MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə55/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   51   52   53   54   55   56   57   58   ...   157

____________________________________________ 

173


 

da ola bilər ki, onu yarıya qədər oxuyasan, yarısını oxumayasan. 

Elə bu əsərin özü də mürəkkəb əsərdir.  

Mən  vaxtilə Hötenin "Faust" əsərini götürüb oxumağa 

başladım,  heç yarısna çatmadım, onu kənara atdım. Çünki çətin 

idi. Fəlsəfi  əsərlər həmişə  çətin olur. Səhnədə sizin ifanız 

Bəxtiyar   müəllimin   bu   əsərinin   məzmununu,   mənasını, 

əhəmiyyətini çox gözəl açıbdır. Quruluşçu rejissorun da işi 

təqdirəlayiqdir və  hər birinizin ifa etdiyiniz  rollar da çox 

gözəldir.  Mən  tamaşaya çox  diqqətlə baxırdım.  Hərə  öz 

rolunu yaxşı ifa edirdi. Hamınızı  təbrik edirəm və  təşəkkür 

edirəm ki, bizə bu gün yeni bir tamaşa təqdim etdiniz. Çox sağ 

olun. 

Kamal Xudayerdiyev (xalq artisti): Hörmətli prezident

icazə verin, biz də adımızdan Sizə təşəkkürümüzü bildirək. Arzu 

edirik ki, teatrımıza tez-tez gələsiniz. Çünki sizin hər gəlişiniz 

bizə ilham verir, bizi yeni uğurlara çağırır. 

Siz yazıçıların qurultayındakı nitqinizdə də teatrımızın adını 

çəkdiniz. Qeyd etdiniz ki, gələn il teatrın 125 illiyi qeyd 

olunacaqdır. Biz də sizə söz veririk ki, Dövlət Akademik Milli 

Dram Teatrını qoruyub saxlayacağıq, onu gənc nəslə  təhvil 

verəcəyik. 

Hörmətli prezident, mən Sizi Konstitusiya günü 

münasibətilə  və ilkin neftin hasil olması münasibətilə  təbrik 

edirəm. Sizə cansağlığı, uzun ömür arzulayıram. Arzu edirəm ki, 

Allah Sizi xalqımızın üzərindən əskik etməsin. 

Hörmətli prezident,  teatrımızın repertuarında  Şekspirin 

"Kral Şir"   əsərinin   tamaşası   var.   Biz   bu   tamaşa   ilə 

Moskvada qastrolda olanda ona baxmağa sizin imkanınız 

olmadı. Biz oradan cox gözəl təəssüratla qayıtdıq. Xahiş edirəm,  

əgər imkan tapsanız, əgər imkan tapsanız, gəlib həmin tamaşaya 

baxasınız. 

He y d ə r   Ə l i y e v: Bəli, Şekspirin "Kral Lir" əsərinin 

tamaşasına  baxmaq lazımdır. O vaxt eşitmişdim, siz bu əsərin 

tamaşasını yaxşı göstərmisiniz. 



____________________________________________ 

174


  

 

Bəxtiyar   Vahabzadə: Heydər müəllim, bayaq "Ölülər"  

əsəri  haqqında  dediniz.   Moskva  Universitetinin professoru 

Əziz Şərif var idi, çox ağıllı adam idi. 



Heydər  Əliyev:  Bəli, mən onu yaxşı tanıyırdım və onunla 

bir neçə dəfə görüşmüşdüm. 



Bəxtiyar Vahabzadə: O danışırdı ki, Azərbaycanda hamı 

"Ölülər"  əsərinin necə qurtaracağını bilir. Deyirdi ki, Moskva 

Universitetində SSRİ xalqları  ədəbiyyatından mühazirə 

oxuyanda tələbələrə söyləyirdim ki, "Ölülər"  əsərində belə bir 

vəziyyət var - Şeyx Nəsrullah deyir: "Mən gəlib ölüləri 

dirildəcəyəm", camaat da gəlir, amma sonra hamı imtina edir. 

İndi gedin fikirləşin, o biri həftə  mənə deyərsiniz görüm, 

dramaturq bu əsərdə hadisələri necə qurub ki, heç kəs öz 

qohumunun, övladının, atasının, anasının dirilməyinə razı deyil. 

Tələbələr gedib bir həftə fikirləşəndən sonra gəlib deyirdilər ki, 

professor, bilə bilmədik, siz Allah, deyin görək dramaturq həmin 

vəziyyətdən necə çıxır? Mən bu məsələni izah edəndə tələbələr 

dəhşətə gəlirdilər. 

Bizim Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundov, Cəfər 

Cabbarlı, Hüseyn Cavid kimi dramaturqlarımız - biz onların 

bulağından su içirik - çox xariquladə əsərlər yaradıblar. Hüseyn 

Cavidin "İblis", Cəfər Cabbarlının "1905-ci ildə", "Almaz" 

pyesləri nə qədər böyük əsərlərdir. 



Heydər  Əliyev:  Bəxtiyar müəllim, siz tamamilə düz 

deyirsiniz. Bizim dramaturgiya çox güclüdür. Mən yazıçıların 

qurultayında da, əvvəl də bunu demişəm. Bilirsiniz, biz bəlkə də 

bunu qiymətləndirmirik - öyrənmişik ki, bu belə olub, elə belə 

də olar. Amma belə deyil. Müsəlman, islam dünyasında 25 il 

bundan əvvəl ilk dəfə teatr yaradılması və Mirzə Fətəli Axundov 

tərəfindən səhnə  əsəri yazılması böyük hadisədir, inqilabdır. O 

vaxt nə sosialist inqilabı var idi, nə  də XX əsr deyildi. Görün 

nələr yaradıblar. Buna görə də Azərbaycanın 

  



____________________________________________ 

175


 

 

teatrı, dramaturgiyası, incəsənəti çox böyük qiymətə layiqdir. 



Bunlar barədə çox danışmaq olar. 

Sizin əsasən 1960, 1970, 1980-ci illərdə, o cümlədən 1990-cı 

illərdə yaratdığımız əsərlərin hamısı qiymətlidir. Siz ədəbiyyatı 

əndən yaxşı bilirsiniz. Bayaq "Ölülər"  əsərinin adını  çərdim. 

Mən  Şekspirdən başlayaraq bütün dram əsərlərini bilirəm. 

Hesab edirəm ki, "Ölülər" kimi əsəri heç kim yarada bilməyib. 

Çünki bu cür mövzu tapmaq özü bir fəlsəfədir, dahilikdir. 

İradə  Həsənova  (aktrisa): Hörmətli prezident, mən Sizə 

Bəxtiyar müəllimə, Məmməd Araza, Ramiz Rövşənə gös-

tərdiyiniz qayğıya görə  dərin təşəkkürümü bildirirəm. Sizə 

cansağlığı arzu edirəm. Bir də arzum budur ki, hansı dövlətə, 

ölkəyə səfərə getsəniz, həmişə sözünüz keçərli olsun. 

Laləzar Mustafayeva (aktrisa): Hörmətli prezident, 

tamaşalara gəlib baxmağınız bizim üçün çox əhəmiyyətlidir. 

Amma mənə elə  gəlir ki, gərgin işinizə baxmayaraq vaxtınızı 

bizə  sərf etməyinizin, ekranda bizi izləməyinizin, sonra zəng 

vurub təbrik etməyinizin qiyməti ölçülməzdir. Hörmətli 

prezident, çox sağ olun, hamımız Sizə minnətdarıq. 



Heydər   Əiyev: Sizi bir daha təbrik edirəm. Sizə cansağlığı, 

yeni-yeni uğurlar arzulayıram. Azərbaycan Milli Dram Teatrı 

bundan sonra da yaşayacaqdır. Biz onu saxyacağıq. Biz 

ümumiyyətlə teatrsız, incəsənətsiz, televiziyasız yaşaya 

bilmərik. Siz öz sənətinizlə bütün insanlara çox böyük xıdmət 

edirsiniz. Sağ olun. 

 

 



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə