MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə49/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   45   46   47   48   49   50   51   52   ...   157

____________________________________________ 

152


 

 

aydınlaşıbdır. Kimin təcavüzkar olması  və kimin təcavüzə 



məruz qalması artıq məlumdur. 

Bizim apardığımız ardıcıl siyasət nəticəsində ATƏT-in 

Lissabon zirvə görüşündə Ermənistan-Azərbaycan 

münaqişəsinin sülh yolu ilə  həll olunması barəsində  qəbul 

edilmiş bəyanat da buna əyani sübutdur. Ancaq təəssüflər olsun 

ki, dövlət səviyyəsində aparılan bu ardıcıl siyasətlə  bərabər, 

respublikamızın başqa təşkilatları, ictimai təşkilatları tərəfindən 

Azərbaycanın həqiqətlərini dünyaya yaymaq üçün lazımi işlər 

keçmişdə görülməyibdir, indi çox az görülür. Qaçqınların, 

məcburi köçkünlərin vəziyyəti haqqında dünya ictimaiyyətinə 

daim ətraflı, müfəssəl məlumat vermək və dünya ictimaiyyətini 

bu problemə cəlb etmək, onu daim diqqət mərkəzində saxlamaq 

üçün, yenə  də deyirəm, Azərbaycanın müvafıq təşkilatları  və 

ictimaiyyəti, ictimai təşkilatları lazımi iş görə bilməyiblər. 

Bu gün burada təqdim olunan kitab Azərbaycanda yaşayan 

köçkünlərin və qaçqınların vəziyyətini müəyyən qədər  əks 

etdirir. Hesab edirəm ki, bu, həmin məsələni, yəni qaçqınların 

vəziyyətini müəyyən qədər  əks etdirir. Hesab edirəm ki, bu, 

həmin məsələni, yəni qaçqınların vəziyyətini bu qədər geniş əks 

etdirən ilk kitabdır. Ancaq mən hesab edirəm ki, Azərbaycanda 

yaşayan qaçqınların, məcburi köçkunlərin, çadırlarda ağır 

şəraitdə yaşayan insanların vəziyyətini  əks etdirmək üçün bir 

neçə belə kitab lazımdır. Bu məsələ heç vaxt bir kitaba sığmaz. 

Ancaq indiyə  qədər, demək olar ki, heç bir şey olmadığına, 

yaxud bu barədə az vəsaitlər olduğuna görə biz bu kitabı yüksək 

qiymətləndiririk. 

Mən fürsətdən istifadə edib, bu münasibətlə bildirmək 

istəyirəm ki, Azərbaycanda - həm hökumətdə, həm də ictimai 

təşkilatlarda - qaçqınların və köçkünlərin vəziyyəti ilə  məşğul 

olan orqanlar qeyri-qənaətbəxş  işləyirlər. Azərbaycanda 

qaçqınların və köçkünlərin vəziyyəti ilə məşğul olan xüsusi 

  



____________________________________________ 

153


 

dövlət komitəsi, böyük bir nazirlik var. Nazirlər Kabinetində bu 

məsələ ilə  məşğul olan böyük bir şöbə var. Bir çox ictimai 

təşkilatlar bu məsələ ilə məşğul olmalıdırlar. Ancaq mən hesab 

edirəm ki, bu təşkilatlar, bu orqanlar üzərlərinə düşən vəzifələri 

layiqincə yerinə yetirmirlər. Mənim bu sözlərim qaçqınlara və 

məcburi köçkünlərə daimi göstərilməli olan diqqət, qayğı  və 

humanitar yardımlar məsələsinə  də aiddir. Eyni zamanda 

qaçqınların və köçkünlərin vəziyyətini həm Azərbaycan 

ictimaiyyətinin, həm də dünya ictimaiyyətinin daim diqqət 

mərkəzində saxlamaq və dünya ictimaiyyətinə daim çatdırmaq 

sahəsinə də aiddir. 

Belə olan halda qaçqınların, məcburi köçkünlərin vəziyyətinə 

get-gedə diqqət azalır, onların yaşaması üçün göstəriləcək 

yardımların miqdarı azalır və beləliklə, bu məsələ - bizim 

həyatımızın  ən faciəli bir cəhəti - adiləşir. Təsadüfı deyil ki, 

beynəlxalq humanitar təşkilatlar da Azərbaycanda olan 

qaçqınlara, köçkünlərə öz yardımlarını azaldırlar, bu məsələyə 

öz münasibətlərini soyudurlar. Təəssüf ki, bizim dövlət, 

hökumət orqanları bu işlərə diqqət yetirmirlər. Bəziləri belə 

düşünürlər ki, artıq bir çox il keçibdir, qaçqınlar və  məcburi 

köçkünlər öz vəziyyətlərinə alışıblar, çadırlarda, dəmir yolunun 

üzərində, vaqonlarda yaşamağa öyrəşiblər, dözümlü olublar və 

dözürlər, ona görə də bunların yaşayışını xırda-xırda elə normal 

hesab etmək lazımdır. Mən belə meylləri hiss edirəm. Ona görə 

də  mən bu sözləri bu gün həyəcanla, çox narahatlıqla nəinki 

burada toplaşanlara, ümumiyyətlə, bütün ictimaiyyətimizə 

çatdırmaq istəyirəm. 

Əgər biz işğal olunmuş torpaqlarımızın azad edilməsinə nail 

ola bilməmişiksə  və yerindən-yurdundan didərgin düşmüş 

insanları öz evlərinə, yurdlarına qaytara bilməmişiksə, demək, 

bu problem həll olunmayıbdır. Demək, biz qaçqınlara və 

köçkünlərə daha da borcluyuq və onlara daha da diqqətli 

olmalıyıq. Çünki insan bir ay, iki ay, bir il belə vəziyyətə 

  



____________________________________________ 

154


 

 

 



dözür. Ona görə dözür ki, onda ümid var ki, o bu vəziyyətdən 

tezliklə  çıxacaq. Ancaq bir il, iki il, üç il, dörd il olanda o, 

ümidini itirə bilir. Amma gərək biz imkan verməyək ki, insanlar 

ümidini itirsinlər. Apardığımız böyük işlərlə yanaşı - yəni işğal 

edilmiş torpaqlarımızın azad olunması sahəsində apardığımız 

böyük işlərlə yanaşı - biz gərək qaçqınlara, köçkünlərə daim 

diqqət, qayğı göstərək. Gərək onlara diqqətimizi, qayğımızı, 

köməyimizi keçən illərə nisbətən daha da artıraq. 

Təəssüf ki, vəziyyət belə deyil. Ona görə də mən bu gün bu 

məsələ barəsində belə  həyəcanla danışıram. Mən qaçqınların, 

məcburi köçkünlərin işi ilə  məşğul olanda bütün orqanlardan - 

hökumət, dövlət orqanlarından tələb edirəm ki, onlar öz 

işlərində buraxdıqları səhvləri aradan qaldırsınlar, öz vəzifələrini 

layiqincə yerinə yetirsinlər və bu sahədə öz işlərində ciddi dönüş 

yaratsınlar. 

Nazirlər Kabineti bu işlə ciddi məşğul olmalıdır. Baş nazirin 

müavini İzzət Rüstəmov - bu məsələyə məsul və həmin vəzifəyə 

məhz bu məqsədlə  təyin edilmiş  şəxs gərək bilsin ki, görülən 

işlər bizi qane etmir. Bu işlərlə daha da ciddi və konkret məşğul 

olmaq lazımdır. 

Qaçqınların və  Məcburi Köçkünlərin  İşləri üzrə Dövlət 

Komitəsinin sədri Qəhrəmanovu mən bir dəfə tənqid etmişdim, 

bu gün bir daha deyirəm - vəziyyəti kökündən düzəltməlidir və 

biz bu komitənin, bu böyük hökumət orqanlarınn işinin 

nəticələrini görməliyik. 

Nazirlər Kabineti bu məsələni daim diqqət mərkəzində 

saxlamalıdır və vaxtaşırı, bəlkə də ardıcıl surətdə, müəyyən bir 

plan  əsasında bu məsələlərin vəziyyətini dinləməli, müzakirə 

etməli, lazımi tədbirlər görməlidir və lazım olan vaxtlarda mənə 

məlumatlar və öz təkliflərini verməlidir. 

Mən ictimai təşkilatlara müraciət edirəm. Onlar da bu sahəyə 

öz münasibətlərini tamamilə  dəyişdirməlidirlər. Qaçqınların, 

köçkünlərin vəziyyətini unutmaq olmaz. Unut- 

  



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə