MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə51/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   47   48   49   50   51   52   53   54   ...   157

____________________________________________ 

158


 

 AZƏRBAYCAN  RESPUBLİKASININ  

 TELEVİZİYA  VƏ  RADİO  

 

İŞÇİLƏRİNƏ 

 

Hörmətli televiziya və radio işçiləri! 



Sizi peşə bayramınız - Azərbaycan televiziyası  və radiosu 

günü münasibətilə ürəkdən təbrik edirəm. 

Azərbaycan televiziya və radiosu zəngin və  şərəfli inkişaf 

yolu keçərək xalqımızın yüksək  əxlaqi dəyərlərinin, ictimai-

siyasi ideallarının, mədəniyyətinin, arzu və istəklərinin 

ifadəçisinə çevrilmişdir. Bu gün milli televiziya və radiomuz 

sözün əsl mənasında xalqın tribunasıdır. 

Müstəqilliyimizin  əbədiliyinin və milli dövlət quruculuğu 

prosesinin dönməzliyinin təbliğində, müstəqil Azərbaycan 

dövlətinin indiki dirçəliş  mərhələsində televiziya və radionun 

fəaliyyəti  əvəzolunmazdır. Azərbaycan həqiqətlərinin, xüsusən 

də Ermənistanın ölkəmizə 

təcavüzkar müharibəsinin, 

qaçqınların ağır sosial-iqtisadi vəziyyətinin obyektiv şəkildə 

yayılmasında və beynəlxalq ictimaiyyətə çatdırılmasında efir 

işçilərimiz öz vəzifələrini layiqincə yerinə yetirirlər. 

Dövlətimiz televiziya və radionun təkmilləşməsınə  həmişə 

qayğı göstərir, ictimai-siyasi, iqtisadi həyatın mürəkkəb 

vaxtlarında da bu sahənin problemlərinə  həssaslıqla yanaşır, 

onların həlli üçün təxirəsalınmaz tədbirlər görür. 

Bu   gün   yeni   inkişaf   və   yüksəlişə   qədəm   qoymuş 

tele-viziya və radiomuz səfərbəredici rolunu əsaslı  şəkildə 

həyata keçirmək üçün daha əzmlə çalışmalıdır. İnaniram ki, siz 

bundan sonra da səylərinizi Azərbaycanın çiçək- 

  

 



____________________________________________ 

159


 

lənmsi, müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmlənməsi   

kimi   müqəddəs   vəzifələrin   həyata   keçirilməsinə həsr edəcə-

ksiniz. Sizə yeni-yeni yaradıcılıq uğurları arzulayıram. 

 

HEYDƏR ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

 



Bakı şəhəri, 6 noyabr 1997-ci il 

  



____________________________________________ 

160


 

ƏLİLLƏRİN III RESPUBLİKA  

YARADICILIQ SƏRGİ-MÜSABİQƏSİNİN  

AÇILIŞINDA ÇIXIŞ 

 

Tofiq İsmayılov adına Uşaq Yaradıcılığı Sarayının rəng-



karlıq və tətbiqi sənət sərgisi salonu 

 

6 noyabr 1997-ci il 



 

Əziz bacılar, qardaşlar, sərgi iştirakçıları!  

Hörmətli xanıımlar və cənablar! 

Mən sizin hamınızı bu gün respublikamızın vətəndaşlarından 

fiziki cəhətdən zəif olan insanların işlərinin nəticəsinin bu qədər 

gözəl nümayiş etdirilməsi və belə bir sərginin açılması 

münasibətilə təbrik edirəm. 

Bu sərgi, burada nümayiş etdirilən eksponatlar insana çox 

böyük təsir bağışlayır. Birincisi, öz yüksək estetik keyfiyyətinə 

görə  təsir bağışlayır. Həqiqətən burada təqdim olunan hər bir 

əsər böyük hisslər doğurur. Bu əsərləri yaradanlar peşəkar  

rəssamlar, yaxud peşəkar sənətkarlar deyillər. Ancaq işlər onu 

təsdiq edir ki, bu əsərlərin hamısı yüksək peşəkar səviyyədədir. 

Demək, bu əsərləri yaradan adamların fitri istedadı, incəsənətə  

və  burada  təqdim  edilən  sənət  nümunələrinin  yaranmasına 

olan həvəsi, onların fədakarlığı, çalışqanlığı belə nümunələr  

yaradıb   bu  sərgiyə   təqdim  etmələrinə  imkan veribdir. Əgər 

nəzərə alsaq ki, bu əsərlərin müəllifləri bu və ya başqa cəhətdən 

fiziki çətinlik keçirirlər, fiziki çatışmazlığa məruz qalıblar, onda 

bu əsərlərin nə qədər qiymətli və bu insanların nə qədər böyük 

hörmətə, layiq olduğu daha da aşkar olur. Mən bu əsərləri 

yaradanlara, burada nümayış 

  

 

 



 


____________________________________________ 

161


 

etdirməyə   gələnlərə,   sərgidə   görüşdüyüm   insanlara,   bu 

əsərlərin müəlliflərinə hörmət və ehtiramımı bildirir və onları bu 

nailiyyətləri münasibətilə təbrik edirəm. 

Bu əsərlər və ümumiyyətlə, sərgi bir daha onu sübut edir ki, 

insan nə qədər böyük istedada və böyük potensiala malikdir. Bu 

onu göstərir ki, biz hələ insanların nə  qədər böyük potensiala 

malik olmasını bəlkə də tam dərk edə bilməmişik. Əgər insanın 

əlləri yoxdursa, ayaq barmaqları ilə şəkil çəkir və o şəkil hər bir 

rəssamın  şəklindən də  bəlkə yaxşıdır, yaxud elə onun 

səviyyəsindədir. Bu onu göstərir ki, insan nəyə qadirdir. İradə, 

öz gücünə inam, öz imkanlarından istifadə etmək üçün 

çalışqanlıq - bunlar hamısı insanlarda olan daxili potensialı 

büruzə verir və belə əsərlərin yaranmasına gətirib çıxarır. 

Doğrusu, mən bu gün çox heyran oldum. Çox heyran oldum. 

İlk dəfə deyil mən belə  sərgiləri görürəm, seyr edirəm. Ancaq 

buna baxmayaraq, hər dəfə onlar məni heyran edir. Güman 

edirəm, bu sərginin iştirakçılarının hamısı  mənimlə eyni 

fikirdədirlər. Sərgi məni sevindirir. Sevindirir ona görə ki, insan 

nə  qədər çətinlik çəksə  də, onu yaşadan həmişə  həyata olan 

inamıdır, nikbinliyi, iradəsidir. Əgər insanda ıradə, həyata inam 

varsa, öz daxili qüvvələrinə inam varsa, insan çox şey edə bilər. 

Əgər fıziki cəhətdən çatışmazlığı olan insanlarımız bu cür 

əsərlər yarada bilirsə, demək, bizim tam sağlam olan 

insanlarımız nələr yarada bilərlər. Təkcə rəsm əsərləri, incəsənət 

əsərləri yox, həyatımızın bütün sahələrində nələr yarada bilərlər. 

Bunlar hamısı indi, Azərbaycanda müstəqil dövlət,   demokratik   

dövlət   quru-culuğu   prosesində   çox vacibdir. Hesab edirəm 

ki, bu sərginin iştirakçıları öz əsərləri, ilə  nəinki özlərini,  

özlərinin varlığını  ictimaiyyətdə  təsdiq edirlər, eyni zamanda 

onlar ictimaiyyətə, xalqımıza göstərirlər ki,  insan nəyə qadirdir. 

  

 




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə