MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə46/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   42   43   44   45   46   47   48   49   ...   157

____________________________________________ 

142


 

ətraflı danışırlar. Verilən bütün bu qiymətlər, deyilən bütün bu 

sözlərin hamısı Şeyx Şamilin kim olduğunu bugünkü nəslə artıq 

tanıdıbdır. 

Mən hesab edirəm ki, Şeyx Şamil haqqında tarixin müəyyən 

dövrlərində  bəzi qadağanlar qoyulmasına baxmayaraq, Şeyx 

Şamili heç vaxt unutmayıb.  Şeyx  Şamil Qafqaz xalqlarının 

qəlbində daim yaşayıbdır. Onun obrazı həmişə bir qəhrəmanlıq 

simvolu kimi və müstəqillik, milli azadlıq mübarizəsinin 

simvolu kimi insanların qəlbində yaşayıbdır. Doğrudur, onun 

həyatı bir tərəfdən ziddiyyətli olubdur, bir tərəfdən də çox 

parlaq olubdur, çox nümunəvi olubdur. Ona görə də Şeyx Şamil 

tarixə daxil olubdur. Amma o, həyatdan gedəndən sonra onun 

haqqında yazılan tarixi kitablar da ziddiyyətli olubdur, ayrı-ayrı 

siyasi, subyektiv fikirlər nəticəsində onun həyat yolu bəzən 

təhrif edilibdir. Ancaq bunların heç biri Şeyx Şamil şəxsiyyətini, 

onun adını tarixdən silə bilməyibdir. 

Tarix elə bir şeydir ki, onun müəyyən bir siyasi hakimiyyətin, 

siyasi fıkrin səbəbindən ola bilər ki, tarixin bəzi səhifələri ya 

unudulsun, ya da təhrif olunsun. Ancaq biz indi, son illər tarixi 

bir daha vərəqləyərkən açıq-aydın gördük ki, bunlar müvəqqəti 

xarakter daşıyır. Tarixi təhrif edənlər, tarixi pozmaq istəyənlər 

çox nahaq cəhdlər göstərirlər. Bunlar əbəsdir, bunlar 

əhəmiyyətsizdir. Məhz buna görə  də indi - XX əsrin sonunda 

dünyada gedən ictimai-siyasi proseslər içində, Sovetlər 

İttifaqının dağılması ilə  əlaqədar xalqların müstəqillik  əldə 

etməsi nəticəsində, müstəqil dövlətlərin yaranması  nəticəsində, 

azadlığın, demokratiyanın yaranması  nəticəsində indi Şeyx 

Şamilin adı və şəxsiyyəti olduğu kimi bəyan edilir. 

Şübhəsiz ki, Şeyx  Şamil tarixdə qoyduğu izlə böyiik bir 

dəryadır. Bizim tarixçilərimiz, alimlərimiz onun həyatını, onun 

mübarizəsini,  onun mübarizə tarixini,  onun dünya- 

  

 

 




____________________________________________ 

143


 

görüşünü hələ bundan sonra da araşdıracaqlar, təhlil edəcəklər 

və şübhə etmirəm ki, yeni-yeni kitablar yazılacaqdır. Ancaq bu 

gün, xüsusən bu yubiley mərasimləri keçirilən dövrdə 

Dağıstanda, Azərbaycanda, Qafqazın başqa respublikalarında 

Şeyx Şamil haqqında ictimaiyyətə, xalqa, dünyaya yetərli qədər 

məlumatlar çatdırılıbdır. Biz Azərbaycanda  Şeyx  Şamili bütün 

Qafqaz xalqlarının milli azadlıq uğrunda mübarizəsinin 

qəhrəmanı hesab edirik. Şeyx  Şamil mübarizəsinin  ən dəyərli 

tərəflərindən biri odur ki, o, mübarizəsi ilə Qafqaz xalqlarını 

birləşdiribdir, həmrəy edibdir və Qafqaz xalqlarını bir-birinə 

daha doğma edibdir. Dağıstanda da, Azərbaycanda da Şeyx 

Şamilə, onun qoyduğu zəngin irsə böyük hörmət və ehtiram 

vardır. 


Bu yubiley mərasimləri, o cümlədən bugünkü təntənəli gecə 

Şeyx Şamilin xidmətlərinə, onun tarixdə tutduğu görkəmli yerə 

yüksək qiymətdir. Eyni zamanda bu yubiley mərasimləri hamısı 

birlikdə Qafqazda sülhün, əmin-amanlığın, həmrəyliyin və 

birliyin bərqərar olması üçün çox gözəl vasitədir. Bu gün biz 

Şeyx  Şamilin 200 illik yubileyini qeyd edərkən Qafqazda 

sülhün,  əmin-amanlığın, dostluğun, qardaşlığın yaranmasını 

arzu edirik. Şeyx Şamil bunu istəmişdir, Şeyx Şamil buna görə 

mübarizə aparmışdır. Biz bu günlər Şeyx Şamilin mübarizəsinin 

gözəl bəhrələrindən istifadə edirik. Xalqlar azadlığa çıxıblar. 

Xalqlar, Qafqaz xalqları  sərbəst yaşamaq imkanı  əldə ediblər. 

Şeyx  Şamil bunu istəyirdi,  Şeyx  Şamil bundan ötrü mübarizə 

aparırdı. 

Amma eyni zamanda Qafqaz indi çox ağır bir dövr yaşayır. 

Müsbət nəticələrlə yanaşı, Qaqazda bəzi bölgələrdə  hərbi 

münaqişələr, toqquşmalar, ayrı-ayrı respublikalar arasında 

mövcud olan gərginlik və başqa çətinliklər Qafqazın vəziyyətini 

yenə  də  çətinləşdiribdir. Ona görə  də biz Şeyx  Şamilin 

ideyalarına, onun xidmətlərinə yüksək qiymət verərək,   onun   

ideyalarına   sadiq   olduğumuzu   bildirərək, 

  



____________________________________________ 

144


 

 

səylərimizi Qafqazda mövcud olan bu çətinliklərin aradan 



qaldırılmasına yönəltməliyik. Bugünkü yubiley gecəsi, hesab 

edirəm ki, buna nümunədir. 

Şeyx  Şamilin yubileyi Dağıstanda qeyd olunarkən 

Azərbaycanın nümayəndə heyəti orada iştirak etmişdir. Bu gün 

buraya Dağıstanın yüksək səviyyəli nümayəndə heyəti gəlibdir. 

Dağıstanın Xalq Məclisinin sədri, hörmətli Muxu Əliyev çox 

parlaq və  məzmunlu nitq söylədi. Onun nitqi Azərbaycan 

alimlərinin, yazıçılarının çıxışlarının hamısı birlikdə eyni 

məzmundadır. Dağıstan-Azərbaycan dostluğunu daha da 

möhkəmləndirməklə biz Şeyx  Şamilə, onun ideyalarına öz 

sədaqətimizi bir daha bildirmiş olarıq. 

Dağıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq 

əlaqələri qədim tarixə malikdir. Bu dostluq bizim daim bir yerdə 

olmağımızdan irəli gəlibdir. Təsadüfi deyil ki, Şeyx Şamil həm 

Dağıstanda, həm də Azərbaycanda olubdur və Qafqazın başqa 

bölgələrində  də olubdur. Şeyx  Şamilin qohumları, nəvə-

nəticələri Azərbaycanda yaşayıblar. Allaha şükürlər olsun ki, 

onlardan biri də indi burada bizimlə bir yerdədir, Azərbaycanın 

Şəki rayonunda yaşayır. Bunların hamısı bizim keçmişdə  də 

əsrlər boyu bir yerdə olduğumuzu sübut edir. Biz bu gün də bir 

yerdəyik. 

Bizi - Azərbaycanı Rusiyadan, Dağıstandan ayıran sərhəd, 

mən hesab edirəm, çox şərti xarakter daşıyır, sadəcə olaraq 

ölkələrin  ərazilərinin sərhədlərini göstərir. Amma insanların 

arasında, bizim xalqların arasında heç bir sərhəd yoxdur və heç 

bir sərhəd də olmamalıdır. Bizim bu gün buradakı  görüşümüz 

bunu  əyani surətdə sübut edir. Bu təntənəli gecə bizim 

xalqlarımızın dostluğunun bayramıdır, bizim milli azadlığımızın 

bayramıdır. Dağıstanda yaşayan xalqların əksəriyyətinə mənsub 

olan insanlar Azərbaycanda da yaşayırlar. Onlar hamısı 

Azərbaycanın bərabər hüquqlu doğma vətəndaşlarıdır. 

Azərbaycan öz dövlət müstəqilliyini 

  



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə