 

qiymətləndirmək lazımdır. Amma şübhəsiz, Yazıçılar Birliyinin 

işində qüsurlar da, səhvlər də, çatışmazlıqlar da var. Bunların 

hamısını açıq-aşkar demək lazımdır ki, sonrakı dövrdə işlər daha 

yaxşı təşkil edilsin. 

Hesab edirəm ki, qurultay yaxşı  şəraitdə keçəcək, mən də 

sizinlə bir yerdə olacağam, sizin hamınızı dinləyəcəyəm. Mən 

sizi bu gün də, dünən də dinləmişəm. 

Ədəbiyyat bizim xalqımıza çox böyük faydalar gətiribdir.  

Ədəbiyyatımız bizim böyük milli sərvətlərimizdən biridir. Biz 

bununla fəxr etməliyik. Şəxsən mən həmişə belə hesab etmişəm, 

bu gün də belə hesab edirəm, daim belə düşünəcəyəm. Hesab 

edirəm ki, bizim ədəbiyyatımızın, bədii sözün, yazıçı,  şair 

sözünün cəmiyyətə, millətə, xalqa təsiri böyükdür. 

Xalqımızı hansı yolla aparmaq, cəmiyyətimizdə olan 

nöqsanları aradan götürmək, cəmiyyətimizi təmizləmək, daha da 

saf etmək, ayrı-ayrı çirkin hallardan xilas etmək - bütün 

bunlarda  ədəbiyyatın, bədii sözün imkanları da, gücü də, təsiri 

də çoxdur. Ona görə  də siz yazıçı kimi, şair kimi tək öz 

istedadınızı ifadə etmirsiniz. Siz eyni zamanda millətə, xalqa, 

cəmiyyətə xidmət edirsiniz. Ümidvaram ki, sizin bu xidmətiniz 

gələcəkdə daha da səmərəli, uğurlu olacaqdır. 

Mən sizin hamınıza cansağlığı arzu edirəm və sabahkı 

qurultaya da uğurlar arzulayıram. Sağ olun. 

  

 

 



 

 


____________________________________________ 

97

 



 AZƏRBAYCAN   YAZIÇILARININ  

 

X QURULTAYINDA   NİTQ 

 

 Prezident 



sarayı 

 

 



30 oktyabr 1997-ci il 

 

 Hörmətli qurultay!  



 

Əziz yazıçılar! 

 Hörmətli xanımlar və cənablar!  

Mən sizi səmimi qəlbdən salamlayıram və yazıçılar qurul-

tayının   işinin   müvəffəqiyyətlə   getməsi   münasibətilə   sizi 

ürəkdən təbrik edirəm. 

Yazıçılar qurultayının işə başlaması  və bu salona çoxsaylı 

nümayəndələrin toplaşması, Azərbaycan  ədəbiyyatının prob-

lemlərinin, eyni zamanda respublikamızın həyatının bəzi sa-

hələrinin müzakirə olunması ictimaiyyətimizin, cəmiyyətimizin 

həyatında əlamətdar bir hadisədir. 

Azərbaycanda yazıçı daim böyük hörmətə layiq olmuşdur. 

Bu, bizim  tarixi  ənənəmizdir,  əcdadlarımızdan  gəlib  bizə 

çatmış gözəl bir xüsusiyyətdir. Bu da təsadüfi deyil. Çünki 

bızim xalqımız birincisi, öz istedadına görə  şair, yazıçı, söz 

ustası olubdur. İkincisi, bizim xalqımız çox əsrlik tarixində 

böyük  şairlər, yazıçılar, mütəfəkkirlər yetişdiribdir. Xalqımızın 

tarixi çox zəngindir. Ancaq biz tariximizin qədim dövrlərini 

xatırlayarkən,  yaxud onları  cəmiyyətə,  dünyaya daha genış 

çatdırmaq istəyərkən, birinci növbədə  və  bəzən də yalnız 

mədəniyyətimizə, mədəniyyət, ədəbiyyat xadimlərinin yaratdığı 

əsərlərə, tarixi-memarlıq abidələrimizə  və böyük şairlərimizin, 

mütəfək-kirlərimizin yazdığı əsərlərə istinad edirik. 

  

 



 

 



____________________________________________ 

98

 



Biz Nizaminin, Xaqaninin, Nəsiminin, Füzulinin adlarını 

böyük iftixar hissi ilə  çəkirik və onların  əsərlərini oxuyaraq 

xalqımızın nə qədər dahi, müdrik və istedadlı xalq olduğunu bir 

daha dərk edirik. Eyni zamanda dünya, bəşər qarşısında bunlarla 

fəxr edirik, öyünürük. Öyünməyə  də haqqımız var. Çünki bu 

böyük insanlar nəinki xalqımızı, bütün bəşəriyyəti, bəşər tarixini 

zənginləşdirən  əsərlər yazmışlar. Onlardan sonra gələn nəsillər 

də bu ənənəni, xüsusiyyəti davam etdirmişlər. Ona görə  də 

tariximizin hansı əsrinə, hansı səhifəsinə baxsan orada şairlərin, 

yazıçıların, mədəniyyət xadimlərinin izlərini,  əsərlərini 

görəcəksən. Bu, xalqımızda bu gün, dünən deyil, əsrlərdən 

əsrlərə keçib gələn bir ənənədir, şerə, şairə, söz ustasına, zəkalı 

insana həmişə hörmət, böyük ehtiram olubdur. 

Məmnuniyyət hissi ilə demək olar ki, XX əsrdə - çox 

mürəkkəb, ziddiyyətli proseslərlə, böyük dəyişikliklərlə, 

müharibələrlə, faciələrlə dolu olan əsrdə də bizim xalqımızın bu 

gözəl  ənənəsi nəinki yaşayıbdır, hətta cəsarətlə demək olar ki, 

daha da yüksəklərə qalxıbdır. Buna görə də bizim Azərbaycanda 

ədəbiyyata,  şairə, yazıçıya böyük hörmət var. Böyük şairimiz 

Səməd Vurğun bu barədə bir şer də yazıbdır. Bəli, bu dəyərli 

sözləri Səməd Vurğun  əsaslı deyibdir. Həqiqətən belədir. O, 

bunu birinci növbədə öz yaradıcılığına  olan münasibətdə 

görübdür. O, eyni zamanda bunu tarix boyu yaşayıb-yaratmış və 

bizə böyük irslər qoymuş şairlərimizə, yazıçılarımıza xalqımızda 

olan hörmət və ehtiramda görübdür. 

Məhz buna görə  də Azərbaycan yazıçılarının növbəti 

qurultayı bu gün çox mütəşəkkil və yüksək məzmunlu səviyyədə 

keçir. Hesab edirəm ki, bu da öz nəticələrini verəcəkdir. 

Burada çıxışların çoxunda keçmiş qurultaylar və o qurul-

taylada deyilən sözlər, baş vermiş hadisələr xatırlandı. Mən də 

onları xatırlayıram. 

  

 



 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə