MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə53/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   49   50   51   52   53   54   55   56   ...   157

____________________________________________ 

166


 

çoxşaxəli yaradıcılığınız sayəsində siz Azərbaycan musiqj 

sənətinin canlı klassikinə çevrilmisiniz. Sizin müasiriniz olmaq 

hər bir azərbaycanlının qəlbini qürur və iftixar hissi ilə doldurur. 

Əziz Tofiq! 

Bu yubiley gününüzdə Sizi bağrıma basıram, Sizə  dərin 

ehtiramımı bildirir, möhkəm cansağlığı  və xoşbəxtlik 

arzulayıram. 

 

 

HEYDƏR ƏLİYEV  

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 7 noyabr 1997-ci il 



  

 

 




____________________________________________ 

167


 

 

XALQ  ŞAİRİ  BƏXTİYAR  VAHABZADƏNİN  

"HARA  GEDİR  BU  DÜNYA?!"  PYESİNİN 



TAMAŞASINDAN SONRA YARADICI  

KOLLEKTİVİN ÜZVLƏRİ İLƏ GÖRÜŞÜ 

 

Azərbaycan Milli Dram Teatrı 



 

7 noyabr 1997-ci il 

 

Heydər  Əliyev: Müvəffəqiyyətlə keçən tamaşaya görə sizin 

hamınızı  təbrik edir, təşəkkürümü bildirir və yeni uğurlar 

arzulayıram. 

Bəxtiyar müəllim, bu pyes əvvəllər də elə indiki quruluşda 

nümayiş etdirilmişdirmi? 

Bəxtiyar Bahabzadə:  Bəli, həmin quruluşdur. Tamaşanın 

quruluşçu rejissoru Bəhram Osmanov, bəstəkarı Adil 

Bəbirovdur. Bu pyes 1991-ci ildə bir neçə  dəfə tamaşaya 

qoyulub. Sonra Türkiyədə onun beş tamaşası oldu. Daha sonra 

teatrın kollektivini Kiprə  dəvət etdilər, orada da iki tamaşa 

göstərildi. Pyesin tamaşaları  həm Türkiyədə, həm də Kiprdə 

böyük rəğbətlə qarşılandı. 

Heydər  Əliyev: Bu mövzu bu gün də öz aktuallığını 

itirnəyibdir. İnsan nə qədər yaşayacaqsa, bu mövzu bir o qədər 

də aktual olacaqdır. 

Bəxtiyar Bahabzadənin hər bir əsəri dəyərlidir, qiymətlidir. 

Onun hər bir əsəri bizim mədəniyyətimizi, incəsənətimizi, 

ədəbiyyatımızı inkişaf etdirir. Bəxtiyar Bahabzadə adətən şerlər,  

poemalar yazır, ancaq bir neçə  səhnə  əsəri də yaradıbdır. O, 

1970-ci illərdə  də çox uğurlu  əsərlər yazmışdı, 1991-ci ildə  də 

belə bir əsər yaradıbdır. 

  

 




____________________________________________ 

168


 

Mən bu tamaşanı çox böyük maraqla, həvəslə izlədim. 

Doğrudur, bu pyesin məzmunu ilə mən əvvəldən tanış deyildim, 

ona görə də hadisələrin gedişini bəzən tuta bilmirdim ki, sonra 

nə olacaq. Mənə belə  gəlir ki, əsərin  ən böyük keyfıyyəti elə 

bundan ibarətdir. Bəzən tamaşaya bir az baxandan sonra 

hadisələrin sonrakı gedişini və  nə ilə sona çatacağını  təxminən 

bilirsən. Amma düzü, mən bu tamaşada bunu tuta bilmədim. 

Tamaşanın ortasında bir yerdə ixtiraçı alimin monoloqu 

qurtaranda elə bildim ki, tamaşa da bununla başa çatacaq. Sonra 

gördüm ki, yox, tamaşa hələ davam edir. Bunun özü müəllifin 

böyük ustalığının dərın-liyini, məharətini, eyni zamanda bu 

mövzunun açılmasının qeyri-sadəliyini göstərir. Tamaşaçının, 

ümumiyyətlə, kitab oxuyan adamın diqqətini bütün başqa 

cəhətlərlə yanaşı bu, həmişə  cəlb edir. Əsərin daxili mənası, 

məzmunu  şübhəsiz ki, çox əhəmiyyətlidir. Məndə belə bir 

təsəvvür yarandı ki, bu, fəlsəfi, psixoloji bir əsərdir, eyni 

zamanda elmi əsərdir. 

Bilirsiniz, adətən tamaşaya gəlirlər ki, əsərdə bir münaqişə 

olsun, yaxud da oynamaq, çalmaq-şənlik olsun. Bəlkə  də belə 

bir əsər hər bir tamaşaçının diqqətini cəlb edə bilməz. Belə bir 

əsərin öz tamaşaçısı lazımdır. Ancaq eyni zamanda, hesab 

edirəm ki, hər bir insan - yaşlı da, cavan da, gənc də, qadın da, 

kişi də bu tamaşaya diqqətlə baxdıqca onların hamısında böyük 

maraq oyanacaq. Çünki bu tamaşa həyatı  əks etdirir. Bəxtiyar 

müəllim belə bir əsər yazmaqla insan  yaranandan indiyədək 

adamların arasında, onların həyatında gedən psixoloji prosesi 

əks etdirmək istəyib. Hesab edirəm kı, o, buna nail olubdur. 

İnsan həyatında, cəmiyyətdə gedən bu proseslər təəssüf ki, 

bir tərəfdən təbii proseslərdir - necə ki, təbiətin qanunları 

təbiidir və heç kəsdən asılı deyil. Biz indi artıq görürük - siz bu 

gün burada göstərdiyiniz, əcdadından indiyədək ən yüksək 

  

 

 



 


____________________________________________ 

169


 

səviyyəyə    qalxmış    insan    və    insan    cəmiyyəti,    onun 

xüsiyyətləri,  keyfıyyəti heç kəsdən asılı deyil. 

Bu əsərdən doğan məna ondan ibarətdir ki, gərək hər bir 

insan nə olur-olsun, paklıq, mənəvi saflıq, mənəvi təmizlik 

uğrunda mübarizə aparsın, insana xas olan mənfi 

keyfiyyətlərdən insanları xilas etməyə axıra qədər çalışsın. 

Bizim yaşadığımız planetdə insanın tarixini heç kəs bilmir. 

İnsan neçə min-min illərdir yaşayır. Hər bir insanın isə kiçik - 

altmış, yetmiş, səksən, doxsan il ömrü var, bəziləri yüz yaşa 

qədər ancaq yaşaya bilir. Bunun da bir hissəsi uşaqlıq dövrüdür, 

bir hissəsi yuxudur, son hissəsi də onun yaşlı dövrünə düşür. 

İnsan sadəcə olaraq yaşamaq üçün mübarizə aparır, başqa bir 

imkanı olmur. Bu, insanın ömrüdür. Amma insan cəmiyyətinin 

ömrünü heç kəs bilmir. Yer üzündə neçə yüz min illərdir ki, 

insan yaşayır və insan cəmiyyəti mövcuddur. İbtidai icma dövrü 

- tarixçilər yazıblar - neçə min illər bundan öncə olubdur. 

Bu gün siz Bəxtiyar müəllimin yazdığı sözləri ifa edib bizə 

sübut etmək istəyirsiniz ki, o vaxtlar hər şey düz, pak olubdur, 

eyni zamanda, özünüz də inkar edirsiniz ki, yox, belə 

olmayıbdır. Həm deyirsiniz, həm də inkar edirsiniz. Yəni bunları 

Bəxtiyar müəllim belə yazıb, siz isə onları səhnədə ifa edirsiniz 

və bizə göstərirsiniz. 

Həyatın prosesləri çox mürəkkəbdir. Ancaq o da təbiidir ki, 

insan cəmiyyətində eybəcərliklər  əsrlərdən - əsrlərə keçərək 

daha da çox artır. Bilirsiniz, mən indi bu tamaşaya baxanda Cəlil 

Məmmədquluzadənin "Ölülər"  əsəri yadıma düşür. O, çox 

böyük fəlsəfi, həyatı  və çox dəyərli bir əsərdir.  Cəlil 

Məmədquluzadə          "Ölülər"  əsərində insanların  şəxsi 

xüsusiyyətlərini, onların mənəviyyatını necə göstərirdi? Yəni bu 

hər bİr  əsrdə olubdur. Bizim XX əsrdə  də belədir. Mən bu 

tamaşanı izlədikcə  fıkirləşirəm, vəzifə  nədən ibarətdir – bunu 

qəbul etmək,  onunla razı  olmaq,  yaxud da ki, mübarizə 

  

 




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə