MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə50/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   46   47   48   49   50   51   52   53   ...   157

____________________________________________ 

155


 

maq olmaz ki, biz daim onların yanında olmalıyıq, biz onlarla 

bir yerdə olmalıyıq, onlarla tez-tez görüşməliyik, qaçqın 

düşərgələrində olmalıyıq, onların vəziyyətini bilməliyik və 

onlara əlimizdən gələn yardımı etməliyik. 

Mən beynəlxalq humanitar təşkilatlara müraciət edirəm və 

rica edirəm ki, onlar Azərbaycanın bu vəziyyətinə öz 

diqqətlərini daha da artırsınlar, öz münasibətlərini 

zəiflətməsinlər, göstərdikləri yardımları da mütəşəkkil etsinlər. 

Bəzən bunlar pərakəndə xarakter daşıyır və  bəzən də bir sıra 

səbəblərdən, yardımların qaçqınlara çatdırılması ilə məşğul olan 

ayrı-ayrı Azərbaycan vətəndaşlarının günahı üzündən, yaxud da 

ki, onların qeyri-qanuni hərəkətlərinə görə bu yardımlar 

qaçqınlara, köçkünlərə vaxtı-vaxtında çatmır. 

Qaçqınlar, məcburi köçkünlər Azərbaycanın bir çox inzibati 

bölgələrində yaşayırlar və bu inzibati rayonların, şəhərlərin icra 

orqanları, icra hakimiyyəti başçıları var. Mən onlardan tələb 

edirəm ki, qaçqınlara və  məcburi köçkünlərə qayğı  və diqqəti 

artırsınlar, onların üzərinə bu sahədə qoyduğumuz vəzifələri 

layiqincə yerinə yetirsinlər. 

Şübhəsiz, bu gün burada təqdim olunan kitabı geniş yaymaq 

mümkün olsa, bu, Azərbaycandakı qaçqınların və  məcburi 

köçkünlərin vəziyyəti haqqında beynəlxalq aləmdə, beynəlxalq 

təşkilatlarda, dünyada təəssüratı daha da dəqiqləşdirəcəkdir. 

Ancaq tam təəssürat yaratmaq üçün gərək bu iş ardıcıl, 

mütəmadi getsin, epizodik xarakter, kampaniya xarakteri 

daşımasın. Hələ ki Azərbaycanda qaçqınlar, köçkünlər var, hələ 

ki münaqişə qurtarmayıbdır, bu məsələ ilə hamımız daim, ardıcıl 

məşğul olmalıyıq. 

Qaçqınların, köçkünlərin vəziyyətini bilməyən adamlar uçün 

əlbəttə ki, bu kitab geniş  təəssürat yaradır. Amma bizim üçün, 

yəni qaçqınların, məcburi köçkünlərin vəziyyətini gözü uə 

görmüş adamlar üçün bu kitab çox kiçik bir şeydir, azdır. Yəni 

mən bu kitabda qaçqınların o ağır vəziyyətini tamamilə 

  



____________________________________________ 

156


 

ağır görmürəm. Yenə  də deyirəm, bu kitab kənar adamlarda 

böyük təəssürat yaradacaqdır. Amma bizim borcumuz odur ki

bütün bu mənzərəni - Azərbaycanın həyatında olan, qaçqınlarla 

və köçkünlərlə  əlaqədar yaranmış  mənzərəni bütün dünyaya 

çatdıraq. Onun üçün bir kitab yox, bir neçə kitab yaranmalıdır, 

bəlkə seriyalar olmalıdır, bəlkə  də  hər bir qaçqın düşərgəsi 

haqqında bir kitab yaratmaq lazımdır. Buna heç bir şeyi 

əsirgəmək lazım deyil. Bunun üçün hər bir vəsaitdən istifadə 

etmək lazımdır. 

Hesab edirəm ki, Nazirlər Kabineti Prezidentin İcra Aparatı 

ilə  bərabər belə kitabların yaranmasının proqramını 

hazırlamalıdır, tərtib etməlidir. Bu proqram əsasında bir çox 

seriya belə kitablar yaranmalıdır. Mən bayaq fikirlərimi dedim. 

Ancaq başqa fikirlər də ola bilər. Bu fikirlərin  əsasında bu 

məsələnin çərçivəsini genişləndirmək olar. Bunun üçün də həm 

humanitar təşkilatlardan, həm ictimai təşkilatlardan, həm də 

dövlətdən, hökumətdən lazımi vəsait ayırmaq mümkündür. Biz 

bunu edə bilərik. Burada çətinlik olmayacaqdır. Ancaq bu işi 

görmək lazımdır. 

Məlumdur ki, biz Ermənistan-Azərbaycan münaqişəsinin 

sülh yolu ilə  həll olunması  uğrunda çalışırıq və bu sahədə 

müəyyən irəliləyişlər mövcuddur. ATƏT-in Minsk qrupunun 

son təkliflərini Azərbaycan da, Ermənistan da əsasən qəbul 

ediblər. ATƏT-in Minsk qrupunun həmsədrlərinin 

nümayəndələri bu günlərdə yenidən bizim bölgəyə  gələcəklər, 

danışıqlar aparacağıq. Hesab edirik ki, məsələnin sülh yolu ilə 

həll olunması müəyyən bir relslər üzərinə düşübdür. Biz bunu 

sadəcə, sürətləndirməliyik və qarşıda olan maneələri aradan 

götürməliyik. 

Şübhəsiz ki, işğal olunmuş rayonlar bunların nəticəsində 

işğalçı  hərbi dəstələrdən azad ediləcəkdir. Bilirsiniz ki, birinci 

mərhələdə, işğal edilmiş altı rayonun azad olunması  və oradan 

zorla köçürülmüş, çıxarılmış insanların öz yerlərinə 

  



____________________________________________ 

157


 

qayıtması  nəzərdə tutulubdur. Ancaq bu, müəyyən vaxt tələb 

edən bir prosesdir. 

Nə qədər ki, biz bu münaqişəyə son qoymamışıq, nə qədər ki, 

Azərbaycanın işğal olunmuş torpaqları azad edilməyibdir, nə 

qədər ki, bu qaçqınlar, məcburi köçkünlər öz yerlərinə

yurdlarına qayıtmayıblar, bu problem Azərbaycanın bütün 

orqanlarının - hökumətin, dövlətin, ictimaiyyətin, hər bir 

vətəndaşın diqqət mərkəzində olmalıdır. Hamı çalışmalıdır ki, 

qaçqınların, köçkünlərin indiki vəziyyətinin müəyyən qədər 

normal saxlanması üçün öz yardımını etsin. Hamımız ardıcıl 

surətdə çalışmalıyıq ki, Azərbaycanın bugünkü mənzərəsi, 

məcburi köçkünlərin, qaçqınların belə  ağır vəziyyətdə olması 

dünyanın hər bir guşəsinə, ölkəsinə, hər bir dövlət başçısına, hər 

bir beynəlxalq təşkilata çatsın. Beləliklə, biz sülh yolu ilə 

ədalətin qələbəsinə nail olacağıq. 

Bu gün təqdim olunan kitabın yaranmasında zəhmət çəkmiş 

bütün təşkilatlara,  şəxslərə  təşəkkür edirəm. Bu təşəbbüsü 

qiymətləndirirəm. Hesab edirəm ki, çox gec də olsa, belə bir 

təşəbbüs və bugünkü təqdimat mərasimi bu sahədə  gələcəkdə 

görüləsi işlər üçün təkanverici bir məqamdır. 

Ümidvaram ki, bu mərasimdə  iştirak edən xarici ölkələrin 

səfirliklərinin, beynəlxalq təşkilatların nümayəndələri bu kitabın 

yayılmasında, təbliğ olunmasında öz xidmətlərini göstərəcəklər, 

ümumiyyətlə, bu gün burada meydana çıxmış  məsələlərin həll 

olunmasında Azərbaycan Respublikasına, xalqına və yerindən-

yurdundan didərgin düşmüş Azərbaycan vətəndaşlarına 

yardımçı olacaqdır. Sağ olun. 

  

 

 




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə