MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə38/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   34   35   36   37   38   39   40   41   ...   157

____________________________________________ 

117


 

mum yerli adamlar işləsin və yerli adamlar da işləyirlər.  Əgər 

indi bu şirkətlərdə 15 min azərbaycanlı işləyirsə, onların hər biri 

bizim başqa yerlərdə olan maaşa nistəbən yüksək maaş alırsa, 

bu, insanların həyat səviyyəsini nə qədər artırır. 

Bilirsiniz ki, neft müqavilələri imzalamışıq. Üç il bundan 

öncə birinci neft müqaviləsini imzalayanda bəziləri buna 

inanmırdı, bəziləri qısqanclıq göstərirdi, bəziləri də açıq şəkildə 

bunun  əleyhinə  çıxırdı. Bizim o müqaviləmizi, demək olar, 

blokadaya almaq istədilər, - ala bilmədilər.  İstədilər onun 

qarşısını arsınlar, - ala bilmədilər. Biz işimizi gördük və 

nəhayət, indi həmin o müqavilə  nəticəsində neft hasil olub və 

noyabrın 12-də biz "Çıraq" yatağından ilk neftin hasilatını 

böyük mərasim, təntənə ilə qeyd edəcəyik. Mən bütün şirkətlərə, 

dövlət başçılarına dəvətnamə göndərmişəm, onları  dəvət 

etmişəm. 

Əgər üç il bundan qabaq Azərbaycanda bir müqavilə 

imzalandısa, indi 10 müqavilə imzalanıbdır. Ondan sonra üç il 

müddətində 9 müqavilə imzalanıbdır. 10 müqavilənin təxmini 

kapital qoyuluşu, yəni sərmayə qoyuluşu, dəyəri 30 milyard 

dollardır. Təsəvvür edin, əgər 30 milyard sərmayə qoyulacaqsa, 

ondan neçə qat artıq gəlir götürüləcəkdir. Bunlar hamısı 

Azərbaycanın gələcəyi üçündür. Şübhə etmirəm ki, biz bu 

addımlarımızla Azərbaycanın gələcəyini də təmin edəcəyik. 

İlk müqavilənin həyata keçirilməsi təkcə neftin çıxarılması 

demək deyildir. "Çıraq" yatağından Səngəçal terminalına 179 

kilometrlik neft kəməri çəkmişik. Səngəçalda böyük terminal 

tikmişik, bütün o yataqlardan çıxan nefti oraya gətirib başqa neft 

kəmərləri ilə ixrac etmək olar. 1996-cı ilin yanvarında Rusiya ilə 

imzaladığımız saziş həyata keçirilib və şimal istiqamətində neft 

kəməri işə başlayıbdır. Biz bu neft kəməri Qara dənizin 

Novorossiysk limanına gündə 2500 ton neft ixrac  edirik.   

Gürcüstan   ərazisindən   Qara   dənizin   Supsa limanına 860 

kilometr uzunluğunda neft kəməri çəkirik, gələn ilin oktyabrında 

hazır olacaqdır. Bunlar hamısı bir neçə ildən 



____________________________________________ 

118


  

sonra başqa yataqlardan çıxan neftin dünya bazarlarına 

çıxarılmasını təmin edəcəkdir. Təkcə bizim sektorda yox, hesab 

edirəm ki, Qazaxıstandan çıxan neftin də, güman edirəm, 

gələcəkdə Türkmənistandan çıxan neftin də dünya bazarlarına 

ixrac olunmasının  ən  əlverişli yolu Azərbaycan üzərindən 

Avropaya, Türkiyəyə gedən neft kəmərləri olacaqdır. 

İqtisadiyyatımızın bugünkü gercəkliyi bunlardır. 

Bununla yanaşı olaraq, iqtisadiyyatımızda çox ciddi 

dəyişikliklər əmələ gətirən bir tədbir də ondan ibarətdir ki, biz - 

Azərbaycan Gürcüstan, Mərkəzi Asiya dövlətləri ilə birlikdə 

Asiya-Avropa nəqliyyat dəhlizi yaratmışıq.  İndi Mərkəzi 

Asiyadan Avropaya gedən yüklərin bir qismi, gələcəkdə isə çox 

hissəsi bu yolla gedəcəkdir. Yəni Mərkəzi Asiyadan 

Türkmənistanın Türkmənbaşı limanına, oradan Xəzər dənizi 

vasitəsilə  gəmi-bərələrlə Bakı limanına, buradan dəmir yolu 

vasitəsilə Gürcüstanın Poti limanına, oradan da Qara dəniz  

vasitəsilə Avropanın bir çox ölkələrinə gedəcəkdir. Gələcəkdə 

Qazaxıstandan Xəzər dənizinin dibi ilə Bakıya yeni bir neft 

kəməri çəkilməsi də  nəzərdə tutulubdur. Bunlar hamısı  

Azərbaycanın öz təbii sərvətlərindən istifadə olunması ilə 

yanaşı, Azərbaycanı  Mərkəzi Asiya ilə birləşdirən böyük bir 

bölgəyə çeviribdir. Buradan gedən nəqliyyat yolları, həm boru 

xətləri -neft və qaz kəmərləri,  şübhəsiz ki, Azərbaycanın 

iqtisadiyyatına çox böyük müsbət təsir göstərəcəkdir. 

Bizim iqtisadi islahatlarımız və gördüyümüz dünya miqyaslı 

qlobal işlərimiz bir neçə vaxtdan, qısa müddətdən sonra 

iqtisadiyyatımıza böyük dəyişikliklər gətirəcəkdir. Onda bizim 

ədəbiyyata, mədəniyyətə olan qayğımızı da artırmaga imkanımız 

olacaqdır. Ancaq yenə  də deyirəm, indiki mövcu şəraitdə  də 

əlimizdə olan imkanlardan istifadə edəcəyik. 

Burada fondun yaranması haqqında da fıkir söyləndi. Mən 

bunu görüşdə də dedim. Bir neçə ildir belə təkliflər alıram ki, 

  

 




____________________________________________ 

119


 

bir fond yaransın - "Heydər  Əliyev fondu" - və bu fonddan 

mədəniyyətin, istedadlı adamların,  ədəbiyyatın inkişafına və 

başqa sahələrə yardım üçün istifadə olunsun. İndi artıq görürənı 

ki, doğrudan da belə bir fondun yaranması  zəruriyyəti gəlib 

çatıbdır, baxmayaraq ki, bir neçə ildir bu söhbət gedir. Sizinlə 

görüşlərdən sonra mən yəqin ki, bu fondun yaranması haqqında 

də qərar qəbul edəcəyəm. Əgər bunu edə bilsəm, onda, şübhəsiz 

ki, bu mənbədən də sizə yardımlar, kömək etmək imkanı 

olacaqdır. 

Ancaq bunlarla yanaşı, bizim ən  əsas vəzifəmiz,  ən ümdə 

borcumuz Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək, 

ərazi bütövlüyünü bərpa etmək və yerindən-yurdundan didərgin 

düşmüş bir milyona qədər Azərbaycan vətəndaşını öz evinə, 

yurduna qaytarmaqdır. 

Bu sahədə görülən işlər sizə  məlumdur. Biz mətbuat, 

televiziya vasitəsilə bunları ictimaiyyətə, o cümlədən sizlərə 

çatdırırıq, bunu bilirsiniz. Ancaq bu görüşdən istifadə edərək 

onu demək istəyirəm ki, birincisi, məmnunam ki, siz atəşin 

dayandırılması haqqında qəbul etdiyimiz qərarı  bəyəndiniz və 

bunu bəyəndiyinizi bu gün də bildirirsiniz. Bu, bizim üçün çox 

vacibdir. 

1988-ci ildən Azərbaycana təcavüz başlanmışdır.  Hesab 

edırəm ki, bu təcavüzün qarşısını almaq olardı. Ancaq o vaxt 

bunun qarşısı alınmadı.  Əgər bu təcavüzün qarşısı dövlət – o 

vaxtkı Sovet İttifaqı tərəfindən alınmadısa, Azərbaycan xalqı  öz 

torpaqlarını qorumağa  qadir bir xalqdır,  ancaq bunu təşkil 

etmək lazım idi. Amma o illərdə bu da təşkil olunmadı. 

Xatirinizdədır, 1989-cu ildə Ermənistanda xalq silahlanmışdı. 

Hətta o vaxt Sovetlər  İttifaqının prezidenti Qorbaçov 

Ermənistanda  əhalinin tərksilah edilməsi haqqında xüsusi bir 

fərmman verdi. Nə  üçün    Ermənistanda xalq  silahlanmışdı? 

Nəyə görə? Aydındır ki, burada, Azərbaycanda düşünmək lazım 

ki, məhz Azərbaycana təcavüz etmək üçün. 1988-ci 

  



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə