MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə39/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   35   36   37   38   39   40   41   42   ...   157

____________________________________________ 

120


 

 

ilin  əvvəlində artıq Qarabağ münaqişəsi başlanmışdı. Demək, 



hətta daim Enmənistana havadarlıq, himayəçilik edən Sovet 

İttifaqı  rəhbərliyi və  şəxsən Qorbaçov 1989-cu ildə elə bir 

məcburiyyətə  gəldi ki, Ermənistanda  əhalidə olan qeyri-qanuni 

silahların yığılması barədə  fərman verdi. Gərək onda burada 

hamı ayılaydı ki, Ermənistan nə üçün bu qədər silah əldə 

edibdir. Ancaq burada insanlar ayılmadılar, onun qarşısını almaq 

üçün lazımi qüvvə toplamadılar. Amma bunu etmək olardı. 

Doğrudur, Qorbaçovun fərmanı yerinə yetirilmədi, Ermə-

nistanın  əhalisi öz silahlarını  əlindən vermədi, bunlar hamısı 

Azərbaycanın torpaqlarının zəbt edilməsində istifadə olundu. 

Bunlar hamısı keçmişdə buraxılmış bağışlanmaz səhvlərdir. 

Azərbaycanın torpaqları bunların nəticəsində işğal olundu. 

20 Yanvar faciəsi. 20 Yanvar Azərbaycanın tarixində  ən 

dəhşətli faciədir. Bunu Azərbaycana qarşı etdilər, o vaxtkı sovet 

hakimiyyəti bunu başqa heç bir xalqa qarşı etmədı. Bunu etdi ki, 

Azərbaycanın iradəsini qırsın və  təəssüflər olsun ki, çoxlarının 

da iradəsi qırıldı. Beləliklə, Azərbaycan torpaqlarını müdafiə 

etmək mümkün olmadı. Daxildə gedən ictimai-siyasi proseslər, 

hakimiyyət mübarizəsi, çəkişmələr, vuruşmalar - bunlar hamısı 

imkan verdi ki, Azərbaycanın torpaqları işğal edilsin. 



Bəxtiyar Vahabzadə:  Sözünüzü kəsdiyimə görə üzr 

istəyirəm, Heydər müəllim. O vaxt əmr çıxdı ki, Azərbaycanda 

ov, quş tüfəngləri də yığılsın. 

Heydər  Əliyev:  Bəli, doğru deyirsiniz. İş bundadır ki, 

bizimkilər ov tüfənglərini yığdılar, amma ermənilər böyük-

böyük silahları yığmadılar. İş də bundadır. 

Bilirsiniz, yanvar hadisələri haqqında danışanda həmişə 

mənim əsəblərim çox coşur və rahat danışa bilmirəm. Çünki bu, 

xalqımıza qarşı elə bir dəhşətli cinayət idi ki, bunu heç vaxt 

unutmaq olmaz, heç vazt unutmamalıyıq. O vaxt bizim dövlət 

  

 



 

 



____________________________________________ 

121


 

adamları bunun əleyhinə çıxmadılar, bu barədə öz sözlərini deyə 

bilmədilər, üstünü örtüb basdırmağa çalışdılar. Ancaq siz -

ədəbiyyat adamları  və xüsusən yenə  də  Bəxtiyar Vahabzadə, 

Xəlil Rza kimi insanlar o təcavüzün qarşısına çıxdılar. 

Yenə  də  gəlin açıq danışaq, bir halda ki, mən bu mövzuya 

toxundum, bunu deməyə bilmirəm. Bizim xalqımız yenə  də 

ardıcıl olmadı. Bir müddətdən sonra bizdə ehtiraslar soyudu. 

(yerdən səs:  gözləri qorxdu). Bəli, amma gərək qorxmayaydı. 

Bəli, Xəlil Rzanı da tutdular, başqalarını da tutdular. Nə olsun 

tutdular? Tutulmaq da olar, qurban da getmək olar. Amma gərək 

xalqın naminə iradəni itirməyəsən. 

Mən bunu bir dəfə demişəm, bir də deyirəm. Ondan bir il 

öncə, 1989-cu ildə Tbilisidə bir hadisə olmuşdu - meydanda on 

beş  nəfər adam həlak olmuşdu. O vaxt Gürcüstanın qabaqcıl 

insanları, o cümlədən mədəniyyət xadimləri Ali Sovetin 

sessiyasında Qorbaçovu məcbur etdilər ki, gürcü xalqından üzr 

istəsin. Amma bizim xalqımızdan üzr istəmədilər.  Əksinə, 

çalışdılar ki, bu hadisənin üstünü basdırsınlar və basdırdılar. 

Bunlar hamısı faciələrə gətirib çıxardı. 

Nəhayət, 1993-cü ildə, 1994-cü ilin əvvəlində torpaqlarımızın 

müdafiəsi üçün bizim qızğın döyüşlərimiz getdi. Ancaq o vaxt 

biz belə fikrə  gəldik ki, atəşi dayandırmaq daha düzgündür, 

nəinki bu müharibəni davam etdirmək. Üç il beş aydır ki, atəş 

yoxdur, sülhdür. Yəni atəşkəsdir, tamam sülh yoxdur. Hesab 

edirəm ki, bu, müharibədən qat-qat yaxşıdır. 

Ancaq bu o demək deyil ki, biz yaranmış  vəziyyətlə 

razılaşmışıq, yox. Biz danışıqlar aparırıq və sizə  məlumdur ki, 

son addımlarımız da çox uğurlu olmuşdur. Xüsusən 1996-cı ılin 

dekabrında ATƏT-in Lissabon zirvə görüşündə bir çox uğurlu 

nəticə 

əldə etdik: ilk dəfə Ermənistan-Azərbaycan 



rnünaqişəsinin sülh yolu ilə  həll edilməsinin prinsipləri qəbul 

olundu. Ondan sonrakı proseslər, hesab edirəm, müsbət 

istiqamətdə gedir. Minsk qrupunun həmsədrləri - Rusiya, 

  



____________________________________________ 

122


 

 

Amerika, Fransa yeni təkliflər veriblər. Son təklif məsələnin iki 



mərhələdə  həll olunmasıdır. Yəni, birinci mərhələdə Dağlıq 

Qarabağ ətrafında zəbt olunmuş altı rayonun işğalçı qüvvələrdən 

azad edilməsi, ikinci mərhələdə Laçın, Şuşa rayonlarının işğalçı 

qüvvlərdən azad olunması və bununla bərabər Dağlıq Qarabağın 

statusunun müəyyən edilməsi. 

Biz bu təkliflərə razılıq vermişik. Ermənistanın rəhbərliyi də 

buna razılıq veribdir. Bildirmək istəyirəm ki, indiyə  qədər 

Ermənistan rəhbərliyi belə təkliflərin heç birinə razılıq vermirdi. 

Bilirsiniz, 1996-cı ilin dekabrında Lissabon zirvə görüşündə 

bizim apardığımız çox gərgin işlərin nəticəsində Lissabon 

bəyanatı  qəbul olunandan sonra Ermənistan prezidenti bəyanat 

verdi ki, o, qəbul edilən sənədlə razı deyil, Dağlıq Qarabağ heç 

vaxt Azərbaycanın tərkibində ola bilməz. Bir çox sözlər dedi ki, 

guya Dağlıq Qarabağ soyqırımı  təhlükəsi altında olacaq və 

Dağlıq Qarabağ mütləq müstəqil olmalıdır. Amma bir neçə ay 

keçəndən sonra - indi Ermənistanın rəhbərliyi bu təklifə razılıq 

veribdir. 

Biz bunu indiki mərhələdə münasib təklif hesab edirik və bu 

sahədə danışıqlar aparacağıq. Doğrudur, bu danışıqlar da çətin 

olacaq. Çünki prinsip etibarilə onlar da razılıq veriblər, biz də 

razılıq vermişik. Ortada Dağlıq Qarabağın adamları var, onlar 

bununla tam razı deyillər. Müzakirə zamanı həm onlar, həm də 

biz tərəfdən ayrı-ayrı məsələlər meydana çıxacaqdır. Bu, o qədər 

asan, hamar keçməyəcəkdir. Ancaq hesab edirəm ki, bu, 

məsələnin sülh yolu ilə həlli üçün ən münasib yoldur və biz bu 

yolla getməliyik. 

Bu yolla getməkdə  də artıq dünya dövlətlərinin dəstəyini 

almışıq. Bilirsiniz ki, bu son dörd il içərisində Azərbaycanın 

dünya miqyasında mövqeləri tamamilə  dəyişibdir. Yəqin 

mətbuatdan, televiziya verilişlərindən bunu görürsünüz. 

Məsələn, Ermənistana həmişə çox sıx münasibət göstərən 

Fransa  hökuməti   və   onun   prezidenti   Minsk   qrupunun 

  



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə