MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə42/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   38   39   40   41   42   43   44   45   ...   157

____________________________________________ 

129


 

munist partiyasında ən böyük dissidentlərdən biri mən olmuşam. 

Heç də təsadüfi deyil ki, kommunist partiyasına o qədər xidmət 

edən bir adam - yəni mən, həqiqətən kommunist partiyasına 

xidmət etmişəm - 1990-cı ilin yanvar hadisələrindən sonra 

kommunist partiyasını  tərk etmişəm. Azərbaycanda bunu 

etməyə adi adamların cəsarəti çatmadı. Amma mən böyük 

çətinliklər içərisində  və böyük təhlükə altında kommunsit 

partiyasını  tərk etdim. Mən adicə  tərk etmədim, mənim bu 

barədə  bəyanatım qəzetlərdə  dərc olunub, oxumusunuz. Mən 

ittiham verdim, bildirdim ki, niyə görə kommunist partiyasını 

tərk edirəm. 

Ümumiyyətlə, mən nə etmişəmsə, hamısını  şüurlu etmişəm. 

Heç bir şeyi  şüursuz etməmişəm. Bütün keçmişimə, həyatıma 

görə, bütün gördüyüm işlərə görə  də heyfsilənmirəm. Hesab 

edirəm ki, hamısını xalqın naminə, millətin naminə  və doğma 

Azərbaycanın naminə etmişəm. 

Mənim bu gün sizə müraciətim ondan ibarətdir ki, çox sağ 

olun ki, indiyədək xalqımızı  vətənpərvər etmisiniz, millətini 

sevən etmisiniz, millətinin qayğısına qalan etmisiniz. 

Xalqımızın  əksəriyyəti belədir. Ancaq bu proses davam 

etməlidir. Xalqımızı daha da vətənpərvər etmək lazımdır. 

Bilirsiniz, Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin 

işğal edilməsinə dözə bilmirəm. Dözə bilmirəm ki, Azərbaycan 

əsgəri erməni  əsgərindən gücsüz olubdur, geri çəkilibdir. Bu, 

daim mənə  əzab verir. Nə üçün, nəyə görə? Bizim xalqımız 

ermənilərdən zəifmi xalqdır? Və yaxud respublikarnız 

Ermənistan Respublikasından kiçikdirmi? Doğrudur, bunun 

başqa səbəbləri var. Mən bunu dəfələrlə demişəm. 

Moskva Ermənistana həmişə kömək edibdir, təəssüflər olsun 

ki, bu gün də kömək edir. Buna baxmayaraq, bizim xalqımız 

qadirdir ki, bir qarış torpağımızı da Ermənistana verməsin. Biz 

buna qadirik. Olan olub, keçən keçib. Amma indi gərək biz 

ordumuzu möhkəmləndirək. Ona görə yox ki, 

  



____________________________________________ 

130


 

 

biz müharibə etmək istəyirik. Mənim siyasətim bölgədə sülh 



yaratmaqdır, həmçinin Ermənistanla da sülh, qonşuluq əlaqələri 

yaratmaqdır. Kim bunu nə cür qiymətləndirir, qoy 

qiymətləndirsin. Bu, mənim siyasətimdir. Bir müstəqil dövlət 

kimi Azərbaycanın gərək güclü ordusu olsun. Ona görə ki, əgər 

kimsə yenidən Azərbaycan torpağına hücum etmək istəsə, onun 

qarşısını ala bilək, biz keçmiş vəziyyətə düşməyək. Onun üçün 

də biz gənclərimizi daha da çox vətənpərvərlik hissiyyatları ilə 

tərbiyələndirməliyik. Siz gərək ordumuzla yaxın  əlaqədə 

olasınız. Burada kimsə sizi ittiham etdi ki, cəbhəyə getmisiniz

şəhid olmusunuz, ya yox? Şairin  şəhid olması lazım deyil. 

Amma şairin daim ordunun içərisində olması, əsgərlərlə görüşüb 

söhbət aparması, onlara vətənin nə demək olduğunu, torpağın nə 

demək olduğunu, müstəqilliyin nə demək oldbuğunu anlatması 

çox vacibdir. Bir var ki, bunu əsgərə komandir desin və yaxud 

məndən eşidə, bir də var ki, hörmətli şair, yazıçı gedib öz bədii 

fikri, sözü ilə onu anlatsın ki, sən müstəqil Azərbaycanın 

keşiyindəsən. 

Gənclərimizin düzgün tərbiyə olunması  və Azərbaycana, 

müstəqilliyimizə 

sədaqət, hesab edirəm ki, sizin 

yaradıcılığınızın  əsas mövzusu olmalıdır. Bu mövzu heç vaxt 

köhnəlmir. Bu, elə bir mövzudur ki, heç vaxt tükənmir. Çünki 

biz nə  qədər yaşayırıq, o qədər də  gərək müstəqilliyimizi 

möhkəmləndirək. Mən bir daha deyirəm: XX əsrin sonunda 

Azərbaycan xalqının dövlət müsiəqilliyini  əldə etməsi tarixi 

nailiyyətdir,  əvəzsiz bir töhfədir. Bizim borcumuz bunu 

möhkəmləndirmək, yenilməz etmək,  əbədi, dəyişməz etməkdir. 

Bız müstəqilliyimizi yenidən  əldən verə bilmərik. Bunu ona 

görə deyirəm ki, bizim müstəqilliyimizə göz dikənlər var. Bunu 

ona görə deyirəm ki, Azərbaycan təbii sərvətlərinə görə, coğrafi 

vəziyyətinə görə çox dairələrin maraq mərkəzinə dönübdür. Ona 

görə də dövlətimizi möhkəm qurmaq, ölkəmizi qorumaq, 

  

 

 




____________________________________________ 

131


 

saxlamaq, hər bir vətəndaşı  vətənə sadiq etmək bizim 

borcumuzdur. 

Mən oktyabrın  əvvəllərində  təklif verdim. Mənim 

təşəbbüsümlə Milli Məclis oktyabr ayının 17-də "Amnistiya 

haqqında" böyük bir qərar qəbul etdi. Bu qanun hərbi cinayət 

etmiş, ordudan fərarilik etmiş  və yaxud başqa cinayətlər etmiş 

gənclər haqqındadır. Bu qərar ilə 7 min adam - onların 

əksəriyyəti gəncdir - cəzadan azad olunacaqdır. 1700 nəfəri 

hazırda cəza yerlərindədir. Onlar azad ediləcəkdir. 1300 nəfərin 

işi məhkəmədədir - onların işləri xətm ediləcək, azad 

olunacaqlar. 3000 nəfər fərarilik etdiklərinə görə axtarışdadır. 

100 nəfəri isə yoxlamadadır. Beləliklə, onlar cəzadan azad 

ediləcəklər. Buraya gələrkən məlumat aldım ki, artıq 460 nəfər 

azad olunubdur. Bundan əlavə, 30 min gənc 1991-ci ildən 

başlayaraq ordunu tərk edibdir. Yəqin indi haralardasa 

gizlənirlər. Onların haqqında cinayət işi başlanmayıbdır. Ancaq 

bizim hərbi hissələrdə qeydiyyatda var ki, bu sayda adam 

ordunu tərk edibdir. İndi araşdırma gedəndə onlar da cəzadan 

azad olunacaqlar. Beləliklə, 37 min adam həmin  əfv qərarı ilə 

cəzalardan xilas oldu. Onların demək olar ki, əksəriyyəti 

gənclərdir, əksəriyyəti ordudan fərarilik etmiş adamlardır. 

Mən nə üçün belə bir təşəbbüs etdim? Bir tərəfdən, bunlar 

cinayət ediblər, ordunu, səngəri tərk ediblər, öz vətəndaşlıq 

borclarından yayınıblar, qaçıblar. 

Demək, cinayət ediblər. Amma mən təklif verdim və onları 

əfv etdim. Onu nəzərə aldım ki, həmin illər Aərbaycanda o 

qədər özbaşınalıq olubdur, o qədər qanunsuzluq olubdur, o 

qədər ədalətsizlik olubdur ki, bəlkə də bunların bir çoxu elə bir 

şəraitdə belə bir cənayət yoluna gedibdir. 

İndi biz artıq sülh şəraitində yaşayırıq. Bu qədər adamları 

həbsxanada saxlamaq və yaxud 30 min nəfəri - indi onların 

yerləri məlum deyil, orda-burda gizlənirlər - belə bir şəraitdə 

  

 



 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə